1999-cu ildə - Shawshank Redemption filmindən 5 il sonra
Frank Darabont növbəti Stephen King əsəri Green Mile-i səhnələşdirir. Ən yaxşı dram filmlərindən sayılan Green Mile qeyri-adi bacarığı olan John Joffey-in həbsxanadan elektrik stuluna gedən yolunu səhnələşdirir. Filmin adı da Old Sparky-yə (elektrikli stulu ifadə edir) aparan yolu simvolizə edir.
Film 4 nominasiyada - ilin filmi, köməkçi aktyor, ssenari və səs nominasiyalarında Oskara namizəd olur. 650 min səs əsasında 8,5 IMDb xalı reytinqdə 42-ci olan filmin Metascore xalı 61-dir. Uzun müddət IMDb reytinqində 10-luqda qərarlaşan film 60 milyon dollar büdcə ilə çəkilmiş, 268 milyon dollar gəlir gətirmişdi.
30-dan çox əsərinə film çəkilən Stephen King-in ən çox gəlir gətirən əsəri Green Mile olur. Bir müsahibəsində yazıçı filmin orijinal əsərindən ən az fərqlənən film olduğunu söyləmişdi.
Çəkilişlər davam edərkən setə qonaq gələn yazıçı ilə Tom Hanks arasında maraqlı dialoq baş verir. Yazıçı Hanks-dan elektrikli stula oturmasını istəyir. Hanks cavabında: "Mən bu bölümün rəisiyəm. Bunu edə bilmərəm." şəklində zarafat edir. King özü də stulda oturur və zəncirlənməyini istəyir. Lakin bu xoşuna gəlmir və tez stuldan qalxır.
King romanını sona qədər necə bitəcəyini hiss etdirməyəcək şəkildə yazdığını söyləmişdi. Romanlarında məkan kimi adətən doğulduğu yer olan Maine-dən istifadə edən yazıçının bu əsərində hadisələr Louisiana-da cərəyan edir. Lakin əsas personaj Paul-nu soyadı Edgecomb Maine-nin qonşuluğunda olan bir qəsəbənin adıdır.
Filmin baş rolunda 2 Oskarlı Tom Hanks var. Paul obrazı üçün ilk düşünülən John Travolta olsa da aktyor roldan imtina edir. Çəkilişlər başlananda filmin əvvəlində gördüyümüz qoca Paul-u da Tom-un oynaması planlaşdırılmışdı. Lakin makiyajlardan sonra aktyorun istənilən səviyyədə qoca görünməməsi həmin hissəni Dabbs Greer-in oynaması ilə nəticələnir.
Filmin əvvəlində qoca Paul-un kabusdan oyanıb səhər yeməyi üçün yaşıl zirzəmili koridorda getdiyini görürük. Həmin yol filmin adına xırda işarə idi. Bundan başqa Paul qocalar evində olarkən məşhur One Flew over the Cuckoo's Nest filmində dəlixanadakı yüksək səslə qoyulan musiqi səslənir. Bu da rejissorun şedevr filmə işarəsi idi.
Filmin digər əsas rolu nəhəng John Joffey obrazını Oskara namizəd olan ifası ilə Michael Clarke Duncan canlandırır. Həmin rol üçün Darabont aktyor seçimində çətinlik çəkirdi. Bruce Willis-in rejissora 1 il əvvəl Armageddon filmində birlikdə oynadığı Duncan-ı məsləhət görür və tərəflər razılaşır.
Əslində isə Duncan filmdə göründüyü kimi nəhəng deyildi. Aktyor həbsxana nəzarətçisi Brutus-u oynayan David Morse ilə demək olar eyni boyda, həbsxana müdirini oynayan James Cromwell-dən isə bir neçə sm kiçik idi. Yaradıcı kamera bucaqlarından istifadə, həmçinin həbsxana heyətinin xüsusi effektlər ilə balacalaşdırılması gördüyümüz mənzərəni ortaya çıxarır.
Filmdə John-un Paul-dan yapışıb onun xəstəliyini çəkdiyi səhnədə Duncan narahat görünürdü. Həssas çəkiliş üçün narazılıqla Hanks-dan tutduqda əlinə içi boş su butulkası keçir. Hanks Duncan-ın narahatlığını görüb bunu etmişdi.
Darabont aktyorlara özlərini həbsxana işçisi kimi hiss etməsi üçün çəkilişlər dayananda belə paltarlarını çıxarmamalarını söyləmişdi. Filmin kastından 7 aktyor əvvəllər King romanlarında çəkilən filmlərdə oynamışdı. Həmçinin 3 aktyor müxtəlif vaxtlarda filmlərdə ABŞ prezidenti obrazını canlandırmışdı. David Morse John Adams (2008) filmində, Gary Sinise Truman (1995) filmində, James Cromwell isə W (2008) filmində ABŞ prezidentini oynamışdılar.
Filmdəki mənfi obrazlardan Wharton-ı Sam Rockwell-dən əvvəl Coen-lərin sevimli aktyoru Josh Brolin-in oynaması planlaşdırılırdı.
0 comments:
Yorum Gönder