Intouchables (1+1) Filmi və Haqqında Maraqlı Məlumatlar


  Avropa kinosunun ən dəyərli əsərlərindən
biri şübhəsiz Intouchables filmidir. 2011-ci ildə işıq üzü görən bioqrafiya, komediya, dram janrındakı filmin ssenarisi real həyat hekayəsinə əsaslanır.



  Rejissor və ssenaristi Oliver NakacheEric Toledano olan fransız dilli filmdə iflic varlı Philippe ilə onun baxıcısı Driss arasındakı komik və dramatik hadisələr səhnələşdirilir.



  Axıcı və səmimi üslubu ilə olduqca bəyənilən film 398 min səs əsasında 8,6 IMDb xalına sahibdir. Filmin bugünə qədərki gəliri isə 382 milyon dollardır. Intouchables həmçinin ən yaxşı xarici dilli film nominasiyasında Oskara da namizəd olmuşdu.



  Film haqqında bəzi maraqlı məlumatlara nəzər salaq:

  Filmin fon musiqisi məşhur italiyalı bəstəkar Leduvico Einaudi tərəfindən səsləndirilirdi.



  Intouchables Sarah's Key filminin rekordunu təzələyərək Hollandiyada ən çox gəlir gətirən fransız filmi olmuşdu.

  Film həmçinin AmelieFifth Element kimi filmləri qabaqlayaraq ən çox gəlir gətirən fransız dilində film oldu.



  Driss-in sürdüyü maşın Maserati Quattroporte idi.



  Film Almaniyada 2012-ci ildə 8,8 milyon kino həvəskarının qoşulduğu səsvermədə Skyfall, Ice Age: Continental DriftTwilight Saga: Breaking Dawn - Part 2 filmlərini qabaqlayaraq ən bəyənilən film olmuşdu.



  Real həyatda Philippe-in baxıcısı Əlcəzairli gənc Abdel idi. Rejissorlar həmin personajın milliyətini qərbi-afrikalı olaraq dəyişdirdi. Bunun əsas səbəbi 2009-cu ildə çəkdikləri Tellement Proches filmindəki Omar Sy-ın uğurlu ifası idi. Qeyd edək ki, aktyor real həyatında da filmdəkinə bənzər problemlər yaşamışdı. 



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder