üslubunun maraqla qarşılanan spagetti növü bu janrı daha da məhşurlaşdırdı. Bu işdə şübhəsiz ən böyük pay sahibi spagetti vestern janrının banisi də sayılan Sergio Leone-a məxsusdur. Rejissorluq karyerası ərzində cəmi 7 film çəkən və bunlardan 5-i IMDb Top 250 siyahısında olan filmlərdən ən böyük şöhrət qazananı təbii ki, Dollar seriyası idi. 3 filmində də baş rolda olan Clint Eastwood-un da fenomenliyi ilə monumentallaşan filmlərin ən yaxşısı hal-hazırda dünyada 6-cı yerdə qərarlaşan The Good, The Bad and The Ugly (Yaxşı, Pis və Eybəcər) filmidir. Çoxlarınızın tanış olduğu film haqqında bilmədiyiniz çox məqamlara bu analizimizdə toxunaq.
Film,
1966-cı il üçün rekord sayılan 1,6 milyon dollar büdcə ilə çəkilmişdi. Dövrün məşhur
aktyor və rejissoru Orson Welles-in, Leone-a “müharibə filmləri pul gətirmir,
bu filmi çəkmə” deməsinə baxmayaraq rejissor filmini çəkdi və fantastik məbləğ –
25 milyon dollar gəlir gətirdi.
İlk 2
filmdə olduğu kimi bu filmdə də baş rolda dahi Eastwood var idi. Bəzilərinin
fikrinə görə filmi adilikdən qutarıb bu dərəcədə məşhur edən də elə Clint-dir.
Aktyorun ilk filmdən bəri geydiyi çuxa (paço) heç vaxt dəyişdirilmir və təmizlənmir.
Hal-hazırda isə ABŞ muzeylərindən birində saxlanılır.
Digər əsas
rolda isə bu seriyada ilk dəfə rol alan Eli Wallach var idi. Leone eybəcər rolu
üçün ilk 2 filmdə də oynayan GianMaria Volonté-ni düşünsə də sonda Eli-də qərar qıldı.
Aktyor çəkilişlər üçün ilk dəfə Madridə gələndə boş yeri olan otel tapmır və dostunun evində qalan Clint, onu dəvət edir. Sonralar Clintin verdiyi müsahibədə hətta evdə bir çarpayıda yatdıqları da məlum olur.

Wallach-ın film
boyu başı bəladan əksik olmur. İtaliya dilində bir söz belə bilməyən Eli,
ingilis dilini bilməyən italiyalı Leone ilə ancaq elə də yaxşı bilmədiyi
fransız dilində danışa bilirdi.
Tuco (Wallach) personajına özünəməsusluq qatmaq istəyən rejissor, aktyordan silahını boynundan asmağını və atəş açmaq anında onu havada əli ilə tutub bunu etməsini istədi. Bu olduqca çətin bir hərəkət idi və Eli bunun qeyri-mümkün bir istək olduğunu yalnız rejissor özü bunu edə bilsə buna cəhd edəcəyini söyləyir. Leone, həmin hərəkəti edərkən özünü zədələyir və silahın normaldakı kimi beldən asılı olması qərarlaşdırılır.

Digər bir problem isə Eastwood ilə Wallach arasındakı kəskin boy fərqi idi. Boyu
1.93 olan Clintin özündək 22 sm alçaq həmkarı ilə heç vaxt bir kadrda
fokuslanmadığını diqqətlə baxıb görə bilərsiz.
Film ilk 10 dəqiqəsində heç bir dialoq
olmadan başlayır. Bunun 6 il əvvəl çəkilmiş dahi Stanley Kubrick-in 2001: ASpacey Odyssey filminə bir işarə olduğu düşünülür.
Filmdə 3 mahir kavboyun yolunun necə kəsişməsi bizlərə göstərilir. Sentenza (Lee Van Cleef) – digər adıyla `pis`, Bill Carson adlı əsgərin gizli xəzinənin yerini bildiyini öyrənir və onu axtarır. Təsadüfən Bill, Tuco ilə sarışının (Eastwood) rastına çıxır və xəzinənin yerini sarışına deyir. Vətəndaş müharibəsinin də mərkəzində olan bu 3 kovboy sonda xəzinə olan məzarlığa gəlirlər və həlledici duel burada reallaşır.

Eli Wallach-ın
silahlardan anlayışı var idi. Filmdəki silah mağazasında olan səhnələrdə
rejissor Eliyə necə istəyirsə elə hərəkət etməsini və danışmasını tapşırır.
Gördüyümüz o səhnələr tamamilə aktyorun istədiyi kimi çəkilmişdi.
Daha sonra isə aktyor növbəti bədbəxt hadisə ilə üzləşdi. Çəkilişlə zamanı səhvən su zənn edərək yanıcı mayeni içən Eli, özünə gələ bilmək üçün litrlərcə süd içdi və filmin davamını yara dolu ağız ilə oynadı.

Clint Eastwood, Dollar seriyasından əvvəl ilk
dəfə məşhurlaşdığı Rawhide (Xam Dəri) serialında oynayırdı. Həmin serialdakı
bir səhnədə gümüş nişangahlı və ilan dərisi ilə əhatələnmiş silahı olan bir
kovboyu ölürür və silahı özünə götürür. Daha sonra çəkildiyi Dollar seriyasının
da hər üç filmində eyni silahı istifadə etdi.
Xəzinəni tapmaq üçün getdikləri yolda
kovboylar ordu düşərgəsinə də düşürlər. Həmin səhnələrdə həqiqətən ispan
ordusunun əsgərləri iştirak edirdi və nə az nə çox 1500 nəfər idilər.
Körpü partlatmaq səhnəsi də ordunun səhvinə görə qalmaqallı olmuşdu. Leone ordu kapitanı ilə onun dediyi anda körpünü partlatması üçün razılaşdı. Amma kapitan kameraların işlək olmadığı anda körpünü partlatdı. Leone çox qəzəblənmişdi və kapitan ona körpünü əsgərlərinə yenidən inşa etdirmək təklifini dedi. Leone razılaşdı və əsgərlər körpünü yenidən tikdilər.

Məzarlığa çatdıqda ilk səhnə Tuco-nun çılğın
formada qəbri axtarması idi. Bu məqamda bir it görünür. Həmin it ssenaridə yox
idi və Wallach da bunu bilmirdi. Leone, səhnənin melodram meyilli olmaması üçün
aktyorun həqiqətən qorxmasını istədi və həmin səhnədəki aktyorun qorxusu
realdır.
Dahan sonra Tuco, yanlış qəbri açır və bu zaman skelet görünür. Bu həqiqi insan skeleti idi. Adı sirr olan ispan aktrisa ölümündən sonra da onu filmə çəkməklərini vəsiyyət etmişdi.
Dahan sonra Tuco, yanlış qəbri açır və bu zaman skelet görünür. Bu həqiqi insan skeleti idi. Adı sirr olan ispan aktrisa ölümündən sonra da onu filmə çəkməklərini vəsiyyət etmişdi.
Filmdə qəribə paradokslar da var. Məsələn
ekranda görünmə vaxtı daha çox olan Eli Wallach-ın məvacibi Clint Eastwood-dan
az idi. Yaxşı etiketi ilə bizə göstərilən sarışın isə əslində filmdə ən çox
adam öldürən personajdır. O, 11 nəfər öldürmüşdü. Tuco-da bu rəqəm 3, Angel Eyes-də
(Pis) 6-dır.
Sergio Leone, əvvəlcə filmin adını
"The Two Magnificent Tramps," ( "İki Möhtəşəm Avara" ) ya
da "The Magnificent Rogues"( "Möhtəşəm Dələduzlar" ) qoymaq
istəyirdi. Sonradan birdən birə fikrini dəyişdi. Filmin məşhur soundtrack-i isə
çaqqal səsi yamsılanaraq bəstələnmişdi.
0 comments:
Yorum Gönder