Stanley Kubrick-in Shining Filmi Haqqinda Bilmediklerimiz. (2-ci hissə)




    Jack-in ziyafət səhnəsinə baxaq. Kamera və bucaq ustası Kubrik-dən qəribə çəkiliş. Jack içkisi ilə salonda gəzinəndə...




  Divanda oturan ağ geyimli xanım Kubrick-in qızıdır, yeri gəlmişkən. 
  Bu anda qarson advokat likörünü Jack-in üstünə aşırır. Filmin 34:07-ci dəqiqəsinə çəkək və bu səhnəni diqqətlə izləyək.




  Qəribə formada kameranın sanki dövrə vurduğunu görəcəyik. Yəni qarsonun Jack-in paltarını təmizlədiyi yer elə içkini onun üstünə aşırdığı yerdir.

  Oxşar digər səhnəyə baxaq. Filmin əvvəlində Dick oteli Vendy və Danny-ə gəzdirir. Ərzaq bazasında girdikləri və çıxdıqları qapılara diqqət edək.



  C4 girişindən içəri girirlər, C3 çıxışından çölə çıxırlar. Yəni girdikləri qapıdan yox, tamam başqa bir qapıdan çıxırlar. Bu məqamları filmin axışında anlamaq olduqca çətindir. Kameralardan qəribə rakurslarla çəkilişlərlə Kubrik sanki mühakimə qabiliyyətimizi sınaqdan keçirir.

  Film başdan sona mistik hadisələr üzərinə qurulmuş olsa da, əslində diqqət etsək, yalnız bir fövqəltəbii hadisə baş verir. Vendy Jack-i ərzaq bazasına qıfıllayır. Daha sonra Jack xəyali xarakteri ilə söhbət etdikdən sonra qapı öz-özünə açılır.




  Bu səhnənin izahının fövqəltəbiilikdən başqa da açıqlaması ola bilər. Bu da o anlarda şok keçirən Danny-nin qapını açmasıdır. Bu fikri inkar edəcək zaman və məkan səhnələrini filmdə görmürük.

  Qəribə bir səhnədə Danny-nin mistik gücü bizə göstərilir. Vendy-nin özünü müdafiə etmək üçün pilləkənlərlə yuxarı çıxdığı səhnəni xatırlayaq.



  Məhz bu səhnənin əvvəlində Danny-nin parladığını görürük. Sanki Danny anasını yuxarı çıxmağa vadar edirdi. Ən yuxarıda isə Kubrik yenə yerli hindu tayfalarına işarəsini göstərir. Jack-in ən yuxarıdan aşağı yıxıldığı səhnə yerli hindu tayfalarının tanrıya qurban mərsasimlərindəki ayinlərinə olduqca bənzəyir.



  Film çəkilməzdən əvvəl Kubrik  otelin o vaxtki müdürünə zəng vurur. Film çəkmək fikri və otel haqqında günlərcə telefon söhbətləri edirlər. Daha sonra Kubrik 3 nəfərlik ekspert heyətini araşdırma üçün Koloradoya - otelə göndərir. Bu 3 nəfər 3 ay oteldə qalır və ən xırda detallara qədər hərşey araşdırılır.

  Kolorado tarixində ən məşhur hadisə qızıl mədənləri uğrunda gedən ağdərili-qaradərili müharibəsidir. Buna filmdə də işarə olunur.



  Ekspert heyətinin sənədləri əsasında Kubrik Kolorado tarixini inanılmaz dərinliklə incələyir. Filmdə o zamankı soyqırıma aid faktlar əslində bu soyqırımı təkcə ağdərililərin etmədiyini də bizə göstərir. Mədəniyyətimizin başlamasından çıxdığı ən pik yerə qədər arxa planda qalan vəhşilikləri Kubrik kiçik detallarla bizə göstərir. O, hər şey haqqında oxuyurdu, tam anlamağa çalışırdı. Anladıqda isə onu real görünəcək formada bizə göstərirdi.

  Tarixlə əlaqəli mesajları anlamaq üçün Jack-in barmenlə möhtəşəm söhbətinə baxaq.



  Jack barmenə onun yaxşısı olduğunu deyir. Timbuktu - Portland-dan Maine-ə qədər. Hətta Portland-dan Oregon-a qədər. 

  Təbii ki, bu yer adları təsadüfi deyildi və eyni zamanda bu dialoq filmin gedişatında da rol oynamırdı. Bu sadəcə Kubrick-dən mesaj idi.

  Aydındır ki, adi müəllim olan Jack Timbiktu-ya heç vaxt getməmişdi. Niyə məhz bu yerlər? Portland amerikalıların, ingilislərin sivilizasiya yaratdıqları yer kimi tanınır. Oregon, Maine isə qərbə yol açacaq ağdərililər üçün əsas məntəqələr idi. Kubrik bizə keçmişi göstərirdi bu filmdə. Hansısa tarixlə əlaqəli keçmişi yox, ümumiyyətlə keçmişi. Bu film keçmişin bizə təsirini araşdırırdı.



LABİRİNT


  Labirintə bənzər qəliz işarələr... İndi adi bir otaqdakı rəsmləri araşdıraq. Danny-nin oyun oynadığı və arxaya çevrilib 2 bacının surətini gördüyü səhnə.


  Kubrik yalnız bu 2 qıza fokuslanmağımızı istəyir. Biz belə də edirik. Sol tərəfdəki xizək sürən oğlan rəsminə fikir vermirik. Yoxsa? Yoxsa bu xizək sürən oğlan rəsmi deyil (?) Xatırlayırıqsa, filmin əvvəlində Jack müdür Ullman-la söhbət edəndə bu ərazinin xizəkçilər üçün çox əlverişli olduğunu, burda niyə xizəkçilər üçün ərazi olmadığını soruşur. Ullman isə ona səbəbləri ona izah edir.

  
  
 Bu bir minotor rəsmi idi. Gövdəsi, başı, quyruğu olan və diqqətlə baxıldıqda asan hiss edilən bir minotor şəkli. Minotor - yunan mifologiyasında yarı insan - yarı buğa varlığa deyilir. Bu varlığın massonik mənalar daşıdığı da məlumdur. Ustalıqla formalaşdırılmış xizəyə bənəz kölgə forması bizi bu rəsmin əslində nə haqqında olduğunu anlamağımızı çətinləşdirir.

  Daha qəribəsi paraleldəki digər rəsmdir.



  Boğa üstündə bir kovboy. Bu 2 şəkil bir-birinin güzgüdəki əksi kimi idi sanki. Bir tərəfdə minotor - buğa adam, digər tərəfdə buğa üstündə bir adam. Bu səhnələr məhz Ullman-ın ailəni oteldə gəzdirdiyi səhnələrdən əvvəl göstərilirdi.



  Burada Ullman oteldə daim elit təbəqənin məskunlaşdığını dediyi anlarda yandakı tabloda buffalo başlığı geymiş bir hindu görürük. Elit təqəbə yox, məhz bir hindu portreti.

  Minotor şəklinin altındakı "MONARCH" yazısına ,yəqin ki, fikir verdiniz. Monarx bir minotor. Bu Asterius demək idi. Mənası açıqca bunu işarə edirdi. İşıldayan, parlaq mənasında işlədilən bu termin astronomiya və mifologiyanın əsas anlayışlarındandır. Bu qədər mürəkkəb ipucları ilə Kubrick-in bizi gətirdiyi nəticəyə baxın.

  Bu isə Kubrick-in 2-ci uzun-metrajlı filmi olan Killer's Kiss filmindəndir.


  Ən maraqlısı isə minotor-un həmişə labirintin mərkəzində yaşamasıdır. O labirintin bir hissəsidir. Oteldəki labirint məhz minotor üçün idi. Əsl labirint isə otel özü idi. Otelin minotor-u isə ,əlbəttə ki, Jack idi.



  Danny və Vendy qarlı havada labirintin yanında oynayanda içəridən onlara baxan Jack-in baxışlarına baxın. Bir növ buğanı simvolizə edən bu baxışları Kubrick-in bir çox filmlərində görürük. 







  Sırasıyla Dr. Strangelove, Clockwork Orange, Full Metal Jacket, 2001: A Space Odyssey filmlərindəki əsas qəhrəmanların baxışlarına diqqət etsək, oxşar simaları görə bilərik.

  Kino boyu Dany-ni 3 dəfə velosipedi ilə oteldə gəzişən görürük. İlk dəfəsindəki trayektoriyası sadə bir dövrdür.



  Bu dövr otelin quruluşu haqqında fikrimizin formalaşması üçün idi. Kadr kəsintisiz çəkilmişdi və belə bir yolun ,həqiqətən, olduğuna inanırıq. Belə bir sxem çıxara bilərik:



  2-ci gəzinti daha maraqlıdır. Bu dəfə biz olması qeyri-mümkün bəzi detalları görürük. P şəkilli dövr vurduqdan sonra...



  lobi hissəsi ilə olan bağlantının reallığını görürük. İlk gəzinti 1-ci mərtəbədə idi və o zaman 2-ci mərtəbədəki məhəccər görünürdü. İndiki - 2-ci mərtəbədəki gəzintidə də həmin məhəccəri görürük.



   Amma gəzintinin əvvəlində gördüyümüz lift qapıları filmin əvvəlində başqa yerdə görünürdü.



  Daha maraqlısı lift göründükdən sonrakı saniyə bir anlığa görünən pəncərədir. Bu pəncərə də orada ola bilməzdi.



  Çünki biz əsas koridoru müdür Jack ilə Vendy-ni gəzdirəndə görmüşdük. Bu pəncərələr isə həmin koridorda idi. Film davam etdikcə Kubrick daha qəliz anlaşılmazlıqları qarşımıza çıxarırdı. Başa düşülməsə belə, bu tipli faktlar filmin gedişatında bizi əsas aspektdən uzaqlaşdırır.

  Əsas maraqlı məqam isə gəzintinin sonundadır:



  Qəibə bir trayektoriya cızan Dany sanki bir dövr etmişcəsinə başladığı yerə qayıdır. Bu filmin fantastika tərkibli olduğunu da göstərir.

  3-cü gəzinti isə ən qəribəsidir. 3 dönmə etdiyi bu gəzintiyə baxaq:





  Əvvəlcə, normal gəzinti başlayır. İlk döngədən sonra birdən birə 1-ci mərtəbədən 2-ci mərtəbəyə həm də ilk gəzintidəkinə uyğun formada olan koridor açılır. Bu hissə ailənin otağı olan koridordur.

  Növbəti döngədə isə birdən birə Dany parıldayır və bacılar peyda olur. Bu hissənin Dany-nin otağının yanında baş verməsi təsadüfi deyil ,əlbəttə. Məhz bu anlarda otelin bu hissəsinin aşağısında - böyük zalda Jack ilə Vendy dalaşırlar.

  Kubrick sanki bir neçə səviyyədə inşa etdiyi ssenarisini bir çox subnimal mesajlarla zənginləşdirməklə filmi bir növ 3-səviyyəli şahmat oyununa çevirir.





  Lolita filmindəki ilə eyni bucaqlı maşın çəkilişi, mətbəxdəki söhbət zamanı Dany-nin başının üstündəki bıçaqlar... Kubrick qəribə bucaqları məharətlə bizə göstərirdi.




  


ROMANDAKI DƏYİŞİKLİKLƏR

  Kubrick-in qəribə bucaq anlayışı və fərqli çərçivələri bizə göstərməyi həmçinin Stephen King-in orijinal romanı ilə filmi arasındakı fərqləri bizə göstərmək idi. Filmdəki bir neçə vacib məqama diqqət etsək, nə demək istədiyini daha aydın başa düşə bilərik.

  Ən vacib məsələlərdən biri Apollo filmi ilə əlaqədardır. Kubrick-in 2001: A Space Odyssey filminin çəkilişlərində Apollo - Aya eniş səhnələrindəki real kadrlardan istifadə etdiyi, həmçinin bəzi hissələrdə dekorasiyanın məhz Kubrick-in istədiyi formada verilməsi dövrün məşhur şayiələrindən idi.

  Kubrick-in saxta görüntülərdən istifadə etdiyinə görə sonradan həmişə peşman olması, Odyssey filmində profesionalların anlaya biləcəyi xırda görüntü səhvləri həmin dövr üçün rejissorun əhvalını pozan hadisələr idi.

  Shining-də bizə Kubrick-in çatdırmaq istədiyi isə saxta Apollo görüntülərinin hansısa naməlum səbəbə görə məcburən istifadə edildiyi idi. Filmdə romanla ziddiyət təşkil edən bir çox yerdə bunu hiss edə bilərik.

  Filmin 58-ci dəqiqəsində o möhtəşəm səhnəni görürük. Oyuncaqlarıyla oynayan Dany-ə tərəf top gəlir. Dany ayağa qalxır və... Geyindiyi jaketin üstündə səmaya qalxan bir Apollo 11 raketi görünür.


  Film boyu Jack-in Vendy-ə dediyi sözləri xatırlayaq: "Vendy, bu hərəkəti ancaq səndən gözləmək olar!", "İş verənlərimə qarşı məsuliyyətli olmalıyam!", "Sözləşmənin nə demək olduğunu anlayırsan?!", "Necə bir sözləşmədir bilirsənmi?!". Bütün bunlar sanki Kubrick-in öz-özünə qarşı peşmanlığını, deyə bilmədiyi sözləri Jack və Shining vasitəsilə söyləməsi idi.

  Kubrick romanda 217 olan otaq nömrəsini filmdə 237 olaraq dəyişmişdi. Rejissor bunu otel rəhbərliyinin xahişinə görə etdiyini açıqlamışdı. Belə ki, oteldə həqiqətən 217 nömrəli otaq var idi və filmin nümayişindən sonra orada qalan müştərilər narahat ola bilərdilər. Buna görə nömrə oteldə olmayan bir otaq olan 237 şəklində dəyişdirilmişdi. 

  Bu isə tamamilə yalan idi.




Ardı Növbəti Hissədə...

1-ci hissəyə keç
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder