Kiçik
bir xatırlatma:
Filmlərin The Shawshank Redemption kimi irəliləməsini gözləyə bilərsiniz, lakin bəzi filmlərdə həbsxanada keçirilən vaxt olduqca azdır. Hətta bəzilərində real həpsxana da olmaya bilər. Daha çox “azadlığa qaçış” janrlı filmlərin siyahısıdır. Aralarında nə qədər fərqliliklər olsa da hamısı məsləhətli filmlərdir.
Filmlərin The Shawshank Redemption kimi irəliləməsini gözləyə bilərsiniz, lakin bəzi filmlərdə həbsxanada keçirilən vaxt olduqca azdır. Hətta bəzilərində real həpsxana da olmaya bilər. Daha çox “azadlığa qaçış” janrlı filmlərin siyahısıdır. Aralarında nə qədər fərqliliklər olsa da hamısı məsləhətli filmlərdir.
20. Victory
(1981)
Fransada
olan bir müharibə əsirləri düşərgəsinin komandiri Karl von Steiner köhnə
professional futbolçu John Colby-ə əsirlərə qarşı alman əsgərlərinin quracağı
bir komanda ilə futbol matçı oynamağı təklif edir. Almanlar matçdan təbliğat məqsədilə
istifadə etmək istəyirlər. Əsirlər məşqlərə başlamışkən amerikalı Robert Hatch
bu matçın əslində düşərgədən qaça bilmək üçün bir fürsət olduğunu düşünməkdədir.
19. Escape
Plan (2013)
Ray
Breslin 100% etibarlı sayılan həbsxanalara girib, həbsxananın zəifliklərini
taparaq qaçan bir təhlükəsizlik mütəxəssisidir. Qaçış təcrübələrini bir kitabda
toplamışdır. Son işindən sonra bir CİA agenti Breslin-in ofisini ziyarət edir və
ona heç kimin bilmədiyi çox etibarlı bir həbsxanadan qaçmağı təklif edir.
Breslin təklifi qəbul edir. Lakin bu həbsxananın öz kitabından istifadə edilərək hazırlandığından xəbəri yoxdur. Breslin bildiyi heç bir plandan istifadə edə
bilməyəcəyi bu həbsxanada bir ömür qalmaqla qarşı-qarşıyadır.
18. Von Ryan’s Express (1965)
Müttəfik
ordular faşistləri Almaniyanın içlərinə doğru qovmağa başlamışkən amerikan
müharibə pilotu polkovnik Joseph Ryan (Frank Sinatra)-nın təyyarəsi ələ
keçirilir, özü isə əsir düşərgəsinə göndərilir. Düşərgədən qaçmaqdansa orada
yaşamağa çalışması səbəbilə Joseph-i “Von Ryan” çağırmağa başlayırlar. Lakin
zamanla idarəni ingilis polkovnikdən alır və İtaliyadan İsverçrəyə gedən bir
qatarın qaçırılması da daxil olan cəsur bir qaçış planı hazırlayır. Təbii ki, faşistlər həmişə onları izləyəcəkdir.
17. Pour Elle (2008)
Lisa
(Diane Kruger) və Julien (Vincent Lindon)-in xoşbət bir evlilikləri vardır və oğulları
Oscar ilə birlikdə Fransada şəhərə yaxın bir evdə dinc və sakit bir həyat
yaşayırlar. Lakin bir səhər həyatları böyük bir sarsıntıya uğrayır. Hadisə ilə
heç bir əlaqəsi olmamasına baxmayaraq polis tərəfindən Lisa cinayət iddiası ilə
20 illik həbsə məhkum edilir.
Amma Julien həyat yoldaşının günahsız
olduğuna inanır və onu bu vəziyyətdən qurtarmaq üçün əlindən gələn hər şeyi edəcəkdir.
Sübut toplamaq və bürokrarik işlərlə məşğul olmağa daha çox qatlanmaq istəmir.
Julien bu qarışıqlıq və kədər içində hər şeyi gözə alaraq Lisa-nı həbsxanadan
qurtarmaq üçün böyük bir plan hazırlayacaqdır.
16. Rescue Dawn (2006)
Amerika hava yollarında pilot olan Dieter Dengler Vietnam Müharibəsində uçuş zamanı
vurulur və bir əsir düşərgəsinə göndərilir. Başqa müharibə əsirlərinin də
olduğu bu düşərgədən qaçmaq üçün planlar quran Dieter hər cür təhlükəni gözə
alır. Film real hadisələr əsasında çəkilmişdir.
15. The Way Back (2010)
Əsirlər,
yalnızlıq və həyatda qalmaq ətrafında bir İkinci Dünya Müharibəsi hekayəsi.
National Geographic Entertainment-in ortaq produsserliyini etdiyi The Way Back
bir Sovet əsir düşərgəsindən qaçaraq qışın ortasında Sibirdən Hindistana
6.000 km yalın ayaq gedən bir qrup əsirdən bəhs edir. Polşalı gənc Janusz, özünə
“Mr. Smith” ləqəbini götürmüş amerikalı Zoran və tatuajlı gangster Valka-dan
ibarət olan bu qrupa sonradan Irena adlı bir qaçqın da qatılır. Başlarına
mükafat qoyulmuş olan komanda əvvəlcə kimsəsiz Sibiri, ardınca Gobi çölünün
ucsuz bucaqsız düzlüklərini və son olaraq Himalayları keçmək məcburiyyətində
qalacaqlar.
14. The
Next Tree Days (2010)
Xoşbəxt
bir evlilikləri olan John və Lara cütlüyünün həyatı Lara-nın bir cinayət
istintaqı səbəbilə tutulmasından sonra qarmaqarışıq bir hal alır. Günahsız
olduğunu sübut edə bilməyən Lara-ya məhkəmə tərəfindən günahkar damğası vurulur
və həbs edilir. Lakin John bütün qəlbi ilə həyat yoldaşının günahsız olduğuna
inanır. Lara-nın həbsxanada olduğu vaxtlarda John tək oğullarının qayğısına
qalır, eyni zamanda da məktəbdə müəllim işləyir. Lakin John-un əsas məqsədi
Lara-nı törətmədiyi bir cinayət səbəbilə girdiyi həbsxanadan çıxarmaqdır. Necə
olursa olsun bunu bacarmaq istəyirdi. 3 ildən sonra məhkəmə Lara-nın günahkar
olduğuna qərar verir. Edəcək heç bir şeyin qalmadığını düşünən Lara həyatına
son vermək haqqında düşünərkən John da ediləcək tək bir şeyin olduğunu qərarlaşdırır
və Lara-nı həbsxanadan qaçırma planları qurur.
13. Escape
from Sobibor (1987)
Sobibor
Nasist Almaniyasının ölüm düşərgələrindən biridir. Hər gün bir qatar dolusu Yəhudi
buraya qaz otaqlarında öldürülmək üçün gətirilir. Düşərgədə yaşayan bir neçə
yüz Yəhudu məhkum isə digərlərini qarşılamaq, ölənlərin əşyalarını ayırmaq kimi
gündəlik işlərlə məşğul olurlar. Bunlardan bəziləri qaçmağı fikirləşir, bunun
üçün plan qurmağa çalışırlar. Lakin hələ mükəmməl bir plan qura bilməyiblər.
12. Escape
from Alcatraz (1979)
Qaçmaq
imkansız sayılan məşhur Alcatraz həbsxanasından qaçmağa çalışan bir qrup məhkum
və bu qaçış planını mükəmməl hazırlayan bank oğrusu Morris-in (Clint Eastwood) cəlbedici
hekayəsi.
11. Brute Force (1947)
Qorxu
və şiddətin yuvası Westgate həbsxanasında həbsxana müdiri A.J.Barnes (Roman Bohnen) nüfuzsuz və zəif bir idarəedicidir. Həbsxana əslində gözətçilər və bəzi
güclü məhkumlar tərəfindən idarə edilməkdədir. Qəddar nəzarətçi Kapitan Munsey
(Hume Cronyn) məhkumları nəzarət altında saxlaya bilmək üçün qorxu, şiddət və
işkəncədən əlavə xəbərçiliyi də bir vasitə kimi istifadə etməkdədir. Məhkumlardan
Joe Collins (Burt Lancaster) isə buna qarşı üsyan çıxardaraq digər məhkumlarla
birlikdə qaçış planı hazırlamağa başlayacaqdır.
10. The Count of
Monte Christo (2002)
Edmond
Dantes həyatını suya həsr etmiş bir dənizçidir. Çox gözəl bir qız olan Mercedes
ilə evlilik ərəfəsindədir. Lakin özünü ən yaxın dostlarından biri olan və
sevgilisinə aşiq olan Fernand-in etdikləri səbəbilə bir anda həbsxanada tapır. Fernand
Mercedes-ı ələ keçirmək üçün olduqca hiyləgər planlar qurmuşdur. Artıq bir məhkum
olan Dantes-in bir tək hədəfi qalmışdır. Bu da həbsxanadan qaçıb, onun orada
olmasına səbəb olan insanların ardınca düşməkdir.
9. The
Fugitive (1993)
Məşhur
cərrah Dr. Richard Kimble(Harrison Ford) haqsız yerə arvadını öldürməklə
günahlandırılaraq həbsxanaya atılır. Həbsxanaya aparılan zaman bir məhkumun
qaçış cəhdi böyük bir qəzaya səbəb olur. Bu fürsəti dəyərləndirən Kimble həyat
yoldaşının əsl qatilini tapmaq üçün qaçır. Arxasında həbsxana qaçqınlarını
qovalayan Marshal, komandası və başçıları Sam Gerard (Tommy Lee Jones) ilə
Kimble ipuclarını dəyərləndirərək əsl qatili ortaya çıxarmağa çalışacaqlar.
8. Papillon
(1973)
İkinci
Dünya Müharibəsi zamanı yüksək qorumalı bir düşərgədə əsir tutulan bir qrup
müharibə əsiri almanlar tərəfindən böyük bir diqqətlə nəzarət altında
saxlanılır. Alman əsgərləri bu düşərgədən çımağın qeyri-mümkün olduğunu dəfələrlə
bildirsələr də bir ingilis əsgər, xəndək qazıcısı və usta bir soyğunçudan ibarət
qrup özlərini təhlükəyə ataraq qeyri-mümkünü bacarmağa çalışacaqlar. Lakin məsələ
sadəcə düşərgədən çıxmış ola bilmək deyildir. Bayırdakı dünyada onları gözləyən
müxtəlif maneələr vardır.
7. La
Grande İllusion (1937)
Birinci
Dünya Müharibəsində aristokrat sinifdən gələ Komandir De Boeldieu ilə işçi
sinfindən gələn Leytenant Marechal kəşf gəzintisinə çıxırlar. Lakin işlərini
tamamlaya bilmədən alman əsgərləri tərəfindən əsir alınırlar. Alman Komandir
von Rauffenstein da eynilə Boeldieu kimi aristokrat bir ailədən gəlmişdir və əsirlərinin
özü ilə birlikdə yemək yeyə biləcəklərini bildirir. Yemək ərzində Boeldieu ilə
Rauffenstein aralarındakı ortaqlıqları görməyə başlayır, bunların hamısı da
sinif əsaslıdır. Lakin bu ortaqlıq onların əsir düşərgəsinə göndərilməsinə əngəl
olmur. Komandir və leytenant düşərgədə digər əsgərlər ilə dost olur və onların
qaçış planlarına qoşulurlar. Əsir düşərgəsindən tunel qazaraq qaçmağa cəhd edəcəklər.
6. A Man
Escaped (1956)
1943-cü
il Fransada Leytenant Fontaine gestapo tərəfindən ələ keçirilərək Montluc
qalasında həbs edilir. Qaçışını ətraflı bir şəkildə planlaşdıran leytenant
planlarını ölüm damğasə yeyəcəyi günə qədər təxirə salır. Almanlarla işlədiyi
bilinən Jost leytenantla eyni otağa yerləşdirilir. Fontaine planını həyata
keçirə bilmək üçün ya onu öldürəcək ya da ona güvənəcəkdir. Fransız Dirəniş əsgəri
olan Andre Devigny-nin Lyonda Montluc yüksək səviyyədə nəzarət edilən otağından
müharibə zamanı qaçışının əsl hekayəsi...
5. Cool
Hand Luke (1967)
Müharibə
veteranı Luke Jackson törətdiyi mənasız bir müharibə günahı səbəbilə iki illik
həbs olunur. Həbsxanada tutulduqları yerin müdiri olduğunu göstərməyə çalışan
Dragline ilə tanış olur. Dostluq və hörmət qazanmağın olduqca çətin olduğu bu
yerdə önə çıxmağı bacaran Luke həbsxananın yeni müdiri olmağa doğru yaxınlaşır.
Artıq həbsxanadan qaçmağın vaxtı gəlib çatmışdır.
4. The
Great Escape (1963)
İkinci
Dünya Müharibəsi zamanı yüksək qorumalı bir düşərgədə əsir tutulan bir qrup
müharibə əsiri almanlar tərəfindən böyük bir diqqətlə nəzarət altında
saxlanılır. Alman əsgərləri bu düşərgədən çıxmağın qeyri-mümkün olduğunu dəfələrlə
bildirsələr də bir ingilis əsgər, xəndək qazıcısı və usta bir soyğunçudan ibarət
qrup özlərini təhlükəyə ataraq qeyri-mümkünü bacarmağa çalışacaqlar. Lakin məsələ
sadəcə düşərgədən çıxmış ola bilmək deyildir. Bayırdakı dünyada onları gözləyən
müxtəlif maneələr vardır.
3. Room
(2015)
Jack
və anası dörd divarla örtülü qutu kimi bir otaqda yaşayırlar. Mətbəx, vanna
otağı, yataq və televizorun eyni yerdə olduğu bu qaranlıq və darıxdırıcı otaq
Jack-in tanıdığı tək dünyadır. Televizor isə onun ən yaxın dostudur. Bəs nə
vaxta qədər?
2. Le trou
(1960)
Həyat
yoldaşını öldürməyə cəhd səbəbilə həğs olunmuş və məhkəməsini gözləyən bir məhkum
olan Claude Gaspard başqa bir həbsxana otağına göndərilir. Bu otaqda tanış
olduğu məhkumların həbsxanadan qaçmaq planları olduğunu öyrənir. Bu vaxt məhkum
olduğu məsələsi ləğv olunan Gasparın da ən çox 5 il içində həbsxanadan çıxacağı
deyilir. Lakin qaçış planı hələ də davam edir və digər məhkumlar tezliklə bu vəziyyətdən
xəbər tutacaqlar... Film real bir hadisəyə əsaslanaraq çəkilmişdir.
1.
The Shawshank Redemption (1994)
Andy Dufresne gənc
və bacarıqlı bir bankerdir. Həyat yoldaşı və onun sevgilisini öldürmək günahı ilə ömür
boyu həbsə məhkum edilir. Shawshank həbsxanasında döyülmə, işkəncə, təcavüz, hər
cür hadisə yaşanmaqdadır, lakin Andy yenə də həyata bağlı və optimistdir. Bu
xasiyyəti ətrafındakılara da təsir edir. Andy ümidli olması ilə ətrafındakı
bütün məhkumları barmaqlıqlar arxasında belə azad bir yaşayış ola biləcəyinə
inandırır. Andy-nin bu səylərinə oraq olacaq bir dostu da olacaqdır: Red.
0 comments:
Yorum Gönder