Bloqunuzu yaratdıqdan və bir neçə məqalə paylaşdıqdan sonra
mütləq saytınıza Sitemap yaratmaq lazımdır. Sitemap nədir? Sitemap sizin saytınızı Google adminlərinin görməsini təmin edir. Məqalənizin nə haqqında olduğu, hansı axtarışlarda görünməsi kimi məsələləri Sitemap təmin edir. Saytınızın Sitemap-ı yoxdursa nə axtarışlarda görünə bilər, nə də məqaləniz Google tərəfindən anlaşıla bilər. Bu vacib tənzimləməni necə edəcəyimizi öyrənək.
Sitemap yaratmaq üçün Google-in istifadəçilərinə təqdim etdiyi WebMaster xidmətindən istifadə edəcəyik. Bu xidmət vasitəsilə həmçinin saytınızda olan problemləri redaktə edə bilər, neçə dəfə axtarışda göründüyünü tədqiq edə bilər və digər vacib informativ xüsusiyyətlərdən istifadə edə bilərsiz. Webmaster yazıb ilk sayta daxil oluruq.
Açılan səhifədə göstərilən buttona klikləyirik.
Bu səhifədə isə Site Ekle (Add Site) buttonuna klikləyirik.
Bizdən saytımızın URL adresini istəyəcək. Siz müvafiq adresinizi göstərilən bölməyə yazırsız.
Saytımız WebMaster siyahısına əlavə olundu. İndi isə Sitemap yaradaq. Göstərilən bölməyə klikləyin.
Açılan səhifədə göstərilən buttona klikləyin.
İndi isə kodlarımızı əlavə etməliyik. Bu kodlar paylaşdığınız məqalə sayına görə fərqli olur. Aşağıdakı kodlardan sizə uyğun olanını göstərilən bölməyə copy-paste edib yadda saxlayın. Bununla da SiteMap artıq sizin üçün işləyəcək.
Əgər paylaşımlarınız 500-dən azdırsa:
atom.xml?redirect=false&start-index=1&max-results=500
Əgər paylaşımlarınız 500-1000 arasındadırsa:
atom.xml?redirect=false&start-index=1&max-results=500
atom.xml?redirect=false&start-index=501&max-results=500
atom.xml?redirect=false&start-index=501&max-results=500
Əgər paylaşımlarınız 1000-dən çoxdursa:
atom.xml?redirect=false&start-index=1&max-results=500
atom.xml?redirect=false&start-index=501&max-results=500
atom.xml?redirect=false&start-index=1001&max-results=500
atom.xml?redirect=false&start-index=501&max-results=500
atom.xml?redirect=false&start-index=1001&max-results=500
VİDEOLU İZAHIMIZ:
0 comments:
Yorum Gönder