Russell Crowe. Həyatı və Ən Yaxşı Filmləri



  Russell Ira Crowe 1964-cü il 7 apreldə Yeni Zelandiyanın
Wellington şəhərində anadan olub. Atası John Alexander Crowe və anası Jocelyn Yvonne Wemyss hər ikisi aşpaz olan Russell 4 yaşında olarkən ailəsi Avstraliyaya köçür və burada film setlərində aşpaz işləyirlər. 5 yaşında olarkən anasının xaç atası olan Jack Thompson-un prodüseri olduğu Spyforce serialında kiçik bir rolda oynayır.


  Crowe 14 yaşında olanda ailəsi yenidən Yeni Zelandiyaya köçür. Burada orta məktəbə başlasa da, təhsilini yarıda qoyur və ailəsinə kömək üçün işləməyə başlayır. 1980-ci illərdə  Russ Le Roq adlı rock qrupunda iştirak edir və qrup "I wanna be like Marlon Brando" adlı bir mahnı ilə məşhur olur. Crowe, 21 yaşında Avstraliyaya qayıdır. National Institute of Dramatic Art teatr məktəbinə daxil olmaq istəsə də buna nail ola bilmir. 1987-ci ildə istədiyi kimi bir is tapa bilmədiyi üçün küçə musiqiçiliyinə başlayır. Bu vaxtlar Neighbours adlı serialda oynamaq şansını əldə edən Crowe professional  mənada aktyorluq karyerasına başlayır.


  Bir müddət seriallarda rol alan aktyor Avstraliyada bir neçə filmdə də iştirak etdikdən sonra artıq amerikan filmlərində iştirak etməyə başlayır və istedadı tam olaraq ilk dəfə 1997-ci ildə çəkildiyi L.A. Confidential filmi ilə ortaya çıxır. Artıq dünya şöhrəti qazanmış aktyor 1999-2002-ci illərdə ən məhsuldar illərini yaşayır. 1999-cu ildə çəkildiyi The Insider filmi ilə ən yaxşı aktyor nominasiyasında Oskar, Qızıl Qlobus və Bafta mükafatlarına namizəd olur. 2001-ci ildə rejissor Ridley Scott-un Gladiator filmindəki performası ilə Oscar mükafatını qazanan aktyor Qızıl Qlobus və BAFTA-ya da namizəd olur. Oskar mükafatlandırma mərasimindəki çıxışı zamanı qürurla babasının Britaniya Fəxri medalını daşıyır. 



  2002-ci ildə isə  Ron Howard-ın məşhur riyaziyyatçı və Nobel mükafatı laureatı John Nash-in bioqrafiyası olan A Beautiful Mind filmində baş rolu ilə yenidən Oskara namizəd olan aktyor Qızıl qlobus və BAFTA mükafatlarını qazanır. 2004 və 2006-cı illərdə Master and Commander: The Far Side of the World və Cinderella Man filmləri ilə daha iki dəfə Qızıl qlobusa namizəd olan Crowe bildirmişdir ki, özünün ən çox bəyəndiyi ifası Cinderella Man filmindəki James J. Braddock personajıdır. 
Aktyorluqla yanaşı musiqi ilə də məşğul olan Crowe-un bu istedadını Tom Hooper-in  Les Miserables filmində də görə bilərik. 



 Aktrisalar Nicole Kidman və Jodie Foster ilə yaxın dost olan aktyor Foster-ə keçmiş musiqi qrupu 30 Odd Foot of Grunts ilə "Other Ways of Speaking" adlı bir mahnı da həsr etmişdir. 



  Yeni Zelandiyada anadan olmasına baxmayaraq, həmişə özünü avstraliyalı kimi təqdim edir və ilin çox hissəsini də oradakı evində yaşayır. 2001-ci ildə Avstraliya cəmiyyəti və Avstraliya film sənayesində göstərdiyi xidmətlərə görə kraliça tərəfindən Avstraliya Yüzüncü İl medalı ilə təltif edilib. Adətən, olduqca istedadlı və ya ağıllı şəxsləri canlandıran aktyor tez-tez rejissorlar Ron HowardRidley Scott ilə işləyir. 2014-cü ildə Cem Yılmaz və Yılmaz Erdoğan-ın da iştirak etdiyi, Crowe-un rejissorluq etdiyi ilk uzun-metrajlı film olan The Water Diviner ekranlara çıxır və olduqca bəyənilir. 
  2003-cü ildə aktrisa Danielle Spencer ilə ailə quran aktyorun bu evlilikdən 2 övladı var və hal-hazırda cütlük ayrı yaşayır.



  Russel Crowe-un ən yaxşı 17 filmini təqdim edirik:














 17. State of Play











16. Body of Lies











15. The Water Diviner





















13. The Sum of Us











12. Proof





















10. Noah































7. Master and Commander: The Far Side of

 the World





























































1. Gladiator



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder