Filmin hekayəsi Orpheus və Eurydice mifinə əsaslanır. Əsatirə görə gənclər bir-birilərini çılğınca sevməkdədir. Bir gün görüş yerinə gələn Eurydice yolda ilan tərəfindən zəhərlənərək yeraltı zindanına salınır. Bunu öyrənən Orpheus ətrafda dəli kimi fırlanmağa başlayır və hər gün dua edir. Tanrılar Orpheus-a bir şans verər. Amma bunun müəyyən qaydaları vardır. Belə ki, sevginin gücü sədaqətlik və möhkəmlik üzrə ölçüləcəkdir. Orpheus sevdiyini yeraltından çıxarmaq üçün zindandan çıxana qədər Eurydice-ın üzünə baxmamalıdır. Zindandan çıxmaq üzrə ikən Orpheus son anda dönər və sevgilisinin üzünə baxar. Və bu andan sonra Eurydice-ı ömrünün sonuna qədər görə bilməz.
İnsanlar sahib olduqları şeylərdən başqa daha çox şey istər və səbirsizliklə, tamahla əlindəkilərdən rahatca əl çəkərlər. Hər zaman ehtimallarla yola çıxsan məğlub olan tərəf sən olarsan. Rejissor Christoffer Boe -nin dediyi kimi: "bir gün həyatınıza biri girər və bütün dünyanız dəyişər..."
Filmin sonlarına yaxın bir səhnədə olduğu kimi "Əgər Alex arxaya çönüb baxsa və ya şübhə duysa Aimee yox olacaqdı." Filmdəki əsas qəhrəman, Alex, Aimee və Simone arasında get-gəl yaşayır. Verəcəyi hər hansı bir qərara görə gələcəkdə peşman olacağını düşünür və bundan qorxur. Lakin qərar verməyi üçün zamanı azdır. Ya qərar verəcəkdir ya da hər şey 24 saat içində yox olacaqdır. Bəzi filmlər vardır bitdikdən sonra düşündürən, sual işarəti buraxan. Film Closer (2004) filminə az da olsa oxşayır. Amma o kino kimi hadisələri açıq-aşkar göstərmir. Bəzi yerlər beyninizdə daha qaranlıq şəkildə qalır. Gərək bunu özünüz həll edəsiz.
"- İnanıram ki, sevgi, əsas olaraq iki cinsiyyətdə tək-tək fərqli şeyləri ifadə edir. Qadın üçün sevgi vacibdir. Onsuz yaşanmaz. Qadın üçün sevgi, həyatın şüurlu bir seçimidir. O, aşiq olmağı seçər.
+ Demək ki, sevgi bir seçim ola bilər ?
- Bəli, bu doğru deyil ki ? Sevişmək bu variantı ortadan qaldırmaz. Digər yandan biz kişilər hər şeyin birdən reallaşmağını istəyirik. Heç proqramlamadan. Çünki biz sevgidən utanırıq. O, bir əngəldir. "
+ Demək ki, sevgi bir seçim ola bilər ?
- Bəli, bu doğru deyil ki ? Sevişmək bu variantı ortadan qaldırmaz. Digər yandan biz kişilər hər şeyin birdən reallaşmağını istəyirik. Heç proqramlamadan. Çünki biz sevgidən utanırıq. O, bir əngəldir. "
Samuel Barber-in "Adagio For Strings" mahnısı melanxolik ortamı zənginləşdirən faktorlardan biri idi. Ümumiyyətlə, filmin çəkilişləri çox xoş idi. Buna görə də Cannes film festivalında mükafat almağı bacarmışdır. Filmin adını isə rejissor belə açıqlamışdır:
"construction is easy but reconstruction is hard" (bərpa asandır lakin yenidənbərpa çətindir...)
Hər zaman söyləndiyi kimi ; sevgi, o günə qədər varolan hər şeyi unutmaq və yeni bir həyat yaratmaq mıdır ?
Yazar : Nicat Hacıyev
0 comments:
Yorum Gönder