2-ci uzun-metrajlı filmi Braveheart-ı çəkir. Rejissor kimi cəmi 4 filmi (The Man Without a Face (1993), Braveheart, The Passion of the Christ (2004), Apocalypto (2006)) olan Gibson şah əsəri Braveheart ilə ən yaxşı rejissor Oskarını da qazanır. Filmə görə prodüser kimi də Oskar qazanan Gibson aktyor kimi hələ də Oskara namizəd olmayıb.
10 nominasiyada Oskara namizəd olan film ilin filmi, ən yaxşı rejissor, operator, səs effektləri və makiyaj nominasiyalarında mükafatı qazanır. Maraqlı burasıdır ki, Braveheart ilin filmi Oskarını alanadək heç bir mükafatlandırmada bu nominasiyada qalib olmamışdı. Ssenarisini Pearl Harbor (2001), The Man in the Iron Mask (1998) (həmçinin rejissoru idi) kimi məşhur filmlərin də ssenaristi olan Randall Wallace-ın yazdığı film 641 min səs əsasında 8,4 IMDb xalı və 68 Metascore xalına malikdir.
Mel Gibson filmin rejissorluğunu qəbul etsə də baş rolda çəkilmək istəmirdi. Aktyor bu rol üçün ən az 15 yaş qoca olduğunu düşünürdü. Film çəkilərkən Gibson-un 40 yaşı var idi. William Wallace isə 20 yaşlarında olmalıydı. Paramount yalnız baş rolu Gibson-un oynayacağı təqdirdə filmə sponsorluq edəcəyini bildirdikdən sonra Gibson rolu qəbul edir. Mel-in bu rol üçün istədiyi aktyor isə Lost Boys (1987), In the Valley of Elah (2007) filmlərindən tanıdığımız Jason Patric idi.
Əslində William Wallace saqqallı olmalı idi amma Gibson bunu istəməmişdi. Rejissor çəkilişlərdən əvvəl Macbeth (1948), Spartacus (1960), Seven Samurai (1954), The Lion in Winter (1968) filmlərini dəfələrlə izlədiyini söyləmişdi. Filmdə onun məşhur sözü - "Hamı ölər amma hamı həqiqətən yaşaya bilməz." əslində William Wallace-ın yox filmlə əlaqəsi olmayan məşhur şair William Ross Wallace-ın şeirindən idi.
"Cəsur ürək" əslində qəhrəman Robert the Bruce-un ləqəbi idi. Filmdə bu kimi bir çox dəyişikliklər olsa da hadisələrin orijinalına ən oxşar formada əks etdirilməsinə görə Braveheart bir çox səsvermələrdə 1-ci olmuşdur. Filmdə döyüşərkən gördüyümüz əsgərlərin əksəriyyəti nə ingilis nə də şotland idi. İrland əsgərlərin bu səhnələrdə istifadə edilməsi maraqlı faktlardandır. Şotlandiyada çəkilən bir neçə səhnə istisna olmaqla filmin böyük hissəsi də İrlandiyada çəkilmişdi. Hər nə qədər Gibson siyasi motivlərdən uzaq durmağa çalışdığını söyləsə də film ingilis düşmanlığını təbliğ etdiyinə görə uzun müddət təndiq olundu.
Çəkilişlər zamanı ən diqqətlə yanaşılan və böyük zəhmət hesabına başa gələn səhnələr müharibə səhnələri idi. Bəzi böyük müharibə səhnələri dəfələrlə çəkilmişdi. Buna əsas səbəb epizodik əsgərlərin qol saatlarının və eynəklərinin görünməsi idi. Məşhur Sterling müharibəsi səhnəsi 6 həftəyə çəkilmişdi. Şəraiti ağırlaşdıran əsas səbəb isə yağış idi. Filmin çəkildiyi qəsəbə Avropanın ən çox yağış yağan bölgələrindən sayılır. Çəkiliş müddətində cəmi 3 gün yağış yağmamışdı. Həmin müddətdə toy səhnələri tamamlanmışdı.
Gibson tarixi daha yaxşı bilmək üçün Wallace ailəsindən bir neçə nəfəri çəkilişə dəvət etmişdi. Müharibə səhnələrində onları epizodik rolda görürük.
Müharibə səhnələrinin çəkilişində maraqlı hadisə baş verir. Yorğun düşmüş əsgərlərdən biri Gibson-un oğlunu xidmətçi zənn edir və ondan çay gətirməsini istəyir. Bunu görən Gibson oğluna sakitcə deyir: "Dediyini et."
William Wallace-ın xanımının adı əslində Marion idi. Bu ad Robin Hood-un da xanımının adı olduğundan qarışıqlıq olmaması üçün Catherine McCormack-ın canlandırdığı personajın adı Murron olaraq dəyişdirilir.
Filmdəki digər aktyorlarla bağlı da maraqlı faktlar var. Ata-oğulu oynamasına baxmayaraq James Cosmo və Brendan Gleeson-un cəmi 7 yaş fərqləri var idi. Sean Connery Kral I Edward rolundan Just Cause (1995) filminə görə imtina etmişdi. Əvvəlcə Brian Cox-a daha böyük bir rol verilsə də aktyor öz istəyi ilə Arygle Wallace rolunu oynamışdı.
Film üçün James Horner-in bəstələdiyi musiqi Cast Away (2000) filminin trailerində istifadə edilmişdi. Eyni musiqinin oxşar digər versiyası Braveheart-la yaxın vaxtlarda premyerası olan Apollo 13 filmində də istifadə edilmişdi.
0 comments:
Yorum Gönder