Gözlənilməz Sonluqla Bitən 28 Əla Film



  Bizdən ən çox soruşulan filmlər "sonu gözlənilməz olan"
filmlər olur adətən. Bu siyahıda sözügedən mövzuda ən yaxşı filmləri seçməyə çalışdıq. Siyahıya The Game, Primal Fear, Shutter Island kimi məşhur filmlər qoysaq da əksər filmlər elə də tanınmır. Olduqca maraqlı filmlər sizi gözləyir.












The Spanish Prisoner (1997)



Komediya ustası Steve Martin-in dram istedadını da gözlər önünə sərən “The Spanish Prisoner”-in ssenarisi və rejissorluğu məşhur dramaturq David Mamet-ə aiddir. Mamet, rejissor kimi mükəmməl olmaya bilər amma yazdığı ssenarinin yüksək intellekt məhsulu olmasına söz ola bilməz.









Matchstick Men (2003)




Bir çox fırıldaqçılardan bəhs edən filmlər onsuz gözlənilməz sonluqlarla zəngindir. Elə Ridley Scott-un bu filmi də həmçinin.








Arlington Road (1999)




Qonşunuzun terrorist olduğundan şübhələnsəniz nə edərdiniz? Doğru ola bilər mi? Yoxsa bütün bunlar hamısı paranoyadır? Kim kimdir? Baş rollarda Jeff BridgesTim Robbins var.









Suicide Kings (1997)




Əfsanəvi aktyor Christopher Walken-in yenə əvəzolunmaz aktyorluq məharətini sərgilədiyi film, həm Tarantino üslübünü xatırladan yumorla zəngin ikən həm də gözlənilməz gedişata və orijinal bir mövzüya sahib layiqli qiyməti ala bilməmiş trillerlərdəndir.










Jacob’s Ladder (1990)




“Arlington Road” siyahıdakı yeganə Tim Robbins filmi deyil, “Jacobs Ladder” də eyni dərəcədə maraqlı filmdir.









Butterfly on a Wheel (2007)




Gerard Butler-ın ən yaxşı filmi deyil (bilirəm, hamınız Law Abiding Citizen deyəcəksiniz amma Dear Frankie ondan da yaxşıdır) amma ən yaxşı, ən uğurlu işlərindən biridir. Pierce BrosnanMaria Bello da bu həyəcanlı filmin baş rollarını bölüşən digər məşhurlardır.










The Hidden Face (2011)



Ispandilli triller sevənləri də unutmuruq, və bu Kolumbiya istehsalı keyfiyyətli filmə də yer veririk.









White Bird in Blizzard (2014)



Kinoteatrda izlədiyinizdə sonu gələndə birdən birə bütün zalın şok içində qalıb, təəccüblərini dilə gətirməyə başladığı növ sonluğa sahib filmdə baş rollarda Eva GreenThe Fault in Our Stars, Descendants, Spectacular Now kimi filmlərin ulduzu gənc istedad Shailene Woodley var.










Murder of Crows (1998)



Onun etdiyi kiçik fikir oğurluğunun heç bir zərəri ola bilməzdi, tamamilə təhlükəsiz və şahidsiz bir oğurluq idi bu... ya da baş qəhrəmanımız elə zənn edirdi.










Brian De Palma filmləri



Dahi rejissorun bir çox maraqlı sirr filmləri olduğu kimi, elə bir çoxunda da gözlənilməz hadisələr tez-tez gözlənilməz nəticələrlə sonlanır. Obsession (1976), Dressed to Kill (1980), Sisters (1972), Body Double (1984), Femme Fatale (2002) kimi filmləri hamısı çox təəcüb doğuran, həmçinin Hitchcock təsiriylə birgə rejissorun özünə məxsus üslübüna sahib triller klassikalarıdır. 










Cold in July (2014)



Coen qardaşları bir John Carpenter filmi çəksə nə olardı? Filmi bir tənqidçi bu cümlə ilə ifadə etmişdi. İzləməyə dəyər.










Basic (2003)


John TravoltaSamuel L. Jackson Pulp Fiction filminin ardından ikinci dəfə orduda baş verən sirli bir hadisə və onun üzərinin aşılması mövzusunda olan bu film üçün bir araya gəliblər.








Swimming Pool (2003)



Sonluğu təəcüblü, hətta birmənalı şəkildə yozulmayacaq Francois Ozon klassikası.









Loft (2008)



Remeykine baxmısınızsa belə yenə də orijinal Belçika versiyasına baxın. Ən keyfiyyetli avropa trillerlərindəndir.









Odd Thomas (2013)



Mərhum Anton Yelchin-in istedadını nümayiş etdirdiyi, maraqlı və gözlənilməz hadisələrlə dolu film.








The Skeleton Key (2005)



Qorxu ve mistika elementləri olan filmləri sevənlər üçün.










Nothing but the Truth (2008)



Sadəcə təəcüblənmək üçün baxmayın. Film həm də jurnalist etikası ilə bağlı ciddi mesajlar verir.











Don't Look Now (1973)



Qızını itirmiş ailə, onu gördüyünü iddia edən bir qadın, şəhərdə dolaşan bir seriyalı qatil. Kino tarixinin ən mühüm işlərindən biri sayılan, hətta bir neçə dəfə Britaniya kinosu tarixinin ən yaxşı filmi (və ya filmlərindən biri) seçilmiş, qeyri-ənənəvi montajı, musiqiləri, quruluşu, aktyor oyunu və rejissor işiylə kinoda böyük iz qoymuş filmlərdən.










Fallen (1998)




Denzel Washington-u neçə dəfə maraqsız filmdə görmüsünüz? Bu da istisnalardan deyil.










Angel Heart (1987)




Alan Parker-in şahəsərlərindən. Təkcə sonluğu deyil məsələ, ikinci dəfə izləyəndə sonluğa işarə edən ipuclarını tutmaq ondan da maraqlıdır.










Shutter Island (2010)




Yəqin ki, artıq baxmayan qalmayıb. Qalıbsa da vaxt itirməsin.









Primal Fear (1996)




Ed
ward Norton-un kinoda
ilk rolu (və ilk Oskar namizədliyi). 











Witness of the Prosecution (1957)




Aqata Kristi-nin əsəri əsasında çəkilən filmin rejissoru öz zamanın ən yaxşılarından biri olan Billy Wilder-dir. Məşhur vəkil Wilfrid Robarts sağlığı ilə bağlı problemləri olduğundan, işinə fasilə verdiyi bir dönəmdə bu məhkəmə işi ortaya çıxır. Vəkil qarşısında çox maraqlı və müəmmalı iş olduğunu görüb, öz işinə geri dönür. Bütün dəlillər Leonard-ın günahkar olduğunu göstərir. Sir Wilfrid isə müttəhimin günahkar olduğuna inanmır. Getdikcə ortaya çox qarışıq hadisələr çıxmağa başlayır. Sonra isə vəkil özünü həyatı boyunca görmədiyi möhtəşəm bir oyunun içərisində tapır.
  Film 6 nominasiyada Oskara namizəd olmuşdur.

















Wild Things (1998)





Müəllim Sam Lombardo öz şadirdinə təcavüzdən günahlandırılır. Daha sonra başqa bir şagird eyni şikayəti edir. Məhkəmə salonunda isə məsələlər daha şübhəli hala gəlir. Rejissor John McNaughton, baş rollarda Kevin Bacon, Matt DillonNeveCampbell oynadığı film sonda sizi dəhşətə gətirəcək.











Side Effects (2013)



Steven Soderbergh-in 2013 cü ilə izləyiciyə təqdim etdiyi bu filmdə baş rolları məşhur sifətlər- Rooney Mara, Catherine Zeta-Jones, Jude Law, ChanningTatum və oynamışdır.
   Ərinin həbs olunmasından sonra Emily depressiyaya düşür. Psixiatr yanında gedib, dərmanlar qəbul edən qadın daha sonra psixiatr ilə arasında yaranan münasibətlərin ardında işlər daha da çətinləşir....




Identity (2003)





Romantik dramdan girib psixoloji trillerdən çıxan, bioqrafik dramdan girib Marvel-dən çıxan, yolda macəra vesterə də baş çəkən rejissor James Mangold-un Identity filmi.
10 fərqli adam qasırğalı havada fərqli səbəblərlə bir otelə yığışır. Burada naməlum biri tərəfindən sirli şəkildə öldürülməyə başlayırlar. Getdikcə həyacanı artıran filmin sonunda təəccüblənməmək olmur.










The Game (1997)





Nicholas Van Orton yaxşı işi və qacancı olan bir iş adamıdır. Qardaşından aldığı doğum günü hədiyyəsi onun həyatında həyacan qatmağa başlayır. Öz istəyi ilə yazıldığı bir oyunun parçası olan Nicholas, getdikcə başına gələnlərin oyundan daha artıq olduğunu hiss edir. Sonra evini,işini və bütün sərvətini itirməyə səbəb olan bu "oyunun" sonunda nə olduğunu izlədikdə görəcəksiz...
  Dövrümüzün triller ustası DavidFincher-in rejissorluğunu etdiyi filmdə baş rolları Michael Douglas, Sean PennDeborah Unger canlandırıb.




Orphan (2009)




Kate və John cütlüyü hələ doğulmamış uşaqlarını itirdikdən sonra çox pis halda olurlar. Həyatları alt-üst olur. Həyatlarına yenidən rəng qatmaq üçün bir uşaq övladlığa götürürlər. Yeni övladları Esther ilk baxışdan məsum görünsə də, getdikcə qəribə hallar sərgiləməyə başlayır. Kate bunu hiss edib ərinə bildirsə də, John buna əhəmiyyət vermir. Bu laqeydlik sonra faciə ilə nəticələnə bilərmi?

Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder