əvvəl qeyd etmişdik. Həmin ildə çəkilmiş ən çox səs gətirən filmlərdən biri də rejissorluğunu Robert Zemeckis`in etdiyi Forrest Gump filmidir. Film əqli cəhətdən zəif olan Forrest Gump`ın başına gələn hadisələrdən bəhs edir.
Winston Groom`un eyni adlı romanından uyğunlaşdırılmış
ssenari əsasında çəkilən film IQ səviyyəsi normal insanlarınkından bir qədər
aşağı olan və öyrənmədə çətinlik çəkən, ancaq fiziki bacarıqları olduqca
inkişaf etmiş gəncin cəmiyyətdəki rolunu və onun gözündən dünyanı olduqca
maraqlı təsvir edərək izləyicini təsirləndirməyi bacarır. Tom Hanks`in möhtəşəm
ifası ilə zənginləşən film ümumilikdə 13 nominasiyada Akademiya mükafatına namizəd
göstərilmiş və ən yaxşı film, ən yaxşı baş rol aktyor, ən yaxşı rejissor və ən
yaxşı uyğunlaşdırılmış ssenari kimi önəmli nominasiyalar da daxil olmaqla, 6
nominasiyada Oskarı qazanmışdır. Film 8.8 IMDb xalı ilə hal hazırda dünyada
14-cü yerdədir.
Qeyd
edək ki, filmin rejissorluğunu etmək üçün Zemeckisdən əvvəl Terry Gilliam və
Barry Sonnenfeld`ə təklif olunmuşdu amma onlar bu şansı geri çevirdilər. Eyni
zamanda, Forrest Gump rolu da Bill Murray, John Travolta və Chevy Chase kimi
aktyorlara təklif olunmuşdu və onlar rolu qəbul etmədilər. Travolta, daha sonra
bunun bir səhv olduğunu etiraf etmişdi.
Tom Hanks isə ssenarini 1.5 saat
boyunca oxuduqdan sonra rolu yalnız filmdəki bütün hadisələr gerçək hadisələr əsasında
çəkilərsə qəbul edəcəyini dedi. Filmdəki məşhur “Adım Forrest Gump`dır. İnsanlar
mənə Forrest Gump deyirlər.” sözləri əslində ssenaridə yox idi, bu sözləri Tom
Hanks əlavə etmişdi və rejissor da çox bəyəndiyi üçün ssenariyə daxil etmişdi.
Filmin ilk səhnələrində bizə Forrest Gump`ın uşaqlığı göstərilir. Forrrestin
ilk dəfə məktəb avtobusuna mindiyi səhnədə avtobusda onun yanına oturmasına
icazə verməyən uşaq rejissor Robert Zemeckis`in oğlu Alexander Zemeckisdir.
Avtobusdakı qızıl saçlı qız isə Tom Hanks`in qızı Elizabeth Hanks idi.
Forrest`in uşaqlıq dövründə onların evində Elvis Presleyin kirayə qaldığını
görürük. Filmdə onu Kurt Russell səsləndirirdi.
Filmdə Forrest Gump`ın anasını
canlandıran məşhur aktrisa Sally Field əslində Tom Hanks`dan cəmi 10
yaş böyükdür.
Jenny Curran rolu isə Robin Wright`dan əvvəl Demi Moore və NicoleKidman kimi aktrisalara təklif olunmuş, lakin hər ikisi rolu rədd etmişdi.
Robin Wright`ın gecə klubu səhnələri çəkilərkən aktrisa demək olar ki, tamamilə
çılpaq olduğundan, xəstələnmişdi. Buna baxmayaraq, çəkilişlər saxlanılmamış və bu
səhnələr fasiləsiz 24 saata çəkilmişdi. Maraqlı faktlardan biri də odur ki,
Forrest`in bir çox qaçış səhnələrində Tom Hanks`in kiçik qardaşı Jim Hanks onun
dublyorluğunu etmişdi.
Filmin çox hissəsində Forrestin oturduğu skamya, Chippewa
Meydanı'nda, tarixi Savannah, Georgia`da idi. Daha sonra onu hava şəraiti səbəbindən
köhnəlməməsi və ya oğurlanmaması üçün bir muzeyə yerləşdirdilər.
Filmdə Forrest
Gump Vyetnam müharibəsində iştirak edir və burada o leytenant Dan Taylor (Gary Sinise) və Bubba
Blue (Mykelti Williamson) ilə tanış olur. Qeyd etmək lazımdır ki, bu film Tom
Hanks və Gary Sinise`in birlikdə oynadığı üç filmdən biridir ( digər iki film
isə Apollo 13 və The Green Mile`dır).
Forrest orduda stolüstü tennis oynamağa
başlayır və bir çox çempionatda iştirak edir. Əslində bu matçların çəkilişi
zamanı heç topdan istifadə olunmurdu.
Müharibədən qayıdan zaman Forrest səhvən
Vaşinqtonda bir mitinqə gəlir və ondan çıxış etməsini istəyirlər. Forrest
danışmağa başlayanda mikrofonu söndürülür və biz onu eşidə bilmirik. Tom Hanks
bir müsahibəsində bildirmişdi ki, bu səhnədə Forrest`in dediyi sözlər belə idi:
“İnsanlar Vyetnama gedəndə bəzən evə analarının
yanına bir ayağı olmadan qayıdırlar. Bəzən isə heç qayıda bilmirlər. Bu pis bir
şeydir . Bu mövzuda deyəcəklərim bu qədərdir."
Müharibədən sonra Vyetnamdakı fəaliyyətlərinə
görə Forrest`ə medal verildiyi səhnədə həqiqi görüntülərdən istifadə edilmişdi.
Prezident Lyndon Johnson`un 19 noyabr 1968 tarixində Sammy L. Davis`ə medal
verdiyi mərasimin görüntülərində Tom Hanks`in başı Davis`in bədəninə
montajlanaraq filmə əlavə olunmuşdur.
Forrest və Dan`ın krevet şirkəti "Bubba
Gump" hal hazırda ABŞ, Yaponiya, Çin, Meksika, Malaziya və s. ölkələrdə 33
restorani olan bir şirkətdir.
Eyni zamanda filmə istifadə olunan gəmi indi Florida'da
Disneyworld Resort, Downtown Disney Planet Hollywood restoranının yanında saxlanılır.
Filmdə istifadə olunan stolüstü tennis raketləri isə Tom Hanks imzası ilə restoranın
iç divarlardan birində asılıdır.
0 comments:
Yorum Gönder