Bəs oxuyucularımızı bloqda necə daha çox saxlaya bilərik? Bunun üçün ən effektiv üsul yazınızdakı hər hansı sözləri bağlantı etməkdir. Məsələn sözə klikləyərək oxuyucu başqa sayta keçid ala bilər və sizin bloqunuz hələ də açıq formada qalar. Bunu necə edəcəyimizi öyrənək.
İlk olaraq bloqumuza daxil olub yeni məqalə yazmağı klikləyirik.
Məqaləmizi yazıb istədiyimiz sözü seçirik və yuxarıdakı `bağla` düyməsinə klikləyirik.
Açılan pəncərədə URL hissəsinə hansı sayta keçid alacağıqsa həmin adresi yazırıq. Ən əhəmiyyətli məqam buradakı `bağlantını yeni sekmedə aç` və nofollow xüsusiyyətini aktiv etməkdir. Yaxşı olar ki, bağlantınızı test edərək URL-in düzgün olduğundan əmin olasız. Əgər e-mail adresinə keçid almaq istəyirsizsə həmin hissəni aktiv edə bilərsiz.
Videolu izahımızla da tanış olun
0 comments:
Yorum Gönder