Pianist, Life is Beautiful kimi filmlər olduqca bəyənilənlərdəndir. Bu temalı filmlər işərisində ən yaxşılaran biri də Schindler`s List filmidir. 8,9 IMDb xalı ilə dünyada 7-ci yerdə qərarlaşan film haqqında analizimiz olduqca maraqlıdır.
12
nominasiya da Oskara namizəd olan film, ilin ən yaxşı filmi, ən yaxşı rejissor,
ən yaxşı uyğunlaşdırılmış ssenari, ən yaxşı montaj, ən yaxşı musiqi, ən yaxşı
dekorasiya və ən yaxşı sinematoqrafiya kimi 7 nominasiyada Oskarı almışdı. Rejissoru
Steven Spielberg-in E.T. ilə birlikdə xatırlanmaq istədiyi iki filmdən biri
olan Schindler`s List tamamilə real hadisələr əsasında çəkilmişdi.
Spielberg, filmə görə maaş almaqdan imtina etmişdi. O, bu pulu `qanlı
pul` kimi qiymətləndirirdi. Ssenari ilk dəfə 1980-ci ildə məşhur rejissor
Martin Scorsese-ə təqdim edilmişdi. Rejissor belə bir filmi yalnız bir yəhudinin
çəkməli olduğunu deyib, həmin vaxt Cape Fear (1991) filminin ssenarisi ilə məşğul
olan Spielberg ilə filmləri dəyişdi.
Əslində
filmin 1983-cü ildə çəkilməsi planlaşdırılırdı. 37 yaşlı Spielberg buna hazır
olmadığını düşünüb filmi 10 il təxirə saldı. Bu müddətdə o, ssenarini məşhur
fransız rejissor Roman Polanskiyə təqdim etdi və filmi ona təklif etdi.
Polanski də yəhudi idi və bu filmin həddən artıq şəxsi aspektdə olduğunu
düşündü. 8 yaşından yəhudi düşərgələrinə düşən Polanski buradan qaçmağa nail
olmuş, anasını da Auschwitz yəhudi düşərgəsində itirmişdi. 2002-ci ildə isə o,
bu mövzuda öz filmi – Pianist-i çəkdi.
Çəkilişlərdən
əvvəl Spielberg, oxşar mövzuda çəkilmiş ən zəif filmlərdən olan Good Evening, Mr. Wallenberg (1990) filmini 6 dəfə izləmişdi.
Baş
rol – Oskar Schindler personajını ifası ilə Oskara namizəd olan Liam Neeson ifa
edirdi. Fiziki cəhətdən real Schindler-ə olduqca bənzəyən aktyor ilk dəfə bu
rol üçün kastinqə gəldi və qəbul edilmədi.
Bunun yerinə Neeson-a epizodik bir rol verildi. Bir gün Spielberg çəkilişdən sonra Neeson-un yanına gəlir və onu xanımı və qayınanası ilə tanış edir. Birdən-birə aktyor yaşlı qadını möhkəm qucaqlayır və çaşıb qalmış rejissora: “Bu eynilə Schindler-in edəcəyi hərəkət idi.” deyir. 1 həftə sonra isə Neeson-a baş rol təklif olunur. Çəkilişlərdən sonra isə o, bu ifasını heç vaxt bəyənmədiyini söyləmişdi.

Daha əvvəl
baş rol Harrison Ford-a təklif olunmuşdu amma o imtina etdi. Spielberg, Kevin Costner və Mel Gibson-a da rolu təklif etdi amma sonra fikrindən daşındı. O,
çox məşhur simaların kastda olmasını istəmirdi. Stellan Skarsgård da kastinqə
qatılıb bəyənilməyən aktyorlardan idi.
Filmin
çəkiliş prosesi özü kimi çox ağır atmosferdə davam edirdi. Spielberg psixoloji
sarsılmamaq üçün hər gecə Seinfeld komediya serialından bir bölümə baxırdı.
Çəkilişlər qutarana yaxın olduqca sarsılmış görünən rejissor, yaxın dostu Robin Williams-dan onun üçün bir neçə komik səhnəcik tərtib etməsini xahiş etdi.
Bir gün Spielberg, filmin musiqilərini bəstələyən məşhur bəstəkar John Williams-a filmdən bir səhnə göstərdi. Səhnəni izləyən bəstəkar özünə gəlmək üçün xeyli gəzindi. Rejissorun yanına gəlib: “Məncə daha yaxşı bir bəstəkar ilə işləməlisən” dedi. Spielberg isə belə cavab verdi: “Bilirəm. Amma onların hamısı ölüb.”

Qəddar
alman zabiti Amon Goeth obrazını canlandıran Ralph Fiennes çəkilişlər zamanı
roluna kəskin qapılmışdı. Dövrün sağ qalmış yədudilərindən olan Mila
Pfefferberg çəkilişlər zamanı Fiennes ilə tanış edildi. Aktyor real Amon Goeth-ə
elə bənzəyirdi ki, xanım qeyri-ixtiyari titrəməyə başlamışdı. Fiennes-in ən
yaxşı köməkçi kişi aktyor nominasiyasında Oskara namizəd olması da təsadüfi
deyil. Bu rol üçün daha əvvəl düşünülən aktyor isə Pulp Fiction filmindən yaxşı
tanıdığınız Tim Roth idi.
Krakov
şəhərindəki düşərgə səhnələri ssenaridə sadəcə 1 səhifə idi və filmdə bir neçə
saniyə göstərilirdi. Spielberg dövrün sağ qalan yəhudiləri ilə söhbət etdikdən
sonra bu hissəyə ssenaridə 20 səhifə yer ayırdı və biz 20 dəqiqə Krakov səhnələrini
görürük.
Çəkilişlərdə
dövrü real təsvir etmək üçün 20.000-dən çox libasa ehtiyac var idi. Bunun üçün qəzetlərə elanlar
verildi. O dövrdə Polşadakı iqtisadi vəziyyət və həyat səviyyəsi aşağı idi. Bu səbəbdən, əhali müharibə dövründən qalan paltarlarını satmağa istəkli oldu. Cəmi
bir neçə gün içində təkcə Polşadan minlərlə paltar çəkilişlərə gətirildi.
Maraqlı məqamlardan əsası biz hiss etməsək də çəkilişlərin 40%-nin adi əl
kamerası ilə çəkilməsi idi. Son səhnədə Schindler-in məzarını ziyarət edənlərin
hamısı həqiqi Schindler yəhudiləri idi.
Filmin şüarı olan “Kim bir həyatı xilas etsə bütün dünyanı xilas etmiş sayılar” yəhudilərin Tövrat-dan sonra ikinci müqəddəs kitabı olan Talmüd-dən bir hissədir.
Filmin şüarı olan “Kim bir həyatı xilas etsə bütün dünyanı xilas etmiş sayılar” yəhudilərin Tövrat-dan sonra ikinci müqəddəs kitabı olan Talmüd-dən bir hissədir.
0 comments:
Yorum Gönder