Lost Highway Filminin Sirri

  
Filmin ilk və son cümləsi: "Dick Laurent öldü."
Yol boyunca sanki sonsuzluğa gedən sarı xətlər, seksual-passiv bir ər, harda gəldi eşidilən telefon zəngləri, xəyanət edən bir qadın, maskalı bir sifət, adlardakı qarmaqarışıqlıq və Lost Highway oteli.

  2014-cü ilin sonlarında yayımlanan ən ideal film izahını araşdırdıq, tapdıq, tərcümə etdik və təqdim edirik. Buyurun David-ə heyrən qalın.





  Beynimizi ağrıdan bir Lynch filmi. Renee, seksual zəifliyinə görə ərinə, yəni Fred-ə porno filmlər prodüseri Dick Laurent ilə xəyanət edir. Renee beləliklə seksual arzularını ödəmək istəmişdi. Fred buna görə arvadını öldürür. İndi filmin incəliklərinə gedək.

1. Əvvəla bunu yadınızdan çıxarmayın: Fred Madison filmin əvvəlindən sonuna qədər həbsxanada idi.




2. Filmin əvvəlindən Fred-in həbsə düşməsinə qədər olan hissədəki personajlar Fred-in real həyatda tanıdığı insanlardır. Əsl arvadı Renee-dir (qara saçlı). Dedektivlərin evə gəlib araşdırma aparması arvadının ölümü ilə bağlı idi. Maskalı, müəmmalı adam isə Fred-in özünün yaratdığı xəyali personajdır. Fred-in hərəkətlərini formalaşdıran, istədiyi kimi düşünməsinə nail olan həmin müəmmalı adamdır. Evə davamlı gələn kasetlər isə Fred-in özü-özüylə üzləşməsi üçün bir səbəb idi.



3. Fred partidən evə gələndə Renee ilə söhbət edirlər. Renee Moke adlı yerdə Andy ilə tanış olur və beləliklə Renee porno sənayesinə addım qoyur. Beləliklə Fred-ə xəyanət edir.



4. Həbsxana müdiri Fred-in kamerasına baxır və gördüyü insan Fred Madison deyil. Filmin pik nöqtəsi bu səhnədir. Xəyanətə uğramağı özünə sığışdırmadığından və arvadını dəli kimi sevsə də onu cinsi cəhətdən razı sala bilməməyin verdiyi pərtlikdən Fred özünün tam əksi olan Pete personajını yaratmışdı. Həkim Fred-dən son vaxtlar necə yatdığını soruşur, Fred isə yata bilmədiyini deyir. Yata bilmədiyinə görə beynində qarışıqlıq, sual işarələri fırlanır. Tam olaraq Fred-in Pete obrazına büründüyü an həbsxanada həkimin dərman verərək Fred-i kamerasına yolladıqdan sonrakı səhnədə reallaşır. Fred, həbsxana qapısına baxdığı səhnədən etibarən get-gedə Pete obrazına çevrilir. Həbsxana nəzarətçisi kameraları yoxlayanda Fred özü yaratdığı insana - Pete-ə çevrilir. Bundan sonra isə hər şey yenidən başlayacaq. Fred özünü Pete obrazına dəyişir. Bəs nəzarətçilər və digərləri Fred-i necə Pete kimi görür? Fred o anda onsuzda Pete-ə çevrildiyinə görə biz həmin səhnəni Fred-in Pete obrazına çevrildiyi şəkildə izləyirik. Nəzarətçilərin kameraya baxışı əslində bizim filmə baxışımızla eynidir.


5. İndi gələk Fred-in həbsxanadan sonra beynində yaşadıqlarına. Fred bu hissədən sonra real insanların adlarını dəyişdirir. Eddy-nin (əslində Dick Laurent) maşın təmirçisinə gələndə gətirdiyi Alice (əslində arvadı Renee) obrazı arvadının onu arzulayan halıdır. Fred beynində bunun belə olmasını istəyir və onu sarışın edir, adını dəyişir. David Lynch-in sarışın-əsmər qız dilemmasına yaxşı bir misaldır.Beləliklə Fred, özünün yaratdığı utopiyasında həm arvadını razı salmış olacaq, həm də Dick Laurant və Andy-dən intiqam almış olacaqdır.  


6.Pete, maşın təmiri ustasının yanında olan zaman, əsl həyatda özünün çaldığı bir mahnını radioda eşidir və o mahnını sevmədiyini deyir. Fred həmin anda (Həbsxanadakı otağında) şüuraltındakı Pete obrazını əsl həyatı ilə üzləşən bir səs eşidir. buna görə də radioda eşitdiyi mahnını bəyənmir çünki Fred o anda öz həyatını deyil, Pete kimi bir həyatı xəyal edir.  



7. Pete obrazı Sheila adlı biri ilə və başqa qadınlarla davamlı cinsi əlaqədə olur. Fred öz beynində Pete obrazını cinsi iqtidarı güclü olan biri kimi fikirləşdiyinə görə, əsl həyatda uğursuz olduğu bir məsələni şüuraltında qalibiyyətə şevirmişdir.  


8. Filmin sonlarına doğru Alice maşınla gedərkən Pete-ə Eddy ilə Moke adlı bir yerdə tanış olduğunu və porno sektoruna da bu formada daxil olduğunu deyir. Bu, Fred-in arvadı, yəni Renee-in maşinda dediklərinin eynisidir. Əslində Renee bu formada porno sektoruna daxil olmuş və Fredi aldatmışdır. 


9. Filmin başlanğıcında sarı xətlər Fred-in öz beynində etdiyi səyahəti simvolizə edir.  


10. Çöl səhnəsində sirli obrazımız Alice-in əsl adının Renee olduğunu deyir və "Əgər sənə Alice dedisə yalan söyləmişdir" deyir. burada açıq bir şəkildə Fred-in öz xəyal dünyasında əslində arvadı olan Renne obrazını Alice obrazına dönüşdürdüyünü görürük. Çöldə Pete Alic-dən nəyə görə özünü seçdiyini soruşur. O da "Hələ də məni istəyirsən elə deyilmi?" sualına "Həmişəkindən çox" cavabını verir. Və burada Alice, yəni Renee-nin zidd obrazı nəyə görə Pete-i seçdiyini, Renee-in isə nəyə görə Fredi seçmədiyini başa düşürük. Cinsi iqtidara sahib olan adam seçilmişdir. Pete və Alice sevişdikdən sonra Alice Pete-in qulağına eynilə bunu deyir:"Mənə heç vaxt sahib ola bilməzsən". bu cümlə o mühiti pozan bir cümlədir. Az əvvəl Pete obrazını arzulayan birindən gözlənməyən bir cümlədir. Elə tam burada Pete obrazı Fred obrazına dönüşür. Fred-in beynində bir geri dönüş yaşayır. Buna görə də bu cümlə mühiti pozaraq Pete-in Fred-ə dönüşməsinə səbəb olur. Burada unutulmamalı olan məqam hadisələrin hamısının Fred-in həbsxanada yuxusuz keçən günlərində yaşanmış olmasıdır. Fred hələ də həbsxanadadır.



11. Gələk "Lost Highway" hotelinə. Fred hoteldə 25 nömrəli otağa daxil olur, çünki 26 nömrəli otaqda porno prodüseri əsl həyatdakı arvadı ilə, yəni Renee ilə cinsi əlaqədədir. Burada iki cür şərh ola bilər. Birincisi; Fred əsl həyatda yaşadığı bir anı yenidən öz beynində quraşdırmaqdadır. Yəni gerçəklikdə də Renne-in onu aldatdığı an bu şəkildə olmuşdur və Fred onları tutmuşdur. ikinci şərh də belə ola bilər ki, Fred hələ öz yaratdığı utopiyanın içərisində olduğu üçün hadisənin elə gerçəkləşməsini təmin etmişdir. Əslində iki fərqli ssenari də eyni anda gerçəkləşdiyi üçün şərhlərin ikisini də doğru olaraq qəbul edə biərik. 
  

12. Çöldə Pete Fred obrazına dönüşdükdən sonra sirli obrazımız Fred-ə bir bıçaq verir. Xatırlasaq, sirli obrazı Fred-in öz beynində ona istiqamət verməsini və hadisələri öz mənfəətinə dönüşdürəcək şəkildə davranmasını təmin edən bir obraz kimi ifadə etmişdik. Öz yaratdığı dünyada Dick Laurent-i öldürməsini deyən adam da sirli obrazdır. Fred-in sirli obrazı beynində yaratmış olduğunu buradakı səhnədən başa düşə bilərik. 


13. Gələk son və anlaşılması ən çətin olduğunu düşündüyümüz hissəyə. Filmin sonunda Fred evinə gəlir və meqafona filmin ən başında olduğu kimi bunu deyir: "Dick Laurent öldü". Nə demişdik? Fred filmin başlanğıcından bəri həbsxanadadır. Evi olaraq gördüyü yer əslində beynidir. Şənlikdə Fred-in sirli obrazla etdiyi söhbəti xatırlayaq. Sirli obraz belə deyir: "Mən əslində indi sənin evindəyəm". Əslində o anda Fred həbsxanadadır. Sirli obraz isə Fred-in evində, yəni beynindədir. Filmin sonunda özü qurmuş olduğu dünyada Pete obrazına bürünərək, yaşamaq istədiklərini yaşamışdır və Dick Laurenti öldürdükdən sonra beynində quraşdırdığı utopiya da tamamlanmışdır. Vəzifə beynində tamamlandığı üçün öz-özünə, yəni şüuraltına eynilə bunu deyir:"Dick Laurent öldü". özünün qurduğu xəyal aləmində özünü razı salmışdır.


14. Polislərin ardınca düşdüyü səhnənin təhlilini bu şəkildə açıqlaya bilərik. Diqqət yetirək! Fred hələ də beynindəki həbsxanadan çıxa bilməmişdir. Razı qalmasına rəğmən hələ də beynində qurduğu xəyal aləmində yaşamaqdadır. Beynində yaratdığı obrazlar vəzifələrini tamamlayır, lakin bu dəfə də yaratmış olduğu dünyada polislər ardınca düşür. Fred maşında gedərkən beynindəki obrazlar bir-birinə qarışır və cinnət keçirir. Nəticə: Fred heç həbsxanadan çıxmadı. Sadəcə yaşadıqlarını və yaşamaq istədiklərini beynində quraşdıraraq bizə danışdı.


   

Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder