Saving Private Ryan (Ryan-ı Qorumaq) Filminin Orijinal Analizi




1998-ci ildə Steven Spielberg müharibə janrında şedevr əsəri Saving Private Ryan
(Ryan-ı qorumaq) filmini çəkdi. Həmin ilin ən çox gəlir gətirən filmi olan əsər (479 milyon dollar) həmçinin 5 Akademiya mükafatına da layiq olmuşdu (Ən yaxşı rejissor, Ən yaxşı operator, Ən yaxşı səs, Ən yaxşı montaj, Ən yaxşı səs effektləri).



  Filmdə cəhbəyə 4 oğlunu yollayan ananın 3 oğlundan ölüm xəbəri gəlməsindən xəbər tutan generalın sağ qalan oğlu qutarma əmri ilə başlayan hadisələr zinciri səhnələşdirilir. Dram və aksiyon həddi olduqca yüksək olan filmdə baş rolda məşhur aktyor Tom Hanks-ı görürük.


  Spielberg, Hanks-da qərar qılmazdan əvvəl Mel GibsonHarrison Ford-u rol üçün düşünmüşdü.


  Əməliyyatlar zamanı Miller (Hanks)-in əsas köməkçisi Horvath personajını Tom Sizemore canlandırır. Aktyorun bu rol üçün seçilməsi olduqca qalmaqallı olmuşdu. Həmin dövrdə narkotik maddələrdən istifadəyə görə çətin günlər keçirən Sizemore-a bu halı qətiyyən təkrarlaması təqdirdə rol verəcəyini deyən rejissor, hətta filmin sonu yaxınlaşsa belə bu hal yaşanarsa filmdən qovulacağını aktyora bildirir.


  "TheThin Red Line" filmindən bu filmə görə imtina edən Sizemore-un yerinə əvvəlcədən Kill Bill seriyasından tanıdığımız Michael Madsen düşünülmüşdü. Lakin o rolu istəməyərək rejissora yaxın dostu Sizemore-u məsləhət görür.


  Daha əvvəl Billy Bob Thornton-a da bu rol təklif edilmiş lakin aktyorun su fobiyası olduğundan roldan imtina etmişdi.



  Uğrunda mübarizə aparılan sıravi əsgər Ryan rolunu isə o vaxtlar aktyor kimi elə də səsini ucaltmamış Matt Damon ifa edirdi. Spielberg bu rol üçün tipik amerikalı görünüşlü çox məşhur olmayan bir cavan aktyor axtarışında idi. Edward Norton rejissorun ilk seçimi oldu. Lakin aktyor America History X filminə görə bu təklifi rədd etdi.


 Daha sonra 87-ci Oskar gecəsinin aparıcısı olacaq Neil Patrick Harris üzərində düşünsə də sonra Spielberg Matt Damon-ı seçdi. Maraqlısı burasındadır ki, müsahibələrin birində Spielberg, həmin vaxtlar Damon-ın 1997-ci il filmi Good Will Hunting-ə görə Oskar aldığını bilmədiyini demişdi.



  Film qanlı müharibə səhnələri, usta rejissor işi və ən xırda detallar nəzərə alınmaqla çəkilməsi ilə olduqca rəğbətlə qarşılandı. Müharibə səhnələrindəki reallığı görən bir çox müharibə veteranı filmdən sonra rejissoru originallığa görə təbrik etmişdilər.


  Təkcə Omaha sahilindəki çəkilişlər 11 milyon dollara başa gəlmişdi və 1000-dən çox simvolik elementdən istifadə olunmuşdu. Həmin səhnələrdə istifadə olunan hücum gəmiləri 2-ci Dünya Müharibəsində həqiqətən istifadə edilmişdi. 40 nəhəng bidon dolusu süni qan açılış səhnəsində istifadə edilmişdi.


  Filmin nümayişindən sonra ABŞ-da Veteranlarla iş üzrə mərkəz filmin təsirli effekti ilə ilhama gəldi və 800-dən çox müharibə veteranına maddi yardım göstərildi.


  Film həddən artıq şiddət tərkibli olduğuna görə rejissordan bəzi səhnələrin kəsilməsi istənmişdi. Spielberg bunu rədd edir və filmin Malayziyada yayımlanması qadağan edilir. Çəkilişlər əsnasında müxtəlif savaşlarda 206 nəfərin öldüyü filmdə real görünməsi üçün əvvəlcə aktyorlara həqiqi ölçülərdə metal silahlar verilmişdi.
 Lakin bu ağırlıqlara dözə bilməyən aktyorların şikayətindən sonra silahlarla taxta variantları ilə əvəz olundu.




  Film haqqında digər maraqlı fakt isə çəkilişlərdən əvvəl ciddi rejimdə əsgərlik həyatı yaşayan aktyor heyətinə Matt Damon-un qoşulmaması idi. Bunu Spielberg məhz belə istəyirdi. Bu yolla digər aktyorların ona qarşı qəzəbi daha təbii alınırdı.




  Film həmçinin eks-ABŞ prezidenti Corc Buş-un ən sevimli filmidir.
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder