90-cı İllərdən 10 Mükəmməl Qara Komediya

                         

     Komediya və satiranın alt növü olan qara komediya kinematoqrafiyanın
ilk illərində çox da rast gəldiyimiz bir növ olmasa da illər keçdikcə kinolarda daha çox görünməyə başladı. Növünün qabaqcılı kimi Stanley Kubrick-in Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love The Bomb filmini göstərə biləcəyimiz qara komediya son illərdə əsasən Coen qardaşlarGuy Ritchie kimi rejissorların filmlərində qarşımıza çıxmağa davam edir. Lakin bu dəfə janrın müasir və bilinən nümunələrindən kənara çıxaraq 90-cı illərin komediya anlayışına səyahət edəcəyik.





                                             Bob Roberts (1992)    
 

     Siyasi bir acılama kimi təsvir edə biləcəyimiz Bob Roberts izləyicisinə doğurdan var olan bir Bob Roberts obrazına inandırmaq üçün sənədli film tərzində çəkilmişdir. Təəssüf ki, 90-cı illərdə yumoru ilə güldürən Bob Roberts-ə çox bənzər hadisələri bu gün bilavasitə ABŞ-ın idarəetmə quruluşunda görmək mümkündür.














                                      Swimming With Sharks (1994)  
   

     KevinSpacey-nin Buddy Ackerman obrazını ustalıqla canlandırdığı George Huang rejissorluğunda çəkilən Swimming With Sharks hər şeyin aydın olduğuna ən əmin olduğumuz vaxtda əslində məsələnin çox daha fərqli olduğunu gördüyümüz filmlərdəndir. Kevin Spacey ilə birlikdə filmdə Frank Whaley Benicio del Toro-nu da izləyirik.


















                                            The Last Supper (1995)



     The Last Supper Cameron Diaz, Anabeth Gish, Ron Eldard kimi məşhurları bir araya gətirərək bir yemək stolu ətrafında irəliləyən cinayət üstünə cinayət törədən bir dost qrupunun hekayəsindən bəhs edir. Ölümün bir nöqtədən sonra normallaşmasının gətirdiyi qara komediya filmin hər hissəsinə möhtəşəm bir şəkildə yayılmışdır.

















                                                To Die For (1995)



     Suzanne Stone (Nicole Kidman) olduqca diqqət çəkici bir gözəlliyə sahib həyata dair məqsədləri olan güclü bir qadındır. Larry Maretto ilə evliliyindən sonra rahat bir həyat yaşasa da televizor aparıcısı olma xəyalından heç vaxt əl çəkmir və bunun üçün başlayacağı işin kiçikliyi də əhəmiyyət kəsb etmir. Hər gün yeni fikirlər yaradan və fikirləri ilə müdirlərini cəlb edən Suzanne Stone işlədiyi yerli kanala zorla müvəffəqiyyət gətirir.



















                                      Welcome to the Dollhouse (1995)



     Hələ orta məktəbdə oxuyan Dawn-ın yeniyetməliyə keçişindəki keyfsizlik və qarışıqlığı mükafata doymayan bir filmə çevirən Todd Solondz daha sonra çəkəcəyi Happiness (1998) filmində də Welcometo the Dollhouse-dan bəslənir.
















                                             Living in Oblivion (1995)



     Tom DiCillo-nun rejissorluğunu etdiyi Living in Oblivion baş rollarında Steve Buscemi, Catherine KeenerGame of Thrones ilə böyük bir şöhrət əldə edən Peter Dinklage-i birləşdirir. Sundance Film Festivalından mükafatla qayıdan Living in Oblivion komediya ünsürlərini ola biləcək ən uğurlu şəkildə qarışdıran filmlərdən biri kimi qarşımıza çıxır.



















                                            The House of Yes (1997)



     Kennedy suiqəsdi ilə bağlı bir məzmuna sahib olan The House of Yes olduqca yumorik bir qurluşa malik bir film kimi dəyərləndirilə bilər. Parker Posey, Tori Spelling, Josh Hamilton kimi aktyorları izlədiyimiz filmin rejissoru isə Mark Waters-dir.



















                                                 Happiness (1998)



     Tom Solondz-un 1998-ci ildə rejissorluğunu etdiyi Philip Seymour Hoffman-ın hələ gənc bir aktyor ikən oynadığı və obsesiv bir obrazı uğurla canlandırdığı Happiness adında vurğuladığı xoşbəxtlikdən başqa hər şeydən bəhs edir əslində. Lakin vərdiş olduğumuz bir xoşbəxtliyin olmaması da filmin ambivalent tərəflərindən biridir. Bu səbəbdən bir nöqtədə film bildiyimiz xoşbəxtlik qəliblərinin qeyri-mümkünlüyünü göz qabağına sərərək qara bir komediyaya dönüşür.


















                                                Jerry and Tom (1998)



     Saul Rubinek rejissorluğunda izləyicilər qarşısına çıxan film Joe Mantegna, Sam RockwellMaury Chaykin-in yer aldığı Jerry and Tom Rick Cleveland-ın bir pərdədən ibarət teatr oyunundan uyğunlaşdırılan xoş bir qara komediya olaraq qarşımıza çıxır.

















                                         Guest House Paradiso (1999)


     Guest House Parardiso 90-cı illərin qara komediyası olması ilə yanaşı bir də VincentCassel ilə ön plana çıxır. Film qəribə quruluşu ilə izləyicini cəlb edir.
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder