Bloqumu necə yarada bilərəm?
Bloggerliyə yeni başlamaq istəyənlər üçün ilk sual əlbəttə budur. Təəssüflər olsun ki, bu mövzuda Azərbaycan dilində məqalə tapmaq demək olar ki, mümkün deyil. Biz də eyyamzade.blogspot.com olaraq aktual məsələ üçün doğma dilimizdə materiallar paylaşmağa qərar verdik.
Bloggerliyə yeni başlamaq istəyənlər üçün ilk sual əlbəttə budur. Təəssüflər olsun ki, bu mövzuda Azərbaycan dilində məqalə tapmaq demək olar ki, mümkün deyil. Biz də eyyamzade.blogspot.com olaraq aktual məsələ üçün doğma dilimizdə materiallar paylaşmağa qərar verdik.
İlk iş olaraq fundamental bilikləri aşılayıb sıfırdan bloq yaratmağı bu yazıda öyrənəcəksiniz. Şəkilli və videolu izah ilə işiniz olduqca asan olacaq. Uğurlar!
İlk olaraq istifadə etdiyiniz veb brauzerdə (chrome, opera, mozilla və s.) google hesabınızı açın (gmail hesabı). Daha sonra blogger.com adresinə giriş edin.
Blogger bir Google xidməti olduğundan birbaşa sizin gmailinizə bağlı blogger açılacaq. Blogger-in google dəstəkli olması onun hack olunması ehtimalını yaxud bloqunuzda yaranacaq interfeys problemlərini demək olar ki, 0 edir. Bu sözləri digər bloq servisləri üçün demək çətindir (Wordpress, Tumblr və s.).
Bu səhifə açıldıqdan sonra `yeni bloq` seçərək davam edirik.
Bu hissə ən əhəmiyyətlidir. Bloq başlığınız bloqunuzun adı olacaq. Mümkün qədər paylaşacağınız yazıların mövzusuna uyğun və qısa olmağında fayda var. Bu hissəni sonradan dəyişdirə bilərsiz. URL hissəsində isə saytın hansı adla çağrılmasını göstərirsiniz. Əgər qısadıra başlığa yazdığınız addan istifadə edə bilərsiz.
Nəhayət bloqumuz yaradıldı. Bu formada birbaşa paylaşımlara başlamaq məqsədəuyğun deyil. Əgər gələcəkdə bloqunuzla pul qazanmaq istəyirsizsə ayarlarda və açıqlamalarda bir çox dəyişikliklər etmək lazım gələcək. Bunların hamısını növbəti paylaşımlarda izah edəcəm.
Mövzunun videolu izahına da baxa bilərsiz:
0 comments:
Yorum Gönder