Blogger Yaziya Youtube Videosu Elave Etmek (Sekilli ve Videolu)


  Oxuyucularınızı saytda saxlamağın digər vacib üsulu isə
məqalənizə Youtube videosu əlavə etməkdir. Konseptə uyğun əlavə edilmiş düzgün video alexa xalınızı aşağı salacaq. Bu vacib əlavəni necə edəcəyimizi öyrənək.


  İlk olaraq yeni məqalə yazmağı seçirik.


  Sonra yazınızda videonun harda olacağına qərar verin və hansı sözlərin altına video əlavə edəcəksinizsə həmin sözləri yadınızda saxlayın. Sonra isə sol yuxarı küncdəki HTML düyməsinə klikləyin.


  Seçdiyiniz sözü HTML kodlar arasında tapın və həmin sətirin altına enter-i sıxmaqla bir boş sətir əlavə edin. Əgər məqaləniz uzundusa və həmin sözləri tapmaqda çətinlik çəkirsinizsə ( ctrl+f ) sıxmaqla axtardığınız sözləri ora yazın brauzeriniz sizin yerinizə tapsın.  


  Daha sonra həmin səhifəni yanda saxlayıb Youtube-a daxil oluruq. Əlavə etmək istədiyiniz videonu açın. Bütün videoların aşağısında Paylaş (Share - Podelitsya) düyməsi vardır. Həmin yerə klikləyin. 3 yeni düymə peyda olacaq. Burada Ekle (Add - HTML-kod) düyməsinə klikləyin. Aşağıda kod yarandığını görəcəksiz. Həmin kodu kopiyalayın və bloqunuza qayıdın.


  Boş qoyduğunuz sətrə həmin kodu yapışdırın və oluştur butonuna klikləyin.


  Videomuz hazırdır.



VİDEOLU İZAHIMIZI DA BAXA BİLƏRSİZ

         


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder