Joaquin Phoenix. Həyatı və Ən Yaxşı Fimləri.



Hollywoodun layiq olduğu dəyəri görməyən ən istedadlı
aktyorlarından Joaquin Phoenix (Joaquin Rafael Bottom) 1974-cü il 28 oktyabrda Puerto Rico-nun San Juan şəhərində anadan olub. Valideynləri amerikalı hippilər olan Joaquin onların "həyatın mənasını anlamaq" naminə Manhattan-dan çıxdıqları yolda Puerto Rico-da dünyaya gözlərini açır. Keçən əsrin məşhur cərəyanlarından olan "Tanrının övladlarına" könül verən ailəsi və 4 qardaşı ilə Phoenix Amerika qitəsinin bir çox ölkələrini ziyarət etmişdi.



  Məktəbə heç vaxt uyğunlaşa bilməyən aktyor bunun üçün mübarizə də aparmır. Maddi cəhətdən çətin günlər keçirən ailəsi üçün qardaşları ilə birlikdə küçələrdə rəqs edən, mahnı söyləyən Phoenix-in aktyorluq qabiliyyəti hələ uşaq yaşlarında kəşf olunur. Valideynləri dövrün məşhur aktrisalarından Penny Marshall-dan kömək istəyir və bir müddət sonra Paramount Pictures-dən gələn təklif ilə Phoenix ailəsi California-ya köçür.



  8 yaşı olanda qardaşı River Phoenix ilə çəkildiyi Seven Brides for Seven Brothers serialı ilə aktyorluq karyerasına başlayan Joaquin növbəti 4 ildə bir çox seriallara çəkilir. 1991-ci ildə Ron Howard-ın komediyası Parenthood-da Steve Martin ilə birlikdə yer alan Phoenix diqqətləri cəlb edir. 2 il sonra aktyorun həyatında ən ağır hadisə baş verir. Bir çoxlarının gələcəyin ulduzu adlandırdığı, Sidney Lumet-in Running on Empty filmi ilə 18 yaşında Oskara namizəd olan qardaşı River dozadan artıq narkotik istifadəsindən ölür. 5 il heç bir filmə çəkilməyən və depressiyada olan Joaquin nəhayət 1995-ci ildə Nicole Kidman ilə To Die For filminə çəkilir və o vaxta qədərki ən yaxşı ifasını göstərir.



  2000-ci ildə Ridley Scott-un şedevri Gladiator filmi ilə Phoenix istedadını dünya miqyasında göstərə bilir. Oskar, Qızıl Qlobus və BAFTA-ya namizəd olan aktyor artıq böyük büdcəli keyfiyyətli filmlərdə rol almağa başlayır. Həmin il Quills filmində, 2 il sonra Shyamalan-ın Signs filmində uğurlu ifası ilə yadda qalan aktyor 2005-ci ildə James Mangold-un Walk the Line filmində məşhur musiqiçi John Cash-ı canlandıraraq növbəti dəfə 3 əsas mükafata namizəd olur (Qızıl Qlobusu qazanır).



  2012-ci ildə Phoenix dahi rejissor Paul Thomas Anderson-un şedevr filmi Master ilə hansı səviyyədə aktyor olduğunu hamıya sübut edir. Möhtəşəm ifasının 3 əsas mükafatı da Lincoln filmindəki ifasına görə Daniel Day-Lewis-ə uduzması böyük haqsızlıqlardan biridir. Növbəti il Joaquin növbəti böyük haqsızlığa düçar olur. Spike Jonze-un şah əsəri Her-dəki ifası ilə aktyor nə Oskara nə də BAFTA-ya namizəd belə olmur. Son olaraq 2-ci PTA əməkdaşlığı Inherent Vice ilə aktyor hələlik son dəfə Qızıl Qlobusa namizəd olmur. 



  17 iyulda Phoenix-in son filmi Woody Allen imzalı Irrational Man filminin premyerası olacaq. Aktyorun filmdəki tərəf müqabili Emma Stone-dur.



  Uzun müddət məşhur aktrisa Liv Tyler ilə qalmaqallı eşq macərası ilə gündəmdə olan Joaquin bir ara aktyorluğu atıb artıq reper olacağını açıqlamışdı. 2010-cu ildə Casey Affleck-in rejissorluğu ilə əyləncəli Phoenix sənədli filmi I'm Still Here çəkilmişdi. Filmdə Affleck-lə yanaşı Jack Nicholson, Billy Crystal, Bruce Willis, Natalie Portman, Robin Wright, Jamie FoxxBen Stiller kimi məşhurları özlərini oynayarkən görə bilərik. 



  Phoenix namizəd olduğu 3 Oskarda da mərasimə gəlsə də Academy haqqındakı fikirləri və mərasimdəki antipatik hərəkətləri ilə diqqət çəkir. Bir dəfə ondan Academy haqqında fikirləri soruşulduqda qısaca "axmaqlıq" cavabını vermişdi. Qeyd edək ki, aktyora 2006-cı ildə AMPAS üzvlüyü təklif edilib.





  Phoenix vejeteryandır və filmlərdə heyvan dərisindən hazırlanmış paltarlar geyinməyə qəti etiraz edir. Belə hallarda onun üçün sintetik materialdan paltarlar hazırlanır. Joaquin heç vaxt özü haqqında yazıları oxumur. Aktyor 2005-ci ildə alkoqolizmdən müalicə olunmuşdu.



  Dahi aktyorun ən yaxşı 12 filmini təqdim edirik:















12. The Immigrant











11. Two Lovers












10. The Village











9. Signs











8. To Die For











7. Quills












6. Inherent Vice












5. Walk the Line






















3. Hotel Rwanda












2. Her














Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder