Scarlett Johansson. Həyatı və Ən Yaxşı Filmləri

 

Scarlett Ingrid Johansson 1984-cü il 22 noyabrda
New York-da anadan olmuşdu. Atası Karsten Johansson danimarkalı memar, anası Melanie Solan isə Polşa yəhudisi menecerdir. Scarlett-in böyük bacısı Vanessa Johansson da aktrisadır. Əkizi Hunter Johansson-dan başqa aktrisanın kiçik qardaşı da var.



  13 yaşında valideynləri ayrılan Scarlett vaxtının yarısını Los Angeles-də anası ilə, yarısını isə New York-da atası ilə keçirirdi. 2002-ci ildə New York, Manhattan-dakı Professional Children məktəbindən məzun olan Johansson kiçik yaşlarından teatr oyunlarında çıxış edirdi.



  Məktəbdən məzun olana qədər artıq 12 uzun-metrajlı filmdə izlədiyimiz aktrisa 19 yaşında Francis Ford Coppola-nın qızı Sofia Coppola-nın ssenaristi və rejissoru olduğu, ən yaxşı melodramlardan sayılan Lost in Translation filmi ilə məşhurlaşır. İfası ilə Qızıl Qlobusa namizəd olan, BAFTA və Venice Film Festivalında isə mükafata layiq görülən aktrisa filmdən sonra özündən yaşca böyük insanla münasibəti daha yaxşı qavramaq üçün çəkilişlərdən əvvəl özündən 17 yaş böyük Oskarlı məşhur aktyor Benicio Del Toro ilə birlikdə olduğunu söyləmişdi. Johansson həmin il Girl with a Pearl Earring filmi ilə də Qızıl Qlobus və BAFTA-ya namizəd olmuşdu.



  2000-ci illərdə karyerasının ən yaxşı dövrlərini keçirən aktrisa ardıcıl 2 il - 2004 və 2005-ci illərdə Love Song for Bobby LongWoody Allen-in Match Point filmləri ilə Qızıl Qlobusa namizəd olur. Scarlett-ə dahi rejissor Woody Allen-in sevimli aktrisası desək yanılmarıq.



  Tək evliliyə inanmadığını söyləyən cazibədar Johansson tez-tez eşq macəraları ilə də gündəmdə olur. 2 il məşhur aktyor Josh Harnett ilə birlikdə olan aktrisa Jared LetoJustin Timberlake ilə olan münasibətlərindən sonra 2008-ci ildə Green Lantern filmindən tanıdığımız Ryan Reynolds ilə evlənir. Aktyorun Sandra BullockBlake Lively ilə birlikdə görünməsi cütlüyün ayrılmasına səbəb olur. Keçən il 1 oktyabrda Romain Dauriac ilə evlənən aktrisanın bir övladı var.



  Əksər rollarında özündən daha yaşlı personajları canlandıran aktrisa düzgün bədən quruluşu və cazibədarlığı ilə seçilir. 2006-cı ildə FHM jurnalı aktrisanı "Yaşayan ən seksual qadın" seçmişdi. Calvin Klein, Louis Vuitton kimi məşhur firmaların reklam üzü olan aktrisa reklam gəliri ən çox olan Hollivud ulduzlarındandır. 2006-cı ilin fevralında Vanity Fair jurnalının üz qabığında Keira Knightley ilə çılpaq şəkli dərc olunan aktrisa uzun müddət gündəmdə qalmışdı.



  Scarlett Johansson-un ən yaxşı 15 filmini təqdim edirik:















15. Don Jon












14. Lucy












13. Iron Man 2












12. Hitchcock












11. Chef












10. Captain America: The Winter Soldier












9. Vicky Cristina Barcelona












8. Under the Skin












7. Match Point












6. Ghost World












5. Girl with a Pearl Earring













4. The Man Who Wasn't There












3. The Avengers seriyası













2. Lost in Translation














Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder