Citizen Kane Analizi 2



Daimi izləyicilərimizdən Müjgan Nəsirzadə klassiklərdən
Citizen Kane filmini özünəməxsus üslubda dəyərləndirib. Biz oxuduq, çox bəyəndik ümidvarıq siz də bəyənəcəksiz. Siz də öz məqalənizi saytdakı müvafiq bölmədən və ya buraya klikləyərək bizə yollaya bilərsiz. Məqsədimiz ana dilimizdə kino bilgisini artırmaqdır.

1-ci Citizen Kane məqaləmiz
Vətəndaş Keyn 1941-ci ildə çəkilmiş ilk tammetrajlı dramatik amerikan filmidir. Film baş rolu ifa etmiş 25 yaşlı Orson Uells tərəfindən çəkilmiş, RKO Radio Pictures kino şirkəti tərəfindən maliyyələşdirilmişdir. Rollarda: Orson Uells (Çarlz Foster Keyn), Uilyam Olland (Tompson), Dopoti Kaminqor (Süzen Aleksander) və.s Uzun onilliklərdən bəri bu film geniş masştablı kino profesionalları tərəfindən bütün zamanların ən yaxşı filmi kimi dəyərləndirilir.



Film Çalz Foster Keyn adlı media maqnatının həyatını əks etdirir. Başlanğıcda Keyn öz fəaliyyəti ilə insanlara xidmət etmək istəyir. Lakin insanın həyatını dəyişdirən pul və hakimiyyət onun mənəviyyatını dəyişdirir. Fleşbek prinsipi ilə çəkilən filmdə jurnalistin tədqiqatı göstərilir. O Keynin ölüm qabağı dediyi "qızılgül qönçəsi" sözünü aydınlaşdırmaq tapşırığı alır.



Süjet: Mediomaqnat Çalz Foster Keyn öz evində vəfat edərkən əlindəki şüşə kürəcik yerə düşür və o güclə bir söz deyə bilir: "qızılgül qönçəsi". Bu hadisəni kinoxroniklər və qəzetlər insanlara çatdırmaq istəyirlər. Tamaşaçılara 12 dəqiqə ərzində Keynin həyatının rekroluqu çatdırılır. Məlum olur ki, onu kommunist və faşist adlandırırdılar. O iki müharibə görmüş həyatının sonunda iflic olmuş, Zanada qəsrini tikdirmiş, iki dəfə evlənmiş və qubernator olmaq cəhdləri uğursuzluqla nəticələnmişdir. Jurnalist Tompson Keynin son sözlərini araşdırmağa başlayır və onu tanıyan insanlarla görüşür. Keynin ikinci həyat yoldaşı Süzen Aleksander əvvəlcə jurnalistlə görüşməkdən imtina edir.
Daha sonra jurnalist mərhumun kitabxanasında bankir Uilter Parksın gündəliyi ilə tanış olur. Buradan tamaşaçıya aydın olur ki, Keyn uşaq olarkən həmin adamın himayəsinə verilmiş və birdən-birə varlanmışdır. Fleşbek boyu Keynin kariyerasının ilkin illəri onun kiçik bir qəzetdə "sarı jurnalistika" stilində fəaliyyəti göstərilir. Daha sonra Keyn Amerika prizidentinin bacısıqızı ilə evlənir və qubernator postu üzərində mübarizəyə başlayır. Müğənni Süzen Aleksander ilə romantik əlaqələri onun nigahına və siyasi kariyerasına son qoyur. Mister Keynin yaxınları ilə də söhbətlər bu sirli sözün açılmasına kömək etmir. Jurnalist belə bir nəticəyə gəlir ki, bəlkə bu Keynin itirdiyi və yaxud arzu edib əldə edə bilmədiyidir. Filmin sonunda tamaşaçıların gözü önündə, Keynin əşyalarını sobaya atan fəhlələr canlanır. Bu əşyaların içərisində üzərində "qızılgül qönçəsi" yazısı olan xizək də var idi. Lakin bu söz hamı üçün sirr olaraq qalır. Film başlandığı plan ilə qurtarır: monoqramma "K" Zanada qəsrinin üzərində olan "giriş qadağandır" yazısı ilə.



Film amerikan biznesmeni, qəzet maqnatı Uilyam Rendolf Hyorst-a həsr olunmuşdur. Filmin ekranlara çıxmasını istəməyən Hyorst əlindəki imkanlarla media imperiyası vasitəsilə Uellslə müharibəyə başlayır. Filmin ərsəyə gəlməsi üçün Uells bütün imkanlarını sərf etməli olur. Hyorsta qarşı böyük antireklam kompaniyasına görə film tamaşaçı uğuru qazanmadı. Film Amerikanın böyük şəhərlərində nümayiş olundu. Lakin əyalətlərdə və cənubda bunu demək olmazdı.



Bir çox qəzetlər filmi baykot elan etdilər. 1952-ci ildən etibarən Sight&Sound jurnalında bu film 5 dəfə ən yaxşı filmlər arasında 1-ci yer tutub. 1999-cu ildə rejissor Benjamin Rosso "Proyekt 281" filmini çəkmişdi ki, bu film " Vətəndaş Keyn" filminin çəkilişləri barədə idi. 1998-ci ildə Amerika Kino İnstitutu 100 ən yaxşı film siyahısında "Vətəndaş Keyn" filmini birinci yerə layiq görmüşdür. 2007-ci ildə yeniləşmiş siyahıda film yenidən birinci yeri almışdır.



1941-ci ildə film Amerika kino tənqidçilərinin milli sovetinin mükafatına layiq görülmüşdür. 1942-ci ildə ən yaxşı ssenariyə görə "Oskar", eləcə də ən yaxşı film, ən yaxşı rejissor işi, ən yaxşı kişi rolu, ən yaxşı operator işi, ən yaxşı musiqi, ən yaxşı dekorasiya, ən yaxşı səs yazılışına görə mükafat almışdır. Film rejissorun ilk debütü idi.



"Vətəndaş Keyn" kino dünyasında məşhur və yüksək qiymətləndirilən klassik şedevrlərdəndir. Burada iki əsas mövzu inkişaf edir. Birinci ictimai xadimin şəxsi ləyaqət hissinin enməsidir. Filmdə amerikan müvəffəqiyyəti tarixinin acı istehzası, sonda kədərli nostalgiya, tənhalıq və ölüm. Şəxsi mövzunun simvollarla ifadəsi materialistik mövzunun vizual inkişafı üst-üstə düşür. Filmin mövzusu müəllif personajlar tərəfindən bir neçə nöqteyi nəzərdən çatdırılır. Bu milyonçu qəzetçinin faciəvi tarixçəsi olub, mənəviyyatı var-dövlət, hakimiyyət, hərislik və "ölümsüzlük" ilə zədələnir. Keynin faciəsi onun insanlara münasibətlərində heç bir real emosiyalar hiss etməməsidir. Onun ikinci arvadı şikayətlənir ki, Keyn ona maddi rifahdan savayı bir şey verməyib, bunu o itinə də verə bilər.



Keynin yaxın dostu onu belə xarakterizə edir ki, o heç bir vaxt heç nə vermirdi o sizə məsləhətini qoyub getdi. Keyn nə istəyirdi? -məhəbbət hissi, dəyişkənlik, öz toxunulmaz uşaqlıq dünyasını, hansı ki qızılgül qönçəsi ilə simvolizə edirdi. O öz ətrafındakılara bu hissləri verə bilmirdi, nə də bunları özü üçün ala bilirdi. Filmdəki ilk görünüş ay işığında gecə dumanında nəhəng darvazanın üstündəki "kənar şəxslərə giriş qadağandır" sərlövhəsi olur. Darvazadan uzaqda var-dövlət nişanəsi qəsr görünür. Bu görünüş filmin sonunda da təkrarlanır. Film öz-özlüyündə vizual şedevrdir.



Kameranın vəziyyətinin seçimi əsas faktordur. Kamera tərəfindən aşağıdan çəkilmiş sima daha güclü, daha hakimiyyətli təsir bağışlayır. Auditoriya ona aşağıdan yuxarı baxır. Onun böyüdülmüş siması onun maddi rifahı ilə müqayisədə auditoriya özünü kiçik hiss edir. Keynin eqoizmi və xəsisliyi onun xarici görünüşünə də təsirsiz ötüşmür. Keynin həyatı amerikan həyat tərzini göstərir. İnsanın imkanları hesabına materialistik elementlərin artması, Keynin arzusunda olduğu məhəbbət əldə etməməsi, pulun və hakimiyyətin ona xoşbəxtlik və sakit həyat gətirməməsi, ümumilikdə pul və xoşbəxtliyin əbədi rəqabəti filmə fəlsəfi məna verir. Hamının nəzərində zəngin, uğurlar sahibi olan intellektual bir şəxs sonda boş və tənha bir insan kimi ölür.





Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder