Sybil 17 müxtəlif xarakterə malik olan tarixə düşmüş ilk psixoanaliz personajdır. Gərçək adı Shirley Ardell Mason-dur. Yəqin ki, bir çox şüuraltı haqqında filmlərə baxmısınız. Bunların ən önəmlisi son zamanlarda çəkilmiş Nolan-ın "Inception" filmidir. Belə ki, hələ də bir çox yerdə Inception filminin sonluğu sual altındadır. Həmin sonluq xəyal idi,gərçək? Sybil də bu film kimi hələ də bir çox insan tərəfində real hadisə kimi qəbul edilə bilmir. Sybil 17 fərqli kişiliyi şüuraltında yaşayır. Tibb sahəsində bu cür hallar şizofren xəstəliyi və ya "Grande-hysterie " sindromu adlanır. Sybil Dr. Wilbur -a tanış olana qədər çox çətinliklər çəkmişdi və vəziyyəti getdikcə çətinləşirdi. Dr. Wilbur-un Sybil-i tanıması və müalicə etməsi üçün 10 ildən artıq vaxt lazım olur. Sybil-in bu vəziyyəti gəlməsində isə anasının uşaq vaxtı ona qarşı göstərdiyi ağıl almaz işgəncələrdir.
Kitab Flora Rheta Schreiber adlı jurnalist tərəfindən qələmə alınmışdır və 1976-cı ildə rejissor Daniel Petrie tərəfindən ekranlaşdırılaraq TV-movie şəklində işıq üzü görmüşdür. Film psixoloji-bio-dram janrındadır. 2007-ci ildə yenidən çəkilsə də ən üstün versiyası 1976-cı ildə çəkiləndir. Fight Club (1999) , Psycho (1960) və bir neçə filmlərdəki mövzunun əslində boş olmadığını bu kino ilə anlaya bilirik. Belə ki, hər iki kinoda da kişilik pozğunluğu görünür. Fight Club filmində izləyicilər özlərini Tyler ilə paralel gedən Norton-un eyni adam olduğunu öyrəndikdə filmi başa düşdüklərini sanmışlardı. Amma əslində həmin film başdan-sona qədər kapitalizmi tənqid etmişdi. Sadaladığım hər iki filmdə də aktyorluq mükəmməl səviyyədir. Həmçinin Sybil filmindəki roluna görə Sally Field heyran olmamaq əldə deyil.
Yuxarıda qeyd etdiyim kimi bəzi fərziyyələrə görə psixoloq həkim Dr. Wilbur xəstə Sybil-i hipnoz edərək onu bir neçə xarakterə sahib olduğuna inandırmışdır. Bunun səbəbini isə həkimin psixoanalizi kəşf edərək özünü məşhurlaşdırmağı kimi göstərilir. Psixoloq Robert Rieber isə "Sybil hadisəsini" gəlmiş keçmiş ən böyük psixoloji skandal adlandırmışdır. İsbat kimi isə ofisində olan səs yazmaları göstərmişdir. Rieber-ə görə bu hadisəni jurnalist ilə psixoloq planlamışdır. "Sybil həqiqətən də xəstə idi, lakin onun xarakter pozğunluğu yox idi. Bunlar sadəcə həkim və jurnalistin uydurmasıdır". Lakin bu fərziyyə 1998-ci ildə işıq üzü gördü. Bu vaxtı isə hadisənin qəhrəmanları vəfat etdiyi üçün bu suallar heç bir zaman cavabını tapmadı. Bundan başqa bütün ətraflı məlumatı Dr. Spiegel-in araşdırmasında tapa bilərsiz.
Kitab 1973-cü ildə nəşr olundu və qısa zamanda bestseller olaraq satışı tükəndi. Kitaba o qədər tələb var idi ki, üç il sonra kinosu çəkildi. 1980-ci idlə bu xəstəlik 200 nəfərdə aşkar edilsə də 1995-ci ildə qırx minə çatdı. Xəstələri müalicə edən ən məşhur psixoloq isə Diane Humenansky idi. Lakin ,o, xəstələrinə həddindən artıq dərman qəbul etdirirdi. Qorxu, yuxusuzluq və bir çox problemi dərmanlar ilə yola verən D.Humenasky düşünürdü ki, "insan nə qədər çox dərman qəbul etsə keçmişi bir o qədər tez unudar. Bu isə keçmişlə bağlı problem idi. ". Xəstələrdən biri olan Elizabeth Carlson hipnoz edilmişdi və keçmişi xatırlayaraq özünü satanizm təriqətinin üzvü adlandırmışdı. Onun söylədiklərinə görə yeni doğmuş uşaqları diri-diri yeyirdilər. Təsadüfi hadisə nəticəsində atası Carslon qızının dərmanlardan təsirləndiyini görən həkim Humenasky-ni məhkəməyə vermiş və 2.5 milyon təzminat almışdır.
Bu sindrom bir çox filmin də ana mövzusu olmuşdur və saysız sayda qorxu filmləri çəkilmişdir. Bunların ən məşhuru isə son illərin ən məşhur qorxu filmlərindən olan Split-dir.
Yazar : Nicat Hacıyev
Yazar : Nicat Hacıyev
0 comments:
Yorum Gönder