tom hanks sorgusu için yayınlar alaka düzeyine göre sıralanmış olarak gösteriliyor. Tarihe göre sırala Tüm yayınları göster
tom hanks sorgusu için yayınlar alaka düzeyine göre sıralanmış olarak gösteriliyor. Tarihe göre sırala Tüm yayınları göster
(Ryan-ı qorumaq) filmini çəkdi. Həmin ilin ən çox gəlir gətirən filmi olan əsər (479 milyon dollar) həmçinin 5 Akademiya mükafatına da layiq olmuşdu (Ən yaxşı rejissor, Ən yaxşı operator, Ən yaxşı səs, Ən yaxşı montaj, Ən yaxşı səs effektləri).
1999-cu ildə Skyfall, Road to Perdition, Revolutionary Road
kimi filmlərin də rejissoru olan Sam Mendes ilk uzun-metrajlı filmi American Beauty-ni çəkir. Film musiqiləri, ssenarisi və öyrəşilmiş ailə temasının əksinə orijinal personajları ilə şübhəsiz kino tarixinin ən yaxşılarındandır.
İlin filmi, ən yaxşı aktyor, rejissor, orijinal ssenari və operator nominasiyalarında Oskarı qazanan filmin 719 min səs əsasında 8,4 IMDb xalı var. 15 milyon dollar büdcə ilə çəkilən film kinoteatrlarda böyük maraqla qarşılanır və ümumi gəliri 336 milyon dollar olur.
Debüt filminə prodüserlərdən Steven Spielberg-in məsləhəti seçilən rejissor Sam Mendes-dən əvvəl Monty Python and the Holy Grail filminin də rejissoru olan Terry Gilliam düşünülmüşdü. Mendes baş rollar Lester və Carolyn üçün Kevin Spacey və Annette Bening-in elə ilk seçimi olduğunu söyləyən rejissorun siyahısında Lester rolu üçün Tom Hanks da var idi. Rejissor Hanks-la sonrakı filmi Road to Perdition-da birlikdə işləyir. Kevin Costner, Woody Harrelson, John Travolta, Bruce Willis də Lester obrazı üçün siyahıda olanlardan idi.
Filmdəki personajların dəyişkən xarakterini vurğulamaq üçün Mendes 2 gənc personaj Jane və Angela-nın makiyajlarından istifadə edir. Filmdə hər növbəti səhnədə Jane daha az, Angela isə daha çox makiyajdan istifadə edirdi. Filmin qəribə personajlarından Nicky-nin əl kamerası ilə çəkdiyi bütün kadrları əslində Mendes özü çəkirdi. Rejissoru Wes Bentley (Nicky)-in əl dublyoru kimi filmdə də görürük.
Filmdə Mendes-in 13 il sonra çəkəcəyi Skyfall filminə də dair maraqlı işarə var. Lester və Carolyn maşınla basketbol matçına baxmağa gedəndə Lester James Bond filminə baxa bilmədiyinə görə şikayətlənirdi.
İfası ilə 2-ci Oskarını qazanaraq karyerasının zirvəsinə çıxan Kevin Spacey filmin uğurunun memarlarından idi. Aktyorun filmdə maşında göründüyü bütün səhnələrdə oxuduğu mahnılar və dedikləri öz sözləri idi. Mendes Spacey-ə bu səhnələrdə sərbəstlik vermişdi. Bir səhnədə Lester restoranın həyətində siqaret çəkəndə Carolyn onu çağırır və bu zaman Spacey-in güldüyünü görürük. Bu gülüş həqiqətən o anda olmuşdu və filmdən çıxarılmır.
Nicky obrazını canlandıran, Interstellar və Hunger Games filmlərindən də tanıdığımız Wes Bentley filmdəki səhnələrini bir dəfədən sonra anlasa da dayanmadan dəfələrlə oxuyaraq hamının diqqətini çəkirdi. Qəribə personaj üçün ilk düşünülən aktyor isə Jake Gyllenhaal idi.
4 Oskar namizədliyinin 2-cisini American Beauty ilə əldə edən məşhur aktrisa Annette Bening-in ana obrazı filmin ən bəyənilən personajlarından olur. Carolyn obrazının filmdə dinlədiyi Dr. Alan Ball əslində ssenarinin müəllifinə işarə idi. Evi sata bilmədiyinə görə qışqırdığı məşhur səhnə isə sadəcə 1 cəhddə çəkilmişdi.
Lester ilə Carolyn-in qızı Jane-i canlandıran Thora Birch-dən əvvəl rol üçün oynaması az qala reallaşan Jessica Biel düşünülmüşdü. Birch-in film çəkilən vaxt 17 yaşını tamamlaması və bir səhnədə qısa müddət çılpaq görünməli olması ailəsindən icazə almaq zəruriyyətini yaradır. Həmin səhnə çəkilərkən aktrisanın valideynləri və bir neçə qohumu o otaqda idi.
Kirsten Dunst, Sarah Michelle Gellar, Brittany Murphy və Katie Holmes kimi məşhurlar Lester-in aşiq olduğu qızının rəfiqəsi Angela üçün Mena Suvari-dən əvvəl düşünülənlər idi. Filmin afişasındakı əl və qarın isə zənn edilən kimi Suvari-nin yox model və aktrisa Chloe Hunter-in idi. Suvari eyni il içində American Pie komediya filmində də oynayaraq bir ildə adında American olan 2 filmdə oynayan ilk aktrisa olur.
Digər qəribə obraz Nicky-nin atası Colonel-i canlandıran Oskarlı aktyor Chris Cooper personajını ilk dəfə oxuyanda belə bir rol üçün ona təklif edildiyi üçün olduqca əsəbiləşir. Yalnız həyat yoldaşının onu razı salmasından sonra aktyor filmdə oynamağı qəbul edir. Ssenarinin ilk formasında obrazın adı Frank idi və ona daha geniş yer ayrılmışdı. Belə ki, Frank Vyetnam müharibəsində şəhid düşən homoseksual zabit olacaqdı.
American Beauty ilə 1962-ci ildə Stanley Kubrick-in çəkdiyi Lolita filmi arasında əlaqələr var. Alan Ball ssenarini yazarkən Vladimir Nobokov-un Lolita romanından ilham aldığını söyləmişdi. American Beauty-də Lolita ilə oxşar situasiyada olan Angela-nın soyadı Hayes-dir. Lolita-nın soyadı isə Haze idi (tələffüzləri demək olar eynidir). Bundan başqa yenə oxşar situasiya daxilindəki Lester Burnham-ın adındakı hərflərin yerini dəyişsək Humbert learns (Humbert öyrənir) alarıq. Humbert isə filmdə Lolita-ya vurulan professor idi.
Ricky restoranda işləyərkən gördüyümüz barmen filmin prodüseri Bruce Cohen idi. Filmə görə ilk və tək Oskarını qazanan Cohen daha sonra Milk və Silver Linings Playbook filmlərinə görə də prodüser kimi Oskara namizəd olur.
Ssenaridə 2 vacib məqam dəyişdirilmişdi. Orijinal ssenaridə Lester Angela ilə birlikdə olurdu. Bunun əsas personajın imicini zədələyəcəyini düşünən çəkiliş heyəti səhnəni filmdəki kimi dəyişdirir. Əsas dəyişiklik isə Lester-in ölümü ilə bağlı idi. Jane Nicky-ə 3000 dollar verəcəkdi və Nicky Lester-i öldürəcəkdi. Jane və Nicky məhkəməyə çıxacaq əsas sübut isə Nicky-nin əl kamerası ilə bu söhbəti çəkməsi olacaqdı.
Film çox uğurlu alınanda yaxud uyğunlaşdırıldığı ssenari və ya roman bunu tələb edəndə, bəzən də sadəcə daha çox pul gətirməsi üçün filmin davamı çəkilir və beləcə film seriyası yaranır. Bu paylaşımda seriya daxilindəki filmlərin IMDb xallarını orta hesabla qiymətləndirib ən yaxşı 10 film seriyasını sizlər üçün seçdik.
10. INDIANA JONES SERİYASI
1981 , 1984 , 1989 , 2008-ci illərdə çəkilmiş və rejissorluğunu Steven Spielberg-in etdiyi Indiana Jones seriyası macəra janrının ən dəyərli mümunələrindəndir. Baş rolunu Harrison Ford-un oynadığı seriyanın orta IMDb xalı 7,7-dir. Filmin 5-ci bölümünün çəkilişlərinə gələn il başlanacaq.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
9. STAR WARS SERİYASI
1977 , 1980 , 1983 , 1999 , 2002 , 2005-ci illərdə 3 illik aralıqlarla çəkilmiş 2 hissəli Star Wars seriyası, dövrünün çox irəlisində effektləri və fantastika dünyası ilə bu janrı sevənlərin ən sevimli filmlərindəndir. İlk 3 filmin rejissoru uyğun olaraq George Lucas, İrvin Kershner, Richard Marquand, son 3 filmin rejissoru isə George Lucas-dır. Köhnə versiyasında baş rolda Harrison Ford, yeni versiyasında isə Natalie Portman kimi məşhurlar olan seriyanın orta IMDb xalı 7,83-dür. Filmin 7-ci bölümünün premyerası 2015-ci il dekabrın 18-də olacaq.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
8. BACK TO THE FUTURE SERİYASI
1985 , 1989 , 1990-cı illərdə məşhur rejissor Robert Zemickis-in Back to the Future seriyasının filmləri işıq üzü gördü. Siyahıdakı növbəti fantastik janrda olan bu film dövrünün imkanları xaricindəki orijinallığı ilə seçilir. Orta IMDb xalı 7,9-dur
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
7. KİLL BİLL SERİYASI
2003 və 2004-cü illərdə özünəməxsus Quentin Tarantino üslubunda çəkilmiş Kill Bill seriyası aksiyon və cinayət janrının ən yaxşılarındandır. Baş rolunda cazibədar Uma Thurman-ın olduğu seriyanın orta IMDb xalı 8,1-dir. Filmin 3-cü bölümünün çəkiləcəyi açıqlanıb.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
6. TOY STORY SERİYASI
1995 , 1999 , 2010-cu illərdə ilk 2-sini John Lasseter sonuncu və ən uğurlusunu isə Lee Unkrich-in çəkdiyi animasiya seriyası siyahıdakı 2 cizgi filmimizdən biridir. Baş rolu Tom Hanks-ın səsləndirdiyi animasiya seriyasının orta IMDb xalı 8,2-dir.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
5. HOW TO TRAIN YOUR DRAGON SERİYASI
2010-cu ildə və bu il ən uğurlu animasiyalardan olan How to Train Your Dragon seriyası böyük rəğbətlə qarşılandı. Dean DeBlois-in rejissorluğunu etdiyi seriyanın 3-cü filmi də 2016-cı il iyunun 24-də reallaşacaq. Seriyanın orta IMDb xalı 8,25-dir.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
4. DOLLAR SERİYASI
1964 , 1965 , 1966-cı illərdə dahi Sergio Leone-in dollar seriyası işıq üzü gördü. Spagetti vestern janrının ən dəyərli nümunəsi olan seriya, Clint Eastwood-un da monumental çıxışı ilə şedevr oldu. Dövrü üçün fantastik gəlirlər qazandıran seriyanın orta IMDb xalı 8,46-dır.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
3. BATMAN SERİYASI
2005 , 2008 , 2012-ci illərdə Hollivudun parlayan rejissoru Christopher Nolan-ın müasir Batman seriyası tamaşaçılara təqdim olundu. Christian Bale, Heath Ledger, Michael Caine, Anna Hathaway, Morgan Freeman kimi simalar seriyanın ulduzlarıdır. Film, ən uğurlu Batman filmi oldu və hər 3 film Top 100-dədir. Seriyanın son 2 filmi də 1 milyard dollardan çox gəlir gətirdi. Seriyanın orta IMDb xalı 8,63-dür. Seriyanın 4-cü hissəsinin çəkilməsi barədə hələlik açıqlama olmasa da Nolan bunu təkzib etmir.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
2. THE GODFATHER SERİYASI
1972 , 1974 , 1990-cı illərdə çəkilmiş, rejissoru Francis Ford Coppola olan Godfather seriyası kinematoqrafiyanın ən yaxşı filmlərindəndir. Marlon Brando, Al Paçino, Robert De Niro kimi tarixi simaları bir yerdə cəmləşdirən seriya mafiya temalı filmlər içərisində ən yaxşısıdır. İlk 2 filmi dünyada 2-ci və 3-cü yerdə qərarlaşan seriyanın orta IMDb xalı isə Batman seriyası ilə eyni - 8,63-dür.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
1. THE LORD OF THE RINGS SERİYASI
2001 , 2002 , 2003-cü illərdə Peter Jackson-ın rejissorluğu ilə tarixin ən yaxşı film seriyası çəkildi. Macəra və fantastika janrının bu ən dəyərli nümunəsi strukturlu ssenarisi və mükəmməl effektləri ilə də dəyərini göstərdi. Seriyanın hər 3 filmi Top 20-likdə qərarlaşan seriyanın orta IMDb xalı isə 8,83-dür.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
Previous PostSonraki Yayınlar
Ana Sayfa









































