Jennifer Lawrence Haqqında. Ən Yaxşı Filmləri TOP List

     
  Jennifer Shreiden Lawrence 15 avqust 1990-cı ildə Louisville,
Kentucky, ABŞ-da anadan olub. Anası Karen Lawrence düşərgə rəisi, atası Gary Lawrence isə tikinti işçisi idi. Jennifer 3 uşaqlı ailənin ən kiçiyidir. Orta məktəbdən 2 il tez məzun olan Jennifer-in aktrisalıq kariyerası 14 yaşında Manhattan-a köçdükdən sonra başlayır. 


     Jennifer müraciət etdiyi bütün seçmələrin üstəsindən çox rahatlıqla gəlirdi. Onun tanınmasına yol açan filmlərdən biri “TBS” kanalında yayımlanan The Bill Engvall Show serialı olmuşdur. Lawrence daha sonra növbə ilə The Devil You Know , Cold Case, Medium və Monk TV seriallarına rol alır. 2008-ci ildə Jason Freeland-in rejissorluğunu etdiyi Garden Party filmində kiçik bir rol alır. Həmin il böyük bir uğur əldə edən Burning Plain filmində Charlize TheronKim Basinger ilə birlikdə yer alır. Bu rolu ilə Venedik film festivalənda Marcello Mastroainni mükafatına layiq görüldü.



 Bundan sonra baş rol oynadığı Debra Granik-in rejissorluğundakı Winters Bone filmi Sundance Film Festivalında ən yaxşı film mükafatını aldı. Bu filmdəki rolu ilə Jennifer tənqidçilər tərəfindən bəyənildi və 2011-ci ildə “Oscar” mükafatlarına “Ən Yaxşı Köməkçi Aktrisa” nominasiyasında namizəd oldu. Eyni zamanda bu filmə görə içində NBR-ın da olduğu 7 mükafat qazandı.



        Lawrence 2009-cu ildə Mel GibsonJodie Foster ilə birlikdə The Beaver filmində yer aldı, lakin film 2011-ci ildə yayımlandı. 2011-ci ildə o, X-Men: First Class filmində “Mystique” obrazını canlandırdı.  Bundan sonra House at the End of The Street, və Like Crazy filmində yer alan Jennifer-ə ən böyük uğuru gətirən film “The Hunger Games” filmi oldu. Bu film 600 milyon dollardan çox gəlir gətirdi.



  Bu filmdən sonra David O. Russel-in rejissorluğunu etdiyi və 8 nominasiyada Oscar-a namizəd olan Silver Linings Playbook filmində izləyicilər tərəfindən çox sevilən Tiffany Maxwell obrazını canlandırmışdır. Jennifer Lawrence bu filmdəki roluna görə “Oscar”-da “Ən Yaxşı Aktrisa” mükafatını aldı. Eyni zamanda bu filmə görə o, “Qızıl Qlobus” və “SAG” mükafatlarına da laiq görüldü. Daha sonra yenə rejissorluğunu David O. Russel-ın etdiyi “American Hustle” filmində oynayan Lawrence burada Rosalyn Rosenfeld obrazını böyük məharətlə canlandırır. Və bu filmə görə “BAFTA” mükafatına layiq görülür. Jennifer Lawrence-in digər filmlərinə misal olaraq, “Joy”, “Serena”, “Passengers” və s. göstərmək olar.



        “People” jurnalında “Dünyanın Ən Gözəl İnsanları” siyahısında yer alan Lawrence eyni zamanda 2011-ci ildə “Maxim” jurnalında keçirilən “Ən Cəzbedici 100 Qadın” siyahısında 10-cu yerin sahibidir.



          Lawrence 2011-ci ildə “X-Men: First Class” filmində yer aldıqdan sonra Nicholas Hoult ilə sevgili oldu. Lakin 2013-cü ildə ayrılmaq qərarı alan cütlük 2013-cü ildə “X-Men: Days Of Future Past” filmində yer aldıqdan sonra yenidən sevgili oldular. Ayrı iş proqramlarına görə əlaqələrini davam etdirə bilməyən cütlük 2014-cü ilin avqust ayinda bu dəfə qəti olaraq yenidən ayrıldılar. 




  Aktrisanın ən yaxşı filmlərini təqdim edirik:









8. Joy (2015)


























7. Like Crazy (2011)



























6. Passengers (2016)


























5. The Hunger Games seriyası (2012, 13, 14, 15)




























4. X-Men seriyası (2011, 14, 16)





























3. Winter's Bone (2010)




























2. American Hustle (2013)





























1. Silver Linings Playbook (2012)










Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder