Philip Seymour Hoffman. Həyatı və Ən Yaxşı Filmləri

 

Philip Seymour Hoffman 1967-ci il 23 iyulda New York-da
anadan olub. Anası Marilyn O'Connor vəkil, alman əsilli atası Gordon S. Hoffman menecer olan Philip iki bacısı, bir qardaşı ilə New York-da böyüyür. 9 yaşında valideynləri boşanan Hoffman Tisch School of the Arts-da incəsənət təhsili alır. Yeniyetmə illərində içki və narkotik problemləri olan aktyor müxtəlif kiçik işlərdə işləyir.



  1991-ci ildə Law & Order serialındakı kiçik rolu ilə aktyorluq karyerası başlayan Hoffman marketdə satıcı işləyərkən təsadüfən Martin Brest tərəfindən kəşf olunur və növbəti il rejissorun şah əsəri Scent of a Woman filmində xırda rolu ifa edir. Filmdə az müddət görünməsinə baxmayaraq uğurlu ifası ilə bir çoxlarının diqqətini cəlb edən Philip növbəti illərdə bir çox filmlərdə köməkçi rolları ifa edir. Hoffman köməkçi rolların ən yaxşı aktyorlarından biri kimi məşhurlaşır.



  1996 və 1997-ci ildə istedadına heyran olan Paul Thomas Anderson-un SydneyBoogie Nights filmlərində kiçik rollar ifa edən Hoffman 1999-cu ildə MagnoliaTalanted Mr. Ripley filmlərindəki uğurlu ifaları ilə gündəmdə olur. Həmin il tanış olduğu kostyum dizayneri Mimi O'Donnell ilə birlikdə yaşamağa başlayır.



  2002-ci ildə ssenarisini qardaşı Gordy Hoffman-ın yazdığı kiçik büdcəli Love Liza filmində nəhayət ilk baş rolunu oynayır. Həmin il məşhur filmlər Punch-Drunk Love, Red Dragon25th Hour filmlərindəki ifası ilə yadda qalır.



  Nəhayət 2005-ci il Hoffman-ın dünyaya tanındığı il olur. İstedadlı rejissor Bennett Miller-in möhtəşəm debüt filmi Capote-da homoseksual yazıçı Truman Capote-u canlandıran aktyor mükəmməl ifası ilə Oskar, Qızıl Qlobus və BAFTA mükafatlarını qazanır. Ümumilikdə həmin ifası ilə Philip 23 nüfuzlu mükafat qazanmışdı. Premiere jurnalının 2006-cı ildəki səsverməsində Truman Capote ifası 100-lükdə 35-ci idi.



  2007-ci ildə Tom HanksJulia Roberts-lə çəkildiyi komediya filmi Charlie Wilson's War filmi ilə 2-ci dəfə Oskara namizəd olan aktyor həmin il Savages filmi ilə də baş rolda Qızıl Qlobusa namizəd olmuşdu. Növbəti il Meryl StreepAmy Adams-la çəkildiyi Doubt filmi ilə 3 əsas mükafata növbəti dəfə namizəd olan Hoffman 2011-ci ildə George Clooney-in rejissoru və ssenaristi olduğu Ides of March filmi ilə BAFTA-ya namizəd olur.



  Nəhayət 2012-ci ildə Paul T. Anderson ilk dəfə Master filmində Hoffman-a ciddi bir rol verir və aktyor bəlkə də Capote-dakından daha uğurlu ifası ilə dahi olduğunu sübut edir. 3 əsas mükafata da namizəd olan Philip Oskarı Waltz-a uduzur. Joaquin Phoenix ilə birlikdə oynadığı filmdə hər ikisinin ifası kino tarixinin ən yaxşılarındandır.



  Sevgilisi Mimi ilə münasibətləri normal davam edən Hoffman-ın 3 övladı var idi. Ancaq narkotik mübtədalığı davam edən dahinin cansız bədəni Mimi-dən ayrıldıqdan bir il sonra - 2014-cü il 2 fevralda New York-dakı evində tapılır. Bəlkə də Nicholson, Day-Lewis, Hanks qədər məşhur deyildi amma istedadı onlardan geri qalmırdı Hoffman-ın. O, kino tarixinin ən bacarıqlı aktyorlarından idi.



  Hoffman eyni ildə Oskar, Qızıl Qlobus, BAFTA, Critics Choise və SAG mükafatlarını qazanan 11 aktyordan biridir tarixdə. Digərlərini qeyd edək: Geoffrey Rush (Shine), Jamie Foxx (Ray), Forest Whitaker (Last King of Scotland), Javier Bardem (No Country for Old Men), Daniel Day-Lewis (There Will Be Blood), Heath Ledger (The Dark Knight), Christoph Waltz (Inglorious Basterds), Colin Firth (King's Speech), Christopher Plummer (Beginners), Daniel Day-Lewis (Lincoln), J.K.Simmons (Whiplash). 



  Sevimli aktyor/aktrisaları Daniel Day-Lewis, Paul Newman, Meryl StreepChristopher Walken, filmi GoodfellasBreaking Bad serialı olan Philip Seymour Hoffman-ın ən yaxşı 20 filmini təqdim edirik.














20. Twister













19. 25th Hour














18. Hunger Games: Catching Fire














17. Before the Devil Knows You're Dead














16. Ides of March














15. Charlie Wilson's War













14. Happiness















13. Punch-Drunk Love














12. Doubt














11. Cold Mountain














10. Scent of a Woman















9. Magnolia















8. Boogie Nights















7. Capote















6. Almost Famous















5. Talented Mr. Ripley















4. Savages














3. Master














2. Moneyball














1. Big Lebowski




Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder