The Fountain (2006) Film Analizi


 Bu dəfə gənc kino həvəskarı Rəşid Əliyevin qələmindən maraqlı
Fountain analizini təqdim edirik. Aronofsky fanatları rejissor haqqında yazımızı da saytdan oxuya bilərlər.

  Üç ayrı zamanlarda baş verən zahirən fərqli ama məqsədcə eyni hadisələrdən bəhs edən film maraqlı sujet xəttinə sahib olsa da, kütlə üçün nəzərdə tutulmayıb..Filmi ancaq fəlsəfədən anlayışı olan və maraqlanan insanlar başa düşər və bəyənər. XVI əsrdən XXVI əsrə qədər olan zaman daxilində cərəyan edən hadisələrdə, Tomas / Tommy / Tom-un əbədiyyətin sirrini tapmaq cəhdlərindən bəhs edirmiş kimi görürük. İnsanı o biri dünyanın, əbədi həyatın var olub olmaması haqqında düşündürən filmdir.


  "Ölüm də digərləri kimi bir xəstəlikdir və bir müalicəsi var."- fəlsəfi fikrinin hansı mənada işlədildiyini tapmaq sizin işiniz olacaq. Tom həqiqətənmi bu bünyada ölümsüzlüyün olduğunu zənn edirdi yoxsa əbədiyyəti mənəvi qazanmaq və "nirvana"ya çatıb rahatlıq tapmaq istəyirdi?! "Ölüm yaradılışın bir parçasıdır"-şüarı isə filmdə "İzzi"ni ölümünü rahatlıqla gözləməsi və hər dəfə "artıq qorxmuram" deməsi ilə üst-üstə düşür.


  Maraqlı bir məsələni də çatdırım ki, İzzi-nin ölümü ilə meymunun beynindəki şişin müalicəsinin tapılması üst üstə düşür və bu da "ölüm yeni başlanğıcdır" - ilə uyğunlaşır (Reankarnasiyanın gerçəkləşməsi). Ümumiyyətlə filmdə deyilən hər şüarın, hər kəlimənin və hər görüntünün məntiqi işlənmə səbəbini aşkarlamaq mümkündür. Filmin sonunda ikibaşlı həqiqətə çatırıq. İlk olaraq bütün cəhdlərin hədər olduğunu, fiziki əbədiyyətin qeyri mümkünlüyünü və hətta əbədi həyat ağacının suyunu içən "Tom"un içərisindən ağacın cücərib çıxması və onu məhv etməsi də bir neçə məna kəsb edir (Əbədiyyət özü sənin məhvindir).


  Fikrimcə XXVI əsrdə "Tom" elə XXI əsrdəki aydınlanmış "üstinsan" versiyasıdır və sevdiyi qızın ölümünün qarşısını ala bilməməsinin nəticəsində həqiqəti qəbul etmiş və mənəvi əbədiliyi tapmışdır. Bir tənqidçi kimi yanaşsan çox az texniki səhvlər var idi, aktyor işi isə bir o qədər də güclü deyildi. Məncə bir çox tənqidçilərin bu film haqqında mənfi fikirlərini iki cür başa düşmək olar: Birincisi nəzərə almalıdırlar ki, rejissor metafizik qarışıqlığı nizamlı şəkildə göstərməyə çalışsa da, bunu etmək çox çətin, hətta mümkünsüzdür. İkincisi sadəcə özünüreklam məqsədi ilə edilən tənqidlərdir. Fontan bir film kimi mükəmməl olmasa da fəlsəfə, mənəvi rahattıq, həyatın mənası filan ilə maraqlanan insanların izləməsi gərəkən ilk filmdir. 
Qeyd: Təəssüf ki bu film də həyatın mənasını açıqlamır. O həvəslə baxmayasız.

BİR NEÇƏ FAKT:


* Rejissor Aronofsky filmdə CGI effektləri istifadə etməyin zaman-məkan əlaqəsinə təsir edəcəyindən çəkinərək kimyəvi-texniki üsullarla xüsusi effektlər yaratmışdı.

* Baş rollar Hugh JackmanRachel Weisz filmdə olduqca aşağı məvacib qarşılığına iştirak etməyə razılaşmışdılar.

* Filmin çəkilişləri tamamlanana qədər Aronofsky saqqalını kəsməmişdi. Bu onun debüt filmi - Pi (1998)-dən bəri adətidir.

* Film 35 milyon $ büdcə ilə çəkilmişdi və ən yaxşı musiqi nominasiyasında Qızıl Qlobusa namizəd olmuşdu (bəstəkar: Clint Mansell).



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder