Tom Hanks. Həyatı və Ən Yaxşı Filmləri

  
Thomas Jeffrey Hanks 1956-cı il 9 iyulda ABŞ-ın Kaliforniya
ştatının Concord şəhərində anadan olmuşdu. Atası Amos Mefford Hanks-ın soyu İngiltərədən idi. Anası Janet Marilyn Frager isə xəstəxanada baş həkim idi. 5 yaşı olanda valideynləri ayrılan Hanks-ın atası və anası yenidən ailə qurur. Atası, bacısı və qardaşı ilə yaşayan Hanks məktəb illərində çox sakit və əhəmiyyət verilməyən uşaq olur. Həmçinin çox məsuliyyətli olan Hanks heç vaxt problemli bir uşaq olmur.



  Atası 3-cü dəfə evləndikdən sonra ögey qardaşları ilə böyüyən Tom sonrakı açıqlamalarının birində: "Evimizdə o qədər insan olurdu ki, bəzən unudulurdum." demişdi. Yeniyetmə dövründə teatra böyük marağı olan Hanks gününün çox hissəsini teatr səhnələrində tamaşaçı kimi keçirir. Bir gün Cleveland-da teatr festivalı təşkilatçısı ilə tanış olan gənc Tom sonrakı 3 ilini teatr işçisi kimi keçirir və teatr haqqında çox şey öyrənir. Hanks bu iş üçün kollecdəki təhsilini yarıda qoyur.



  Teatrda Shakespeare oyununda ifa etdiyi obrazı ona mükafat qazandırır və Hanks aktyor olmaq qərarını alır. Bundan sonra New York-a köçən aktyor 1980-ci ildə aktyor kimi debütünü edir. İlk illər kiçik büdcəli komediya filmlərində oynayan Hanks-ın əsas yüksəlişi 90-cı illərdə olur.



  Bugünə qədər 5 dəfə Oskara, 8 dəfə Qızıl Qlobusa namizəd olan aktyor 1995-96-cı illərdə ardıcıl PhiladelphiaForrest Gump filmlərinə görə ən yaxşı aktyor Oskarını qazanır və bunu edən 2-ci aktyor olur. Həmçinin 1990, 1995, 1996 və 2002-ci illərdə Big, Philadelphia, Forrest Gump və Cast Away filmlərinə görə Qızıl Qlobus qazanan aktyor 4 dəfə də BAFTA mükafatına namizəd olmuşdu.



  1978-87-ci illərdə Samantha Lewes ilə evli olan aktyorun bu evlilikdən 2 övladı olur. Bunlardan biri King Kong filmindən tanıdığımız Colin Hanks-dır. 1988-ci ildə Rita Wilson ilə evlənən Hanks-ın bu evlilikdən də 2 övladı olur. 2000-ci ildə Cast Away filmi ilə prodüserlik karyerasına da başlayan Tom Amerika Film İnstitutunun verdiyi Ömür Boyu Müvəffəqiyyət mükafatına layiq görülür. Hanks bu mükafatı alan ən gənc aktyor ünvanını Jack Nicholson-dan alır.



  Sevimli filmləri 2001: A Space OdysseyFargo, sevimli rejissoru Stanley Kubrick olan dahi aktyorun çəkildiyi ən yaxşı 16 filmi təqdim edirik:











16. The Da Vinci Code















15. Cloud Atlas































13. Angels & Demons















12. The Terminal















11. Saving Mr. Banks
















10. Big















9. Road to Perdition














8. Captain Phillips













7. Cast Away















6. Philadelphia
















5. Catch Me If You Can













4. Apollo 13















































Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder