Bu durğunluq 1990-cı ildə Hollivudun ən yaxşı rejissorlarından biri olan qocalmaz Martin Scorsese-in möhtəşəm Goodfellas (Yoldaşlar) filmi ilə pozuldu.
1967-ci ildən bəri başlayan rejissor karyerasında müxtəlif janrlarda; Wolf of the Wall Street, Departed, Hugo, Shutter İsland, Aviator, Taxi Driver, Ragging Bull, Gangs of New York, Casino kimi İMDb Top 250 siyahısına qazınmış filmlər çəkən rejissorun şah əsərini Goodfellas saymaq olar. Çoxlarınıza tanış olan bu şedevr haqqında maraqlı analizimizə baxaq.
Filmdə
dərin mafiya, ailə və sevgi münasibətləri yaxşı düşünülmüş kadr ardıcıllığı və
keyfiyyətli rejissor işi ilə bizə çatdırılır. Epizodik rollarda bir çox həqiqi
mafiya üzvləri iştirak edirdi və onların Warner Bros. film şirkətindən necə
maaş aldıqları hələ də bilinmir. Scorsese, çəkilişdən sonra filmdəki bir çox
dialoqların yazılmadığını, o anda aktyorların özünün improvizə etdiyini
demişdi.
Tanıyanlar yaxşı bilir ki, rejissorun sevimli aktyorları Robert De Niro,
Joe Pesci və Leonardo DiCaprio-dur. Bu filmdə də baş rollarda ilk ikisi var idi
və Joe Pesci həm də ifasına görə Oskar almışdı. Eyni zamanda Scorsese, ən yaxşı
rejissor nominasiyasında, Lorraine Bracco isə ən yaxşı köməkçi qadın rol
nominasiyasında Oskara namizəd olmuşdu.
3 mafiya üzvü dostun başına gələnlərin səhnələşdirildiyi
və real hadisələrdən uyğunlaşdırılmış filmdə baş rol James Conway personajını
Robert De Niro ifa edir. Film haqqında çəkilmiş sənədli filmdə deyilir ki, De
Niro, filmdə Ray Liottanın oynadığı həqiqi Henry Hill-dən rolunu tam düz əks
etdirmək üçün gündə 7-8 dəfə həbsxanaya – Henry Hill-ə zəng vurur. Hətta
siqaretini necə tutmasını belə məhkumdan soruşurmuş. Ray Liottaya isə Henry
Hill ilə danışmaq Scorsese tərəfindən qadağan edilmişdi.
De Niro-dan əvvəl baş rol Al Paçinoya təklif
edilmişdi. Paçino rolu düşünmədən rədd etdi. Filmə baxdıqdan sonra isə peşman
olduğunu demişdi. Daha sonra bir müddət John Malkovich də bu rol üçün düşünülsə də
Scorsese-in əsas seçimi De Niro oldu.
Dostların digərini isə Joe Pesci oynayırdı. Həqiqi
Henry Hill-in fikrincə Pesci, Tommy
DeVito personajını 99% realda olan Tommy kimi ifa etmişdi. Yeganə fərq isə real
Tommy-nin nəhəng olması idi.
3-cü dost – həmçinin narratorumuz Ray Liotta
idi. Scorsese Liotta-nın Field of Dreams filmindəki ifasını gördükdən sonra bu
rolu ona vermişdi. Daha əvvəl Sean Penn, Alec Baldwin, Tom Cruise kimi məşhurlar
Hill obrazı üçün düşünülürdü.
Hill, uşaqlıqdan mafiya əhatəsində olmaq xəyalında idi. Tədricən buna nail olan gənc, bir neçə il sonra artıq əsas simalardan biri olur.
Sonra isə evlənəcəyi yəhudi qız – Karen (Lorraine Bracco) ilə tanış olur. Çəkilişlər zamanı Bracco, məşhur aktyor, Scorsese-in də yaxın dostu olan Harvey Keitel ilə sevgili idi. Filmdəki cütlüyün qızlarından biri Bracco, Keitel cütlüyünün qızı Stella idi.
Hill, uşaqlıqdan mafiya əhatəsində olmaq xəyalında idi. Tədricən buna nail olan gənc, bir neçə il sonra artıq əsas simalardan biri olur.
Sonra isə evlənəcəyi yəhudi qız – Karen (Lorraine Bracco) ilə tanış olur. Çəkilişlər zamanı Bracco, məşhur aktyor, Scorsese-in də yaxın dostu olan Harvey Keitel ilə sevgili idi. Filmdəki cütlüyün qızlarından biri Bracco, Keitel cütlüyünün qızı Stella idi.
Karen
rolu üçün əvvəlcə Madonna və Ellen Barkin də düşünülmüşdü.
Olduqca kaprizli aktrisa olan Bracco, rejissordan onun bütün daş-qaşlarının həqiqi olmasını tələb etdi. Film üçün kirayə götürülmüş zinət əşyaları çəkilişlər müddətində mühafizəçilər tərəfindən qorunurdu.
Olduqca kaprizli aktrisa olan Bracco, rejissordan onun bütün daş-qaşlarının həqiqi olmasını tələb etdi. Film üçün kirayə götürülmüş zinət əşyaları çəkilişlər müddətində mühafizəçilər tərəfindən qorunurdu.
Filmin əvvəllərində gördüyümüz yarı satirik “Səncə
mən gülməliyəm?” səhnəsi Pesci-nin başına həqiqətən gəlmişdi. Cavan yaşlarında
kazinoda işləyən Pesci, bir dəfə qanqsterə komik olduğunu demişdi və qanqster
çox əsəbiləşmişdi. Bu xatirə filmə əlavə edildi və bu digər aktyorlara deyilmədi.
Ətrafdakı aktyorların təəccübü real idi.
Digər improvizəni isə mafiya başçısı Paul Cicero
obrazını canlandıran Paul Sorvino etmişdi. Hill-ə həbsdən çıxanda vurduğu sillə
ssenaridə yox idi və Liottanın təəccübü həqiqidir.
Scorsese film boyu hər bir xırda detalla
yaxından maraqlanırdı. Qardirobda gördüyünüz bütün paltarlar rejissor tərəfindən
seçilmişdi, hətta qalstuklarınbağlanmasını belə birbaşa Scorsese edirdi. Diqqətlə
baxsaz hər ruh halına uyğun fərqli bağlanmış qalstukları görə bilərsiz.
Rejissorun valideynləri də filmdə iştirak
edirdi. Anası Catherine Scorsese,
Tommy-nin anası rolunda, atası Charles Scorsese isə həbsxanada sousa soğan
doğrayan kişi rolunda idi.
Ray Liottanın anası çəkilişlər davam edərkən
xərçəngdən dünyasını dəyişdi. Bir müsahibədə Liotta, silahla adam döydüyü səhnədəki
əsəbinin anasını matəmi ilə o həddə çıxdığını demişdi.
Ən maraqlı məqamlardan biri isə filmdə hər
şeyin üstündə qurulduğu pul ilə bağlıdır. De Niro filmdə istifadə olunan əskizasların
real olmasını istəmişdi. Məhz bu səbəbdən istifadə olnmuş bütün pullar
yığılmamış heç bir aktyor seti tərk edə bilməzdi.
Filmlə bu il Clint Eastwood-un çəkdiyi Jersey Boys filmi
arasında qəribə əlaqə də var. Joe Pesci-nin canlandırdığı personajın adı Tommy
idi. Jersey Boys filmində də Joe və Tommy adında 2 personaj var və bir məqamda
Joe belə deyir: “Səncə mən gülməliyəm?”
0 comments:
Yorum Gönder