öz şah əsəri King's Speech filmini çəkir. Tarixi və bioqrafik janrda olan film mükəmməl ssenarisi, Wes Anderson üslubunu xatırladan rəng və dekorasiya seçimləri, tarixi mesajları və orijinal dialoqları ilə müasir şedevrlərdəndir.
İngiltərə kralı VI George-in kəkələmə problemindən ilham alınaraq ssenarisi 78 yaşlı qocaman yazıçı David Seidler tərəfindən yazılan əsər təndiqçilər və tamaşaçıların böyük rəğbətini qazanır. 12 nominasiyada Oskara namizəd olan film, ilin filmi, ən yaxşı aktyor, rejissor və orijinal ssenari Oskarlarını qazanır. 423 min səs əsasında 8,1 IMDb xalı olan film premyerasından bəri IMDb Top 250 siyahısındadır. Son illər çəkilən filmlər üçün rekord sayıla biləcək 88 Metascore xalı olan film, 15 milyon dollar büdcə ilə çəkilib 387 milyon dollar gəlir gətirib. Qeyd edək ki, Hooper-in 2012-ci ildə çəkdiyi Les Misarables (Səfillər) filmi 433 milyon dollar gəlir gətirib.
Gənc yaşlarında kəkələmə problemi olan ssenarist Seidler filmin final səhnəsində də səhnələşdirilən Kral George-in real çıxışını dinləyir. Kralın demək olar ki, heç kəkələməməsindən çox təsirlənən yazıçı filmin ssenarisini elə həmin dövrdə yazır. Anasının məsləhəti ilə kral hələ sağ ikən bu əsərin gündəmə gəlməsinin doğru olmadığını qərara alan yazıçı film çəkilənə qədər ssenarini özündə saxlayır. Seidler 73 yaşında orijinal ssenari Oskarını almaqla bu nominasiyada Oskar qazanan ən yaşlı ssenarist olmuşdu.
Möhtəşəm ifası ilə 1 il əvvəlki Single Man filmindəki ifasından sonra növbəti dəfə Oskara namizəd olan Colin Firth bu dəfə 2010-cu ildə Jeff Bridges-ə uduzduğu Oskarı, Coen-lərin True Grit filminə görə yenidən namizəd olan Bridges-i qabaqlayaraq Qızıl Qlobusla birlikdə qazanır. Filmin ssenarisi formalaşdırılarkən Kral George obrazı birbaşa A Beautiful Mind filmindən tanıdığımız Paul Bettany üçün düşünülmüşdü. Ailəsinə az vaxt ayırdığını səbəb göstərən aktyor filmdə çəkilməkdən imtina edir.
Obrazını daha yaxşı anlamaq üçün loqoped bacısı Katie Firth-dan kömək alan Colin-in filmdə Shakespeare haqqında danışdığı Geoffrey Rush-la 1998-ci ildə Shakespeare in Love filmində oynaması da maraqlı təsadüflərdəndir.
Firth-in ifasında heç də geri qalmayan performası ilə bacarığını bir daha sübut edən Helena Bonham Carter Oskara namizəd olsa da mükafatı gözlənilmədən Melissa Leo-ya (Fighter filminə görə) uduzur. Filmdə Kraliça Elizabeth-i canlandıran aktrisanın Timothy Spall-ın canlandırdığı Winston Churchill ilə söhbətini görürük. Helena-nın nənəsi Violet Bonham Carter Churchill ilə yaxın dost idi. Aktrisanın babasının atasının İngiltərə baş naziri olduğu da məlumdur.
King's Speech ilə yaxın vaxtlarda premyerası olan Tim Burton-un 2 Oskarlı Alice in Wonderland filmində də kraliça obrazını canlandıran Helena-nın buradakı personajının 1955-ci ildə Bette Davis-in oynadığı Virgin Queen filmindəki Kraliça Elizabeth-dən ilham alınaraq yaradılması maraqlı məqamlardandır. Film ilə paralel olaraq Harry Potter seriyasının 2010 və 2011-ci illərdə premyerası olacaq filmlərində də Bellatrix obrazını canlandıran aktrisanın King's Speech-dəki qrafiki bu filmlərin qrafikinə görə uyğunlaşdırılmışdı.
Filmdə 4 İngiltərə monarxını görürük. Sırayla Kral V George (Michael Gambon), Kral VIII Edward (Guy Pearce), Kral VI George (Colin Firth) və Kraliça II Elizabeth (Freya Wilson). Guy Pearce böyük qardaşını oynadığı Colin Firth-dan 7 yaş balaca idi. Gambon həmçinin 2003-cü ildəki Lost Prince TV filmində Kral V George-in atası VII Edward-ı canlandırmışdı.
Filmdə İngiltərənin dünyaca məşhur baş naziri Winston Churchill-i də görürük. Personajı oynayan Timothy Spall-ı elə həmin il çəkilən Jackboots on Whitehall filmində də Churchill-i oynayarkən görə bilərik. Spall həmçinin 2012-ci il London Olimpiya Oyunlarının açılış mərasimində Churchill kimi çıxış etmişdi. Filmdə sonradan "Churchill ölçüsü" adlandırılan onun özünəməxsus nəhəng siqaretini çəkərkən də görə bilərik.
Çəkilişlərdən 9 həftə əvvəl filmdə Geoffrey Rush-ın canlandırdığı Lionel Logue-nin real həyatdakı nəvəsi tavan arasından Logue-nin böyük sənəd qutusunu tapır. Qutuda Logue ilə Kral George arasında olan yazışmalar, bir çox sənədlər və ən əsası filmin sonunda eşitdiyimiz kralın çıxışı var idi. Sənədlər rejissor Hooper və ssenarist Seidler-ə çatdırılır və filmin axarında burdakı məlumatlara və söhbətlərə əsasən dəyişikliklər edilir.
Bunlardan biri Colin Firth-in təkidi ilə filmə əlavə edilir: Çıxışından sonra Lionel krala: "W hərfini deyəndə yenə kəkələyirsiniz." deyir. Kral cavabında: "Mən bunu etməliydim. Yoxsa onlar mən olmadığımı düşünəcəkdi." Bu söhbət eynilə real George və Lionel arasında keçmişdi. Qeyd edək ki, çıxışın orijinalı 407 sözdən ibarət idi. Biz 269 sözlük qısa versiyanı filmdə görürük.
Kral VI George-in 1939-cu ildəki çıxışı
Filmdəki ən təsirli mesaj Kral George-in ölümünə aid idi. Lionel krala: "Çox siqaret çəkirsiz, ağciyərləriniz sizi öldürəcək!" demişdi. Real həyatda V George gündə 20-25 siqaret çəkirdi və 1952-ci ildə 56 yaşında ağciyər xərçəngindən ölmüşdü.
Filmdə avstraliyalı Guy Pearce britaniyalı, britaniyalı Eva Best amerikalı, amerikalı Jennifer Ehle isə avstraliyalı personajı oynayırdı. Avstraliyada çəkilib ilin filmi Oskarını alan ilk film olan King's Speech-ə görə Oskar qazanan Colin Firth maraqlı zəncirin də əsasını qoyur. Belə ki, növbəti Oskar mərasimində Firth Oskarı Iron Lady filmindəki Margaret Thatcher obrazına görə Meryl Streep-ə verir. Növbəti il Meryl Streep Lincoln filmindəki Abraham Lincoln obrazına görə Daniel Day Lewis-ə verir. İngiltərə kralı, Britaniya baş naziri və ABŞ prezidenti obrazları 3 il ardıcıl Oskar qazanır.
0 comments:
Yorum Gönder