TARİXİ:
Azərbaycanda
Qızıl Aypara Cəmiyyəti
1920-ci il martın 10-da dövrün müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təsis edilmişdir.
1920-ci il martın 10-da dövrün müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təsis edilmişdir.
1994-cü
il noyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Cəmiyyət
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, bu
sahədə Azərbaycanda fəaliyyət göstərən yeganə humanitar təşkilat kimi təsdiq
edilmişdir.
2001-ci
ildən Novruz Aslanın rəhbərliyi altında fəaliyyətinə davam edən qurum, saysız
yardım kampaniyaları, humanitar aktivliyi və təcrübəli işçi heyəti ilə
diqqətləri cəlb edir.
7 FUNDAMENTAL
PRİNSİPİ:
HUMANİZM
Ayrı-seçkilik etmədən döyüş meydanlarında yaralılara yardım göstərmək
zərurətindən yaranmış Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı istər
beynəlxalq, istərsə də milli səviyyədə hər hansı bir şəraitdə insan
iztirablarının qarşısını almağa və onları yüngülləşdirməyə çalışır. Hərəkat insan
həyatı və sağlamlığını qorumaqla yanaşı, insan şəxsiyyətinə hörmətlə yanaşmağı
da himayə etmək məqsədi güdür. O, bütün xalqlar arasında qarşılıqlı anlaşma,
dostluq, əməkdaşlıq və möhkəm sülh olması üçün çalışır.
QƏRƏZSİZLİK
Hərəkat heç
kəsə dini, irqi, milli xüsusiyyətlərinə, sinfi mənsubiyyətinə, siyası əqidəsi
və sosial mövqeyinə görə fərq qoymur. O, insanların düşdükləri əzab əziyyətin
ölçüsünə görə yardım edir. İlk növbədə ən ağır bəlalara düçar olanların
köməyinə tələsir.
NEYTRALLIQ
Hər kəsin ona
olan inamını qoruyub saxlamaq məqsədilə, hərbi münaqişələrdə
heç bir tərəfi
müdafiə etməyərək, düşmənçiliyə qarışmır, siyası, irqi, dini və ideoloji mübahisələrdə
bitərəf mövqe nümayiş etdirir.
MÜSTƏQİLLİK
Hərəkat
müstəqildir. Öz insansevərlik fəaliyyətində mövcud hakimiyyətə yardımçı olub,
ölkəsində hakim olan qanunlara tabe olmaqla Milli Cəmiyyətlər öz muxtariyyətlərini
qoruyub saxlayırlar ki, bu da onlara Qızıl Xaç Hərəkatının prinsipləri ilə
işləmək imkanı verir.
KÖNÜLLÜ XİDMƏT
Hərəkat heç bir
maraq güdməyən könüllü yardım müəssisəsidir.
VAHİDLİK
Bir ölkədə
yalnız bir Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyəti ola bilər. Onun qapıları
hamının üzünə
açıqdır və öz insansevərlik fəaliyyətini ölkənin bütün ərazisində aparır.
UNİVERSALLIQ
Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Hərəkatı ümümbəşəri, universal bir qurumdur
ki, bu qurumda
bütün Cəmiyyətlərin bərabər hüquqları vardır və onlar bir-birilərinə kömək
etməyə borcludular.
FƏALİYYƏTLƏR:
Könüllü yardımı
əsas fəaliyyət istiqaməti seçən qurumun 2005-ci ildə yardım sahəsində ən ali
mükafat sayılan "Florens Naytingel" medalınını alması təsadüfi deyil.
Hal hazırda 8 regional mərkəzi və 83 şəhər və rayon komitəsi olan cəmiyyətin
220 mindən çox üzvü və 17 minə yaxın könüllüsü var.
Bu qədər
böyük kütləni öz ətrafına toplayan qurum yaxşı təşkil edilmiş mərkəzi idarə
prinsipi və regional mərkəzlərin aktiv fəaliyyəti nəticəsində bir çox layihə və
xeyriyyəçilik aksiyaları təşkil etmişdir. Hər il keçirilən qanvermə aksiyaları,
Azərbaycanda ən böyük gənclər hərəkatından birinə sahib olmaq, fövqəladə
hallarda göstərilən əsaslı yardımlar, frendreyzinq siyasəti, kütləvi
informasiya vasitələriylə sıx münasibətlər, ilk yardım vərdişlərinin inkişaf
etdirilməsi, HİV və AİDS viruslarına qarşı reallaşdırılan "H2P Pandemiyaya
Qarşı Hazırlıq Humanitar Təşəbbüsü" layihəsi, beynəlxalq arenada ölkəmizin
layiqli təmsili qurumun fəaliyyət istiqamətlərinin sadəcə bir hissəsidir.
Görülən
işlərdə regional mərkəzlər içərisində öz aktiv fəaliyyətinə və inkişaf xəttinin
stabilliyinə görə seçilən Sabirabad Rayon Mərkəzinin uğurları başlıca qeyd
edilməlidir. 2006-cı ildən Vilayət Muradlının rəhbərliyi altında fəaliyyətinə
davam edən qurumun gözəçarpan inkişafı məhz bu adla bağlıdır.
Qızıl
Aypara Cəmiyyətindəki karyerasına İmişli Rayon Mərkəzi başçısı vəzifəsində
başlayan Vilayət Muradlı, qısa müddətdə apardığı düzgün siyasətlə həm quruma
çiçəklənmə dövrünü yaşatdı həm də daha böyük vəzifələrə layiq olduğunu
göstərdi. Bunun məntiqi nəticəsi kimi artıq Aran zonasında bütün rayon
komitələrinə rəhbərlik edən başçı, saysız yardım aksiyaları, humanitar
aktivliyi ilə qısa müddətdə Regional Mərkəz rəhbəri kimi də seçilən simalardan
oldu.
Nailiyyətləri və yüksək idarəetmə bacarığı olan Vilayət Muradlının peşəkar fəaliyyəti
ölkə başçısının da diqqətindən yayınmadı. 2010-cu ildə, qurumun 90 illik
yubileyi ərəfəsində ölkəmizin ən ali mükafatlarından olan Tərəqqi Ordeni ilə
təltif edilən Muradlı, bir daha ən ali vəzifələrə layiq olduğunu sübut etdi.
2010-2011-ci ildə baş verən daşqın və zəlzələ hadisələrində rəhbərlik etdiyi
Regional Mərkəzin aktiv iş rejimi problemin həllində əsas faktorlardan oldu.
2013-cü ildə İmişli şəhərində 'ilin adamı' fəxri adına layiq görülən Vilayət
Muradlının əsas uğurları hələ qabaqdadır.
FOTO-QALAREYA:
TƏRƏQQİ
ORDENİ TƏQDİMETMƏ MƏRASİMİNDƏN
2010-CU İL DAŞQIN VƏ SELDƏN ZƏRƏRÇƏKƏNLƏRƏ YARDIM
KAMPANİYASINDAN
CƏMİYYƏTİN TOPLANTILARI
ÇOXSAYLI YARDIM GÖRÜŞLƏRİNDƏN BƏZİLƏRİ
0 comments:
Yorum Gönder