Sixth Sense (6-cı Hiss) Film Analizi

 

  Fight Club, Green Mile, Matrix, American Beauty, Eyes Wide Shut,
Magnolia kimi möhtəşəm filmlərin işıq üzü gördüyü məhsuldar 1999-cu ilin digər şedevri isə şübhəsiz Sixth Sense filmi idi. Hindistanın yetişdirdiyi ən yaxşı rejissorlardan olan M. Night Shyamalan-ın 3-cü və onu Hollywooda tanıdan filmi Sixth Sense finalı ilə tamaşaçını ən çox təəccübləndirən filmlərdəndir.



  İlin filmi daxil olmaqla 6 nominasiyada Oskara namizəd olan film daim filmdə boşluqların olduğunu israr edən tənqidçilər tərəfindən yüksək qiymətləndirilməsə də, (Metascore - 64) böyük tamaşaçı rəğbəti qazanır. 625 min səs əsasında 8,2 IMDb xalı olan film 40 milyon dollar büdcə ilə çəkilir və rekord səviyyədə - 662 milyon dollar gəlir gətirir. Sixth Sense-dən əvvəl çəkilib filmdən daha çox gəlir gətirən yalnız 7 film var (Titanic, Lion King, Jurassic Park, Independence Day, Star Wars, E.T.Forrest Gump).



  Səs gətirməyən 2 filmindən sonra 3-cü filminin ssenarisini yazan Shyamalan Bollywood prodüserlərinə ssenarisini bəyəndirə bilmir. Dəfələrlə "uğursuz ssenari" adı ilə müraciətləri cavabsız qalan Shyamalan-ın əsəri təsadüfən Curious Case of Benjamin Button (2008), Raiders of the Lost Ark (1981), Back to Future seriyası (1985-89-90) kimi filmlərin prodüseri Frank Marshall-ın əlinə keçir. Ssenaridən çox təsirlənən ustad Shyamalan-ı ABŞ-a dəvət edir və beləcə filmin çəkilişlərinə qısa müddətdə başlanır. Premyera isə 6 avqustda Shyamalan-ın ad günündə baş tutur. Rejissoru filmdə Doktor Hill obrazında görə bilərik.




  Filmin baş rolunda məşhurlardan Bruce Willis-i görürük. İfası ilə yenə də yadda qalmayan aktyor Doktor Malcolm obrazı üçün Shyamalan-ın düşündüyü yeganə aktyor idi. 



  11 yaşlı Haley Joel Osment isə bu yaşında təəccüb doğuran möhtəşəm ifası ilə Oskara namizəd olan ən gənc aktyorlardan olur. Osment-in filmə seçilmə səbəblərini açıqlayarkən Shyamalan onun bu rol üçün ən uğurlu seçim olduğunu, kastinqə qoşulan uşaqlar içində qalstukun ən çox Osment-ə yaraşdığını və aralarında keçən maraqlı dialoqu deyir. Shyamalan Osment-ə filmin ssenarisini verir və ondan öz obrazını oxumağını istəyir. Sabah Osment rejissorun yanına gəlir və bir gecədə ssenarini 3 dəfə oxuduğunu söyləyir. Shyamalan təəccüblənir: "Sən bir gecədə öz obrazını 3 dəfə oxudun?", Osment: "Xeyr, bütün ssenarini."



  Osment-dən əvvəl isə rol üçün 3 il sonra Sam Mendes-in Road to Perdition filmində Tom Hanks-ın kiçik oğlunu canlandıran Liam Aiken düşünülmüşdü. Filmdə xüsusi qabiliyyətli Cole Sear-ı ilə onunla oxşar qabiliyyətdə olan, filmin əvvəlində Malcolm-a atəş açan Vincent Grey-in oxşar saç və görünüşdə olması maraqlı və incə məqamlardan idi. qeyd edək ki, Grey obrazı üçün Donnie Wahlberg (Mark-ın qardaşı) 20 kq arıqlamışdı.



  Cole-un anasını canlandıran Toni Collette obrazı elə də ön planda olmasa da Lynn-in qarışıq ruh halını olduqca uğurla bizə göstərir. Aktrisa yeganə Oskar namizədliyini bu film ilə qazansa da mükafatı Angelina Jolie-nin Girl, Interrupted filmindəki ifasına uduzur. Çəkilişlər zamanı psixoloji problemlər yaşayan aktrisa Martin Scorsese-in Bringing out the Dead filmindən imtina edir. Sixth Sense üçün kastinqdə sondakı qəza səhnəsini oynayan Collette çox bəyənilir və rolu alır.



  Sixth Sense ilin filmi Oskarına namizəd olan 4 qorxu filmindən biridir (digərləri - Exorcist (1973), Jaws (1975), Silence of the Lambs (1991). Yalnız sonuncu qazanmışdı). Filmin DVD-si 2000-ci ildə 80 milyon insan tərəfindən sifariş olunmaqla dünyada ən çox sifariş olunan DVD olur. 2007-ci ildə Amerika Film İnstitutu (AFİ)-nin açıqladığı "Ən yaxşı 100 film" siyahısında 89-cu yerdə olan Sixth Sense siyahıda olan ən yeni filmlərdən biri idi.



  Filmin ən məşhur sözü "I see dead people" ("Ölü insanlar görürəm") kinematoqrafiya tarixinin unudulmaz sözlərindəndir. Premiere jurnalı və AFI həmin sözü "Filmlərdən unudulmaz 100 söz" siyahısına daxil etmişdi. Prodüser Frank Marshall Cole-un həmin sözü söyləyərkən kameranın birbaşa Malcolm-u çəkməsindən narahat idi. O filmin sirrinin açılacağından qorxurdu. Premyeradan əvvəl onlarla insan ilə filmə test izlənməsi təşkil olunur və demək olar onların heç biri sirri anlamır. Beləcə həmin səhnə filmdən çıxarılmır.




Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder