Gary Oldman Haqqinda. En Yaxsi Filmleri TOP List

     


      Gary Oldman 21 mart 1958-ci ildə İngiltərə, London, New Cross-da
anadan olub. Anası Kathleen Cheriton evdar qadın, atası Leonard Bertram Oldman isə qaynaqçı idi.

      1979-cu ildə Oldman İngiltərədə Rose Bruford Dram Universititetinə qəbul oldu və burada teatr dərsləri aldı. Daha sonra Greenwich gənclik teatrında çıxış etməyə başladı və 80-ci illərin başlarında müxtəlif tamaşalarda oynamağa davam etdi. Məşhur olmamışdan qabaq o ayaqqabı satıcısı, xəstəxanada gözətçi və s. işlərdə işləyirdi.



      Onun ilk filmi 1982-ci ildə çəkilən Remembrance oldu. Lakin Oldman-in tanınmasında mühüm rol oynayan film rejissorluğunu Alex Cox-un etdiyi Sid and Nancy oldu. Bu film ona “Ən Yaxşı Yeni Aktyor” mükafatını qazandırdı. Daha sonra 1987-ci ildə Prick Up Your Ears filmi ilə BAFTA-da “Ən Yaxşı Aktyor” mükafatına layiq görüldü.



      90-cı illərdə Oldman-in oynadığı filmlərə misal olaraq JFK, Dracula, True Romance, Leon, The Fifth Element, Air Force One, Immortal Beloved və s. kimi məşhur filmləri göstərmək olar.

      Oldman 2004-cü ildə Harry Potter And The Prisoner Of Azkaban filmində “Sirius Black” obrazı ilə geri döndü. O bu obrazı Harry Potter seriyasının digər filmləri olan Harry Potter and the Goblet of Fire (2005) və Harry Potter and the Order of the Phoenix (2007) filmində də canlandırdı.



      Oldman 2005-ci ildə ilki yayımlanan Christopher Nolan-ın “Batman” filmlərinin hər üçündə onun simvolik obrazı olan “Dedektiv James Gordon”-u canlandırdı. Önəmli film tənqidçilərindən olan MarcKermode Gary Oldman-ın performansını çox bəyəndiyini söyləmişdi.



      2011-ci ildə rejissorun Tomas Alfredson olduğu Tinker, Tailor, Soldier,Spy filmində önəmli rollardan biri olan “George Smiley” obrazını canlandırdı və bu obraz ona ilk “Oscar” namizədliyini gətirdi.



       Aktyorluqdan əlavə Oldman 1997-ci ildə həm yazdığı, həm də rejissorluğunu etdiyi Nil By Mouth filmini nümayiş etdirdi. Bu film “Cannes” Film Festivalında Kathy Burke-a “Ən Yaxşı Aktrisa” qalibiyyətini gətirdi.

       Gary Oldman-ın 3 övaldı var. İlki birinci həyat yoldaşı Lesley Manville-dən, digər ikisi isə üçüncü həyat yoldaşı Donya Fierentino-dandır. 2008-ci il dekabrın 31-də Alexandra Edenborough ilə ailə həyatı qurdu, lakin 2015-ci ilin yanvar ayında ayrılmaq qərarı aldılar. Oldman, 1990-1992 illər ərzində aktrisa Uma Thurman ilə evli olub.


      


Gary Oldman-ın ən yaxşı filmlərini təqdim edirik:










19. Basquiat (1996)

















18. RoboCop (2014)


















17. A Christmas Carol (2009)


















16. Sid and Nancy (1986)




































15. Henry & June (1990)





















14. Lawless (2012)



















13. Hannibal (2001)





















12. The Book of Eli (2010)




















11. The Contender (2000)




















10. Air Force One (1997)



















9. True Romance (1993)



















8. Dawn of the Planet of the Apes (2014)





















7. The Fifth Element (1997)





















6. JFK (1991)



















5. Dracula (1992)

















4. Tinker Tailor Soldier Spy (2011)



















3. Harry Potter seriyası (2004, 05, 07, 11)



















2. Leon (1994)


















1. The Dark Knight seriyası (2005, 08, 12)








Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder