To Kill a Mockingbird Film Analizi


"İstədiyin qədər quş öldürə bilərsən.
Amma çalış heç vaxt bülbülə toxunma. Zərərsiz olanları öldürmənin günah olduğunu yadından çıxarma..." 

  Harper Lee-nin yeganə amma məşhur kitabı olan "Убить пересмешника" (Bülbülü öldürmək) adlı romanı əsasında çəkilmiş filmdir. Sözün açığı romanı filmdən çox üstün idi. Roman American Library Association (Amerikan Kitabxanaçılar Birliyi) tərəfindən yüz ilin ən yaxşı kitabı seçilmişdir. Amma film də kitabdan geri qalmır. Buna əmin ola bilərsiniz. 





  Həmçinin kitab "Pulitser" mükafatı qazanmışdır. Mövzu olaraq o zaman ki, Amerikanın ən qlobal problemlərindən biri götürülsə də həmin mövzu "insanlıq" və "vicdan" anlayışı ilə gözəl əhatə olunub. Kathryn Stockett -un "Duyguların rengi" (The Help) adlı kitabı ilə eyni problemə toxunsa da daha cəlb edicidir. Sadəcə filmin daha az tanınmasının səbəbi çəkildiyi ildir.

"İnsanların bir-birilərinə verdikləri əzaba...Kimilərinin heç düşünmədən nədən olduğu fəlakətlərə....Bəyazların qaralara yaşatdığı cəhənnəm həyatına... Onların da birər insan olduqlarını ağıllarına gətirməməklərinə..."



 Filmin rejissoru romandan çox çıxmamağa çalışıb. Lakin kinoda Atticus-un bacısı haqqında danışılmayıb. Lakin onun bacısı Atticus kimi biri deyil. O, qara dərili insanlara önyargı ilə yanaşırdı və Calipurna (Atticus-un xidmətçəsi) ilə aralarında soyuqluq var idi. "12 Angry Men" filmində bütün önyargıları qırmağa çalışan tək münsif kimi Atticus bütün qəsəbədə ki, bəyaz dərili insanların önyargısını qırmağa çalışacaq. Filmin mövzusu bəzi məlumatlara görə real hadisələrə əsaslanır. Beləki 1923-cü ildə Amasa Lee adlı (filmdəki və ya kitabdakı Atticus Finchs) vəkil qara dərili bir günahsız insanı müdafiə edir və həmin şəxs yəni Amasa Lee Harper Lee-nin atasıdır. Bəli düzgün anladınız kitabdakı Scout elə Harper Lee-dir. Öz uşaqlıq xatirələri haqqında mükəmməl bir roman yazmışdır. Kitab uşaqların görüş və dili ilə anladılır. Scout (Harper Lee) öz atasını mükəmməl bir ata kimi təqdim etmişdir. Atticus həyat yoldaşını itirdikdən sonra uşaqlarının xoşbəxtliyi üçün yaşamağa başlamışdır. Qəsəbənin ən yaxşı atıcısı olsa da heç vaxt əlini silaha vurmağı xoşalmır. Çünki şiddətə qarşı idi. Hətta oğluna oyuncaq silahın belə pis bir şey olduğunu öyrətməyə çalışır. Filmdə mənə ən çox təsir edən səhnə qızın atası məhkəmə salonundan çıxarkən bütün qara dərili insanların ayağa qalxaraq ona hörmət etdiyini göstərdiyi səhnə idi...





"Doğru budur. Bəzi qara dərili insanlar yalan danışar, bəziləri qadınlara qarşı hörmətsizdir, bəyaz qadın olsun, qara dərili qadın olsun, fərq etməz. Lakin bütün bunlar yalnız bir irq deyil, bütün insanlığı maraqlandıran günahlardır. Bu salonda həyatında yalan söyləməmiş, əxlaqsız bir davranış göstərməyən bir insan ola biləcəyini düşünmürəm."

 Film 1962-ci il istehsalı olduğu üçün bir çoxunuz önyargılı davranacağını düşünürəm filmə  baxmaq istəməsiniz də romanını oxumağınızı hamıya məsləhət görürəm. Kitab həvəskarı deyilsənizsə 2010-cu ildə bu kitab və film haqqında çəkilmiş "Hey, Boo: Harper Lee and 'To Kill a Mockingbird" adlı sənədli filmə baxmağı tövsiyə edirəm.




 1963-cü ildə 10 yaşındakı Mary Badham "ən yaxşı köməkçi aktrisa" nominasiyasında Oskara namizəd göstərilən ən cavan aktrisa statusunu qazanmışdır. Ən maraqlısı isə həmin il eyni nominasiyanı "The Miracle Worker" filmi ilə qazanan 16 yaşındakı Patty Duke "Oskar qazanan ən cavan aktrisa" tituluna sahib olmasıdır.

Yazar : Nicat Hacıyev

Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder