King Arthur: Legend of the Sword. Film Analizi və Maraqlı Faktlar





Yaradıcılığına "Lock, Stock and Two Smoking Barrels" ilə başlayan,

elə ilk filmi ilə də diqqət mərkəzində olan Guy Ritchie bu dəfə özünü epik macəra filmi ilə sınadı. Filmləri əsasən özünəməxsus yumoru ilə kriminal janrda olduğu halda, bu dəfə böyük dönüş etmək fikrinə düşüb, dəfələrlə işlənmiş mövzunu yenidən ekranlaşdırıb.


Baş rolları Charlie Hunnam, Jude Law, Eric Bana, Astrid Berges-Frisbey və s.-in oynadığı film yayımlandığı vaxtdan tənqidçilərin gözlənilməz hədəfinə tuş gəldi.





İlk öncə onu deyim ki, aktyorluq çox zəif idi. Jude Law-a nə rolu yaraşır, nə də ifası düz əməlli idi. Hətta suyun içindən çıxan gombul arvad ondan daha yaxşı oynayıb. Gözləri parıldayan qızın da dəxlisiz sehrbazlıq şousu filmə qətiyyən üstünlük qatmırdı. Hekayə əslində axıcı gedir, ama düzgün yoldan axmır. Arthur-un qılıncı çıxartmaq səhnəsi - qılıncı suya atıb ardınca da başqa bir sehirbaz qızın sözü ilə geri alması kimi dəxlisiz səhnə, bütün döyüş, macəra filmlərində olan bir çox klişe səhnələr və s. filmə mənfi təəssürat oyadır. Əsasən də final səhnəsində Arthur-u xilas edən möcüzəvi ilan gülməli idi.



Guy Ritchie nə edib? Bu baxımdan onu sevənlər az da olsa nəsə gördülər. Deməli rejissorun hər zamanki üslubu demək olar ki qalıb. Həyəcanlı təqib səhnələri ilə musiqinin uyğunluğu (bu əvvəlki filmlərindəki qədər yaxşı deyildi), hər zamankı yumoru (zəif də olsa yada saldı) filmi ölməyə qoymur. Üstəlik "fastmotion" və "flashback" səhnələrini də qeyd etsəm rejissorun əməllicə imzası görünür. Guy Ritchie imzası olan filmlərə baxmaq istəyənlər üçün pis deyil. İzləyənlər filmdə rejissorun özünün də "cameo"-nu görəcəklər.


Film tamamilə bərbaddırmı ? Xeyr. Guy Ritchie qardaşa bunu bağışlamaq olar, ama məsləhətim odur ki, ağlını başına topla, qayıt köhnə işlərinə, qılıncla oynama. Sənin adını Tarantino ilə bir cümlədə çəkmişik...


Bir neçə fakt:

* King Arthur 6 filmin öncədən çəkilməsi planlaşdırılan ilk film seriyasıdır.


* Baş rol Charlie Hunnam Sons of Anarchy serialının son sezonu üçün 20 kq arıqlamışdı və Arthur rolu üçün fit deyildi. Ritchie aktyordan dəfələrlə neçə kq olduğunu soruşsa da Charlie demirdi. Çəkilişlər başlamadan rejissor Charlie-ə bu rol üçün Henry Cavill və ya Jai Courtney-i daha uyğun hesab etdiyini dedi. Charlie-nin cavabından sonra rol onun olur: "Bax dostum, mən fiziki getdikcə güclənirəm. Bu sənin seçimindir. Əgər sən onları istəyirsənsə mən onların ikisi ilə də dövüşəcəm və o s*kilmişlərin ikisini də döyəcəm. Mən bilirəm onlar kimdir. Sən onlardan birini seçsən də mən onları onsuzda döyəcəm."


* Astrid Berges-Frisbey The Mage obrazı üçün digər namizədlər - Felicity Jones, Elizabeth Olsen, Alicia Vikander-i qabaqlamışdı.


* Charlie Hunnman roluna hazırlaşmaq üçün Youtube-dan məşhur idmançı Conor McGregor-un məşq və müsahibələrinə saatlarla baxdığını demişdi.


* Arthur rolu üçün Game of Thrones serialından Jon Snow kimi tanıdığımız Kit Harington da düşünülmüşdü. Studiyanın daha məşhur sima axtarması səbəbilə bu varianta baxılmadı.


* Filmin adı əslində Knights of the Roundtable: King Arthur olmalı idi.

* Filmdə Marion Cotillard-ın kiçik rolda oynaması planlaşdırılsa da sonrada həmin obraz filmdən çıxarıldı.


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder