Şübhəsiz Lars von Trier-in Nymphomaniac filmi ilə birlikdə izləyicini şok edən,
incidən, psixologiyasını alt-üst edən filmlərdən biridir. Onsuz film Cannes Film Festivalında göstərildiyi üçün bir çox insan tərəfindən tənqid atəşinə tutulub. Çox az sayıda ciddi film tapmaq olur. İzlədikdən sonra insanda bir çox sual yaradan filmlərdəndir. Filmi anlamaq üçün araşdırmağa ehtiyac var. Bu film bir çox festivalda iştirak edib. Trier işidir. Deməli film boş deyil . Film bir çox criticizing saytlarında və festivallarda şiddətli tənqid edilib. Cinsəl münasibəti heç bir filmdə bu qədər açıqlıqla görə bilməzsiniz. Filmdəki sərt səhnələrə görə Trier-dən üzr gözləyən tənqidçiləri Trier çox təəccübləndirmədi.Trier: "Heç bir halda Antichrist filminə görə üzr istəmə ehtiyacı duymuram. Əksinə kinomotoqrafiyaya olan inancım bu film ilə ortaya çıxır və bu filmi kino həyatımın ən mühüm filmi kimi görürəm."
İndiki zamanda sənət filmləri çox mübahisə olan mövzudur. Hətta kinonun sənət olmadığıda söylənilir. Sənət filmləri onsuz hər zaman mübahisəli olub və bir çox insan tərəfindən sevilmir, daha doğrusu bir çox insana xitab etmir. Yaxşı film izləyicilərinə tövsiyəm odur ki, filmi izləyərkən özünüzü sadəcə rahat buraxmaqdır. Yəni filmə hər hansı bir mistik vəziyyəti həll etmək üçün baxmayın. Rahat şəkildə filmə baxsanız sizə anlatmaq istədiyini rahat şəkildə görə bilərsiz. Bizə göstərilən; nəyi görüb-görməyəcəyimiz zaman bizi şübhəli buraxan şeylərdir. Sənət filmləri dedikdə ilk ağlıma gələn 3 isim İngmar Bergman, Andrey Tarkovsky və Bela Tarr-dır. Filmin sonundakı kimi film Andrei Tarkovsky-ə həsr olunmuşdur. Çünki bütün yaxşı sənət filmləri anlatmaq istədiklərini gizli şəkildə ötürür. Gizlədiklərini biz onlara verərik. Bu bizim nəyi anladığımız, xatırladığımız, yaşadığımızla bağlıdır. Film qorxu janrında göstərilib. Amma bu film sizin bildiyiniz izləyici kütləsini cəlb edərək pul qazanmaq məqsədilə şeytan çıxarma və ya əlində bir balta ilə insanların bağırsaqlarını çıxaran hekayə qəhrəmanı haqqında deyil.
Filmin ssenarisi Nietzsche, Strindberg, Munch kimi yazıçıların düşüncələrindən ilhamlanaraq yazılıb. Munch tarixin ən mühüm elm adamlarından və rəssamlarından biridir. Filmdə Munch rəsm sənətindən də istifadə edilib. Həmin rəsm əsəri 2012-ci ildə New York-da hərracda 120 milyona satılaraq ən bahalı sənət əsəri olaraq tarixə keçmişdir. Sənət əsərinin adı "The Scream" adlanır. Filmdə bu səhnəni görmək olar. Bu fəryad içimizin səsidir, dərinliyə girərək bizə dərindən təsir edən, depressiv bir insanın ruhunu sorğuladan və tanrının bizə verdiyi "daxili məhkəmə" adlandırılan vicdanımızın fəryadı.
Filmin giriş səhnəsi hər kəsi şok edən cinsəl münasibət ilə başlayır. Bu zaman oyanan balaca uşağı pəncərədən düşərək ölür. Ailə ciddi travma alır. Ana özünü günahladırır və bunun nəticəsi olaraq psixoloji çöküntü yaşayır. Həyat yoldaşı həkimlərin çoxlu sayda dərman verməsindən narahat olur və özü də psixoloq olduğu üçün heç kəsin olmadığı təbiətlə iç-içə olan bir evə gedir. Yalnızlıq və səssizlik gözəl müalicə metodudur. Amma bunun da bir sərhədi var. Bu sərhədi keçdiyin zaman insan dəli ola bilər. İnsan artıq təbiətin bir cismi halına gəlmişdir. Ən yırtıcı heyvan belə bir insanın yanında mələkdir. İnsanlar yaşamaq üçün heyvanları rahatlıqla öldürüb yeyə bilər. Filmdə deyildiyi kimi :
"Təbiət şeytanın ibadət etdiyi yerdir..." (Nature is Satan's church.)
Filmda ana (belə xitab edirəm çünki sadəcə uşağın adı bəllidir) özünü bir ara sağalmış kimi hiss edir. Bunu həyat yoldaşı ilə paylaşır. Amma həyat yoldaşı buna sevinmir. Buna görən She (ana) həyat yoldaşını sorğulamağa başlayır. Bu anda ekranda tülkü görünür və "Chaos reigns" (Xaos hökm sürəcək) deyə səslənir. Artıq film bizi sıxmağa başlamışdır. Psixoloji gərginlik yaşamağa başlayırıq. Çünki depressiv bir ailə, cinsəl münasibət və anlaya bilmədiyimiz məqamlar. Trier-in ən sevdiyi məqamları yaşayırıq. Trier üçün ən müqəddəs şey - tənqiddir. Artıq təbiət sahəsində onun parçasına çevrilmiş She-ni görürük. She artıq vəhşiləşmişdir. Qorxuları ilə üzləşməkdən çəkinən She, həyat yoldaşının onu tərk edəcəyini düşündüyü üçün onu öldürmək qərarına gəlir. Amma bunu işgəncə verərək etmək istəyir. Cinsəllik səbəbi ilə uşağını itirdikləri üçün həyat yoldaşının cinsi orqanına ziyan vurur. Bundan sonra öz cinsi orqanına da ziyan vurur. Həyat yoldaşının onu tərk etməməsi üçün ayağına daşıması çətin dairə bağlayır. Film Dogville (2003) filmini yamsıladır. Amma ondan daha sərt şəkildə hazırlanıb.
Trier filmi anlatmaq üçün təbiəti seçib. Bəlkə buna görə filmi İngmar Bergman-a deyil Andrei Tarkovsky-ə həsr edib. Amma problemi İngmar Bergman kimi insanlarda görür. Dostoyevski-nin fikrinin əksinə olaraq "tanrı yoxdursa hər şey ola bilər" deyir və problemi tanrı ilə bağlamır. Nietzsche kölə əxlaqından (Xristianlıq) nifrət etdiyi açıq şəkildə ifadə edən bir insan olub. Nietzsche hətta "Anti-Christ" adlı kitabıda mövcuddur. Trier-in müsahibəsində din haqqında belə demişdi:
"Xristianlıq mənə görə bərbat bir şeydir. Amma əslində din də belədir. Bunu çox yaxşı bilirəm. Nietzsche-nin "Anti-Christ" kitabını 12 yaşımdan bəri yatağımın baş ucunda saxlayıram. Xristian dini ilə ən böyük üzləşməmdir. Amma, şeytanlar mənim şəriklərimdir. Bəlkə də film ərsəyə gətirməyimin üstünlüyü budur. Şeytanlar sənə ağrı verərkən onları filmlərdə əks etdirə bilirsən. Beləcə sənin dostların və ilham qaynağın olurlar. Antichrist filmi mənim fəryadıma ən yaxın olanıdır. Həyatımın həqiqətən də ən pis vaxtlarına təsadüf edir."
0 comments:
Yorum Gönder