izləmə şansı əldə
edirik. Izəyicilər izləmək üçün film seçərkən bəzi kriteriyalara diqqət
yetirirlər. Kimisi aktyor heyətinə görə, kimisi ssenariyə görə filmi izləmək
istəyir. Həyatda yaşanmış hadisələr isə bir çoxlarının diqqətini cəlb edir.
Lakin bəzi filmlər hadisələri həyatdakından fərqli göstərirlər. Sizin üçün gerçəkləri dəyişdirərək göstərən filmlərin siyahısını
hazırladıq.
Həyacan
dolu atmosferi ilə izləyicilərə dərindən təsir edən Norman Jewison filmi The Hurricane cinayətlə şərlənən və həbsxanaya atılan boksçu Rubin “Hurricane”
Carter-in həyatından bəhs edir. Denzel Washington-un baş rolu ustalıqla
canlandırdığı bu filmdə 20 illik həbsdən sonra Hurricane-nin günahsız olduğunu
sübut etdiyini və azadlığa buraxıldığını görürük. Filmdə dəyişdirilən hadisələrdən
birincisi Carter-in hakimlərin irqçi hərəkətlərinə görə onun tərəfində
olmamadıqları üçün Joey Giardello-nu öldürürcəsinə döyməsidir. Hətta bu səhnəyə
görə Joey Giardello produserləri məhkəməyə vermiş və məhkəmədən haqlı tərəf
olaraq ayrılmışdı. Carter cinayətkar kimi olmasa da keçmişdə etdiyi səhvlərə
görə soyğunçu kimi tanınırdı.
Jennifer Lawrence, Bradley Cooper, Robert De Niro kimi məşhur aktyorların olduğu filmdə
Miracle Mop və Huggable Handgers icadları ilə tanınmış Amerikalı ixtiraçı Joy Mangano-nun
həyatından danışılır. Ancaq tam olaraq gerçəkləri əks etdirildiyi demək çətindir.
Filmdə Joy Mangano ərindən ayrılmış, iki uşaq anasıdır və maddi çətinliklər çəkir,
Miracle Mop icadından sonra şirkət sahibi olduğu göstərilir, lakin Joy əsl həyatda
universitet məzunudur və menecerlik oxumuşdur. Əri ilə universitet illərində
tanışmış və üç uşaqları olmuşdur. Filmdə göstərilən dram elementlərinin heç
biri Joy-un həyatında olmamışdır.
Hər
nə qədər gerçəklərə uyğun çəkildiyi iddia edilsə də Oskar mükafatlı The Imitation Game filmində də realığa uymayan hissələr var. Benedict Cumberbatch və Keira Knightly-nin baş rollarını oynadığı filmdə Alan Turing-in 2. Dünya Müharibəsi
zamanı İngiltərə hökuməti tərəfindən almanların şifrəli yazışmalarını
aydınlaşdırmaq məqsədilə vəzifələndirilməsi və etdiyi icadla şifrənin qırılması
göstərilir. Əslində filmdə bəhsi keçən maşın tam olaraq Alan Turing-in icadı
deyil, Turing Polşada icad edilən bir modeli iş yoldaşları ilə birlikdə təkmilləşdirir
və müvəffəqiyyətlə başa çatdırır.
Replikaları
ilə sosial şəbəkələrdə daim qarşımıza çıxan Will Smith və oğlu Jaden Smith-in aş rollarını canlandırdığı film reallığı tam əks etdirməyən filmlərdəndir.
Gabriele Muccino-nun rejissorluğunu etdiyi film Chris Gardner-in boşandıqdan
sonra oğlu ilə birlikdə verdiyi həyat mübarizəsi və işsizliyin gətirdiyi çətinliklərdən
bəhs edir. Bir dram klassikası olan The Pursuit of Happyness filmində əslində
reallıq olduğu kimi göstərilmir. Belə ki, Chris-in bir neçə ay boyunca oğlunun
harada olması barədə heç bir fikrinin olmaması, oğlunun arvadından deyil başqa
bir sevgilisindən olması, filmdə mükəmməl, lakin əsl həyatda tam tərsi olması,
oğlunu çox da vecinə almaması, arvadına şiddət göstərməsinə görə dəfələrlə
tutulması göstərilməyən gerçəklərdir.
Siyahıda
yer alan Oskar mükafatlı bir film daha. Riyaziyyatçı John Nash-in həyat hekayəsindən
bəhs edən film gözlənilməyən xətalarla izləyici qarşısına çıxmışdı. Film dahi
riyaziyyatçının reallıqla örtüşməyən fərqli hekayəsindən bəhs edir. əslində
Nash-in xəstəliyi ciddi və qarışıq xüsusiyyətlərə malik idi. Nash Princeton-dan
məzun olduuqdan sonra yadplanetlilər tərəfindən ona New York Times vasitəsilə
şifrəli mesajlar göndərildiyini, qırmızı qalstukluların komunist olduqlarını və
professorlarına Papa olduğunu deyirdi. Filmdə bəhsi keçməyən detallardan bir
neçəsi Nash-in Nobel mükafatına laiq görülən zaman çıxış etməməsi, qələm səhnəsinin
heç gerçəkləşməmiş olması, dahi riyaziyyatçının homoseksuallığa meylindən və təcrübələrindən
heç bəhs edilməmiş olmasıdır.
Mel Gibson-u həm rejissor kimi həm də baş rol kimi izlədiyimiz bu film də reallığı
tam mənası ilə əks etdirməyən filmlər sırasına daxildir. Ssenarist Randal Wallace
mövzuda yaradıcı dəyişikliklər etdiyini etiraf etsə də gerçəyə əsaslanmayan
qurğusal bir dünya yaratmışdır. Tarixi tərəfdən bir çox hadisənin tamam fərqli göstərildiyi filmdə gerçəkdə “ilk gecə haqqı” hadisəsinin yaşanmaması, şotland ətəklərinin
13-cü yüzillikdə hələ işlədilməməsi və Stirling Körpüsü Müharibəsinin filmdə
göstərilənin əksinə daha kiçik bir körpüdə yaşanması, Kraliça Wallace ilə heç
tanışmamış və eşq yaşamamış olması reallığı əks etdirməyən elementlərdən bir
neçəsidir.
Kino tarixinin ən təsiredici qorxu filmlərindən biri olan The Texas Chainsaw Massacre bir qrup yaxın dostun Texasda üzündə maska olan bir əqli xəstə tərəfindən
elektrikli mişar ilə öldürülməsindən danışır. Filmin rejissorluğunu öz üzərinə
götürən Tobe Hooper filmə marağı artırmaq üçün real hadisələrə əsaslandığını
qeyd etmişdi. Film üçün Ed Gein adlı qatilin cinayətlərindən ilhamlanılsa da
ssenari cəhətdən tamamilə qurğulanmış film qarşımıza çıxır. Rejissorun etdiyi
hiyləgərlik 300 min dollarlıq bir filmdən 30 milyon dollarlıq gəlir əldə
etməsinə səbəb olmuşdu.
Good Morning, Vietnam (1987)
Baş rolunu Robin
Williams-ın oynadığı fimin
rejissor stulunda Barry Levinson oturmuşdur. Adrian Cronauer-in həyatından bəhs
edən film də tam olaraq reallığı əks etdirməyən filmlərdəndir. Ziddiyətçi,
idealist və sülh tərəfdarı kimi tanınan Cronauer Vyetnamda Amerika Silahlı
Qüvvələrinin radiosunda işləməsi üçün təlimatlandırılır. Bu müddətdə Cronauer-in
başından keçən əhvalatlar əyləncəli bir üslubla izləyiciyə çatdırılır. Lakin
gerçəklər filmdəkindən olduqca fərqlidir. Cronauer-in hekayəsi Robin Williams-ın
üslubuna uyğunlaşa bilməsi üçün yenidən quraşdırılıb. Filmdə sülh tərəfdarı bir
liberal kimi izlədiyimiz Cronauer-in əslində tam bir respublikaçı olması kimi
yanlışlar gözə çarpır.
0 comments:
Yorum Gönder