aksiyon filmləri tamaşaçı kütləsinin rəğbətini qazansa da kommersiya uğurundan başqa heç nə əldə etmir. 1988-ci ildə orta səviyyəli aksiyon filmləri çəkən John McTiernan ən yaxşı filmi - 5 hissəli Die Hard seriyasının ilkini çəkir. Roderick Thorp-un Nothing Lasts Forever adlı romanından ekranizasiya edilən film texniki göstəricilərinə görə göz doldurur.
4 nominasiyada Oskara namizəd olan Die Hard səs, montaj, səs effekti və vizual effekt nominasiyalarının 3-də Robert Zemickis-in komediyası Who Framed Roger Rabbit filminə uduzur. 28 milyon dollar büdcə ilə çəkilən film hər nə qədər 5 film içində ən az gəlir gətirən olsa da seriyaya dünya şöhrəti gətirir. Sonrakı 4 filmin ümumi gəliri 1,3 milyarddan çox olur (Ən çox gəlir gətirən Live Free or Die Hard - 385 milyon dollar). 523 min səs ilə 8,3 IMDb xalı olan filmin Metascore xalı da 70-dir.
Rejissor McTiernan əslində Arnold Schwarzenegger-in oynadığı Commando filminin 2-ci hissəsini çəkmək istəyirdi amma Arnold istəmir. McTiernan Die Hard filminə başlayanda da baş rolu ilk dəfə Arnold-a təklif edir, cavab yenə mənfi olur.
McTiernan filmdə məhz Beethoven-in 9-cu simfoniyasından bir hissənin səslənməsini istəyirdi. Filmin bəstəkarı Michael Kamen bir aksiyon filmdə bu musiqinin səslənməsinin Beethoven-ə hörmətsizlik olduğunu düşünür və onun yerinə Wagner və ya Strauss-dan bir parçanı təklif edir. McTiernan bəstəkarın Stanley Kubrick-in böyük fanatı olduğunu bilirdi. 9-cu simfoniyanın A Clockwork Orange filmindəki kimi vəhşiliyi və dəhşəti simvolizə edəcəyini söylədikdən sonra musiqinin filmə daxil edilməsinə razılaşılır.
O vaxta qədər sadəcə 2 uzun-metrajlı filmə çəkilən və Hollywoodda çoxlarının tanımadığı Bruce Willis əslində rolun təklif edildiyi 9-cu aktyor idi. Sırasıyla Arnold Schwarzenegger, Sylvester Stallone, Al Pacino, Burt Reynolds, Richard Gere, Harrison Ford, Mel Gibson, Michael Madsen-ə rol təklif olunmuş, hər biri öz növbəsində imtina etmişdi. Qeyd edək ki, romanın müəlliflik hüquqlarını 80-ci illərin əvvəllərində alan dahi Clint Eastwood da filmdə elə özü oynamaq istəyirdi. Yəqin ki, yaşına görə Clint fikrini dəyişir (Willis-dən 25 yaş böyük idi).
Çox da məşhur olmayan Willis üçün 5 milyon dollar rekord maaşın verilməsi hamının təəccübünə səbəb olmuşdu. Bruce-un filmdəki səhnələri də asan başa gəlmir. Atışma səhnələrinin birində səhvən silah aktyorun qulağının lap yaxınında açılır. Uzun müddət qulağındakı xəsarətə görə çəkilişlər dayanır. Willis-in bugünə qədər qulağındakı problem qalmaqdadır.
Filmdə xanımını oynayan Bonnie Bedelia-nın Heart Like a Wheel (1983) filmindəki ifasını gördükdən sonra Willis özü onu rejissora məsləhət görür və aktrisa rolu alır. Willis həmçinin şüşə qırıntılarının ayağını kəsdiyi səhnədə və onun sonrasında bir çox sözü və hərəkəti ilə ssenaridən kənara çıxsa da həmin səhnələr saxlanılır. Aktyorun səhnələrinin əksəriyyətinin gecə çəkilməsinin səbəbi isə çəkilişlər zamanı Willis-in 5 sezon davam edən Moonlighting serialına çəkilməsi idi. Bruce səhər saatlarına serialda hava qaralanda isə Die Hard-da işləyirdi. Qeyd edək ki, Willis yeganə Qızıl Qlobusunu da Moonlighting serialındakı ifasına görə qazanmışdı.
Filmdə alman terroristlərinə qarşı mübarizə aparan Bruce-un özü də elə alman əsilli idi. Terroristlərin əksəriyyəti isə ingilis aktyorlar idi (yalnız 2-si alman idi). Ümumiyyətlə film almanları terrorist kimi qələmə verməsinə görə ölkələrarası gərginliyə səbəb olmuşdu. Filmin Almaniya versiyasında bütün adlar avropalaşdırılmış, alman teroristlər isə "avropalı terroristlər" adlandırılmışdı.
Filmdə Bruce Willis-in qollarındakı tatunu görürük. Sonrakı 4 bölümdə John McClane personajının tatusu yoxdur. Seriyanın 5 filmində də liftdə çəkilmiş səhnə var. Həmçinin Die Hard-ın ən məşhur replikası "Yippee-ki-yay, motherfucker!" bütün bölümlərdə var. Həmin replika 2007-ci ildə Premiere jurnalının "Unudulmaz 100 film replikası" səsverməsində 96-cı yerdə idi.
Kino tarixinin ən qəddar personajlarından sayılan Hans Gruber üçün Alan Rickman ən uğurlu seçim hesab edilsə də bu rol da daha əvvəl Spielberg-in Jurassic Park-ından tanıdığımız Sam Neill-ə təklif edilmişdi. Uğurlu alman ləhcəsi ilə bəyənilən ingilis Rickman çəkilişlərin ilk günü aksiyon səhnələrinin birində dizini zədələyir. Aktyorun filmdə uzun müddət oturmasının səbəbi budur. Həmçinin Rickman-ın ayaq üstündə olan səhnələrində ayaqlarının kadra alınmamasına diqqət edin. Həmin səhnələrin əksəriyyətində aktyor tək ayaq üstündə dayanırdı.
Qeyd edək ki, Die Hard Alan Rickman-ın ilk uzun-metrajlı filmidir. Prodüser Joel Silver (həmçinin Matrix, V for Vendetta, Sherlock Holmes seriyasının prodüseri)və rejissor McTiernan təsadüfən getdikləri bir teatrda aktyorun Dangerous Liaisons oyunundakı ifasını görür və rolu Alan-a verirlər.
Filmdəki məşhur göydələn Nakatomi isə əslində 20th Century Fox film şirkətinin binası idi. Filmin premyerasından sonra ABŞ-ın hər yerindən binaya axın olur. Həmin vaxt alınmış qərara görə bina ətrafında şəkil çəkdirmək qadağan idi. Binadakı partlayış səhnəsi çəkilərkən Los Angeles-də uzun müddət təşviş hökm sürür. Səhnənin real effekti filmdən xəbəri olmayan ətraf ərazilərdəki əhalinin evlərindən qaçmasına da səbəb olmuşdu. Qeyd edək ki, əvvəllər xırda aktyorluq təcrübəsi olan 2 FBI agenti filmdə çəkilmişdi.
Sona qədər 21 nəfərin öldüyü filmdə hadisələrin romana görə 3 gün davam etməsi lazım idi, lakin 1 gecədə məsələ həll olunur.
0 comments:
Yorum Gönder