Stanley Kubrick-in Shining Filmi Haqqinda Bilmediklerimiz. (1-ci hissə)






Shining filminə baxmazdan əvvəl Kubrikin qorxu janrında
çəkdiyi bir filminə baxacağını düşünürsən. Film başlayır, 144 dəqiqə baxırsan və film səni 'qorxutmur'.


 Qorxutmayan bir qorxu filmi cəlbedici səslənmir. Filmə ilk dəfə baxan ,demək olar ki, heç kim ona nəyin və ya nələrin çatdırılmaq istədiyini anlamır.

  Yalnız ətraflı araşdırmalar, baxılan sənədli filmlər, onlarla oxunmuş məqalədən sonra alman-yəhudi soyqırımından tutmuş kütləvi hindu qırğını, hətta reinkarnasiya məsələlərinə qədər gizli və aşkar onlarla fakt bir səhnəyə sığdırılmış inanılmaz işarələr başa düşülə bilir.

  Bu qısa müddətə bu qədər informasiya, simvol, tarixi fakt və şəxsi münasibətlər necə yerləşdirilə bilərdi? Kubrik bunu etdi. Həm də elə etdi ki, onun qarşısında acizliyimizi üzümüzə vurarcasına...

  Vasvası araşdırmalarımız və sonda mənbəsini göstərəcəyimiz informasiyalar ilə sizi Kubrick-i və Shining-i ,qismən də olsa, anlamağa dəvət edirik.




 Film Avropadakı premyerasından əvvəl yaxşı piyar kampaniyaları ilə kifayət qədər yaxşı tanıdılmışdı. Filmin əsas devizi isə belə idi: "Amerikanı bütövlüklə bürüyən dəhşət." Əgər bu sözləri Kubrik seçmişdisə, burada təsadüfiliyə yer yox idi. Bu da bizi daha diqqətli olmağa vadar edirdi. 

  Bu dəhşət yerli hindularla bağlı idi. Yemek anbarında olanda Danny-nin Dick-ə baxdığı səhnəni xatırlayaq.



  Calumet? Dick-in arxasında həmin yerə aid olmadığı aydınca görünən Calumet markalı qabartma tozunu görürük. Qutunun üzərində isə nə təsadüf hindu şəkli var. Calumet sözünü araşdırsaq, bunun hindu tayfaları dilində sülh çubuğu mənasında olduğunu görərik. Əslində o çubuğu da görürdük.



  Kubrik yaxşı görməyimiz üçün bunları nəhəng formada göstərirdi. Daim sülhə can atan hindular... Bəs filmdə bir hindu tayfa başçısı şəklini də görürük, desəm?



  Qeyri-reallıqları, anormallıqları adi, rutin kimi təsvir etməyi sevən Kubrik. İkinci dəfə bu qabartma tozlarını daha maraqlı formada görürük.



  Jack-in arxasında hər biri fərqli formada qoyulmuş 5 Camulet qutusu. Heç birində yazı tam oxunmur, bir birilərini tamamlayırlar. Kubrik belə mesajları sevirdi. Heç bir vaxt məqsədinə nail olmamış, daim pozulan sülh çubuğu müqavilələrinə işarə idi bu. Bu qutuları ehtiyatla yerləşdirərkən çəkilmiş Kubrik şəkillərinin də olduğu şayələri var idi.

  Kubrik həmişə filmini anlaşılmaz sonluqla bitirirdi. Beləcə beyni suallarla dolan tamaşaçı bu qəribə və bir o qədər də heyrətamiz işarələri başa düşə bilməyəcəkdi. Ən azı ilk səfərdə...

  Yəhudi soyqırımı? Bunun filmlə nə əlaqəsi ola bilərdi? Kubrik yenə də şüuraltımızı məşğul edir. Filmdə Jack-ın romanını yazdığı makina. Olduqca adi qəbul edilə biləcək bu makina alman istehsalı idi. ABŞ-da - dünyanın ən çox növdə makina istehsal edən ölkəsində Kubrik məhz bir alman makinasını istifadə edirdi.



  Kubrikin filmində əşyalar, rənglər və musiqi təsadüfi ola bilməzdi. Elə bunu düşünəndə filmdə gizlicə bizə göstərilən 42 rəqəmlərini sezirik.



  Məqalənin davamında bu 42 rəqəmlərini daha çox sayda görəcəyik. Əgər tarixi azdan çoxdan biliriksə, bir alman makinası ilə 42 rəqəminin əlaqəsini asanca qura bilərik. Adolf Hitler 1942-ci ildə yəhudilərin kütləvi qırğınına başlayır. Bu tarix alman və yəhudi tarixi üçün ən qara tarixlərdən biridir. Makinaya daha diqqətlə baxaq.



  Aydınca oxunan ADLER yazısını və qartal simvolunu görürük (Adler alman dilində qartal deməkdir). Bu nasist Almaniyası üçün çox vacib olan dövlət əhəmiyyətli rəmzlərdən idi. Bəli, Kubrik açıqca nasistlərə işarə edirdi.


  
  Və biz nasistlərin simvolu olan bu qartalı təkcə bir dəfə görmürük.


  
  Vendy-nin əlaqə saxladığı səhnədə pəncərənin qabağında bir qartal suveneri var.



  Həmin qartal Jack-in köynəyində də görünür.

  Kubrik böyük ehtimalla Raul Hilberg-in "Avropa yəhudilərinin yox edilməsi" kitabını oxumuşdu. Kitabda başlıca mövzu öldürmə vasitələrindən istifadə idi. Dövlət işlərinin necə həll edilməsi və makinaların bu işdəki əhəmiyyəti barədə kitabda olduqca böyük həcmli yazılar var idi (Bu motivləri Spielberg-in Schindler's List filmində də görə bilərik). Kubrik makina və 42-ləri ilə bunu qabardırdı.

  Daha maraqlısı Kubrik-in bu məsələlər haqqında kitabın yazıçısı Hilberg-lə danışması idi. Diqqətli olsaq, film boyu makinanın rəngini dəyişdiyini də görə bilərik.



  Sizcə, bu səhnədə normal olmayan nədir?



  Televizorun hər hansı bir yerdən elektrikə qoşulduğunu görmürük. Bəs burada? Bu daha maraqlıdır...



  3 nəfərlik bir ailə cəmi bir neçə aylıq səfər edir. Gətirdikləri çamadanlara fikir verək. Az qala, bir maşın böyüklüyündədir və hələ də daşınmaqda olan başqa əşyaları da görəcəyik. Bu qeyri reallıqlar nə səbəbə idi? Digər qəribə səhnəyə baxaq.




  Bu səhnələr 1 saniyəlik aralarla filmdən çəkilib. Yuxarıdakı şəkildə yola çıxan 4 nəfərə doğru gələn maşını görürük. Maşın toqquşma məsafəsindədir və bir neçə saniyə sonra toqquşacaqlar. O anda səhnə kəsilir, növbəti ikinci şəkildəki epizodu görürük.

  Bütün bu müəmmalar niyə idi? Filmi süni "maraqlılaşdırmaq" cəhdi olmadığı dəqiq idi - bu Kubrikdir. Bəlkə, sadəcə filmin anlaşılmazlığını tamaşaçıya göstərirdi. Bəlkə də, göstərdiyi ilə göstərmək istədiyinin təzadını...


ÜMUMİ BAXIŞ

  Kubrik ,bəlkə də, bezmişdi. Ardıcıl möhtəşəm filmlər... Film dünyasında bir kinematoqrafın əldə edə biləcəyi hərşeyi əldə etmişdi. Bu qədər şedevrləri qısa müddətdə çəkən bir nəfərdən danışırıq. O artıq dünyanın mərkəzində idi. 

 Bezmişdi. Bu məqamda uzun və keşməkeşli çəkilişlərdən sonra Barry Lyndon filmini ərsəyə gətirdi. Film möhtəşəm işıq effektləri, makyajı, kostyumları, dialoqları - qısaca, hərşeyi ilə möhtəşəm idi. Ancaq sıxıcı idi. Kubrik filmi bezmiş bir adamın çəkdiyini açıq göstərirdi bizə. Bunu filmi diqqətlə izləyib başa düşə bilərik. Kubrik hətta bu səviyyələrdə İQ mesajları verə bilirdi (İQ-sü 200+ idi).


  Yeni nəsə etməli idi. Heç kimin etmədiyi bu vaxta qədər olmayan bir şey. Şüuraltı hakimiyyət... Barry Lyndon filmindən sonra Kubrik diqqətdən kənara çəkilir. Uzun müddətli araşdırmalar, oxuduğu "Şüuraltı aydınlaşdırma" kitabı və keçən əsrin ortaları üçün yeni-yeni yaranmaqda olan reklam üsullarını öyrənir.

  Bu reklam üsulları satmaq istədikləri məhsulların içinə gizli və professionalca yerləşdirilmiş işarələrlə zehnimizə qazınacaq fikirlərdən istifadə etmək idi. Bu məqsədlə ,adətən, cinsi aktivlik bildirən simvollardan istifadə edilirdi. Kubrik bu işi bilən reklamçılarla görüşdü. Onlarla yeni kitablar oxumağa başladı və axtardığı orijinallığı nəhayət tapdı.

Kubrik üsulları və simvolları yaxşı mənimsədi. Şüuraltımıza nüfuz edə biləcəyi ən yaxşı metodun seksuallıqla bağlı subnimal mesajlar olduğunu bilirdi. Shining-də də bunu etdi. Film başdan sona olduqca narahatedici hədlərə də çatan seksuallıq tərkibli mesajlarla doludur. Bunlardan maraqlı birinə baxaq.



  Filmin əvvəlində Jack otel müdürü Ullman ilə görüşməyə gəlir. Diqqətlə baxsaq, əl sıxışdıqları səhnədə Ullman masanın üstündəki sənəd yığınına toxunur. Həmin anda 3-4 saniyəlik Ullman-da peyda olan cinsi orqanı görə bilərik. Bu gülməli, bir o qədər də şüuraltı təsirli məqamlardan idi.
Kubrikin filmdə bu tipli onlarla "zarafatı" var. Bunların bəziləri olduqca narahatedicidir.

  Bu məqamı tutmaq isə olduqca çətindir. Bunun üçün ən azı Kubrikin film çəkildiyi ərəfədə necə göründüyünü bilməlisiz. Açılış səhnəsində Rejissor: Stanley Kubrick yazısı ekrandan çıxdı anda sol tərəfdəki bulud yığınına diqqət edək.



  Bunu anlamaq olduqca çətindir. Həmin buludlar Kubrik-in simasını əmələ gətirirdi. Qarışıq saçları, saqqalı, gözləri... Və bu kadr məhz adı ilə yanbayan görünürdü.

  Bir çox filmdə 2 səhnə arası keçidlərdə paralel kadr dəyişməsini müşahidə etmişik. Yəni əvvəlki səhnə yavaş-yavaş solğunlaşır, yeni gələn səhnə onun yerini alır. Bu keçidləri Shining-də də çox görürük. Kubrik bu keçidlərin dəyişmə zamanını standartdan çox edir. Bunun səbəbi, belə keçidlərin çoxunda 2 fərqli kadr arasındakı əlaqəni tamaşaçıya göstərməkdir. Bu səhnəyə diqqət edək.



  Otelin çöldən görüntüsünü göstərən səhnəyə baxaq. Sonrakı səhnədə otelin içi göstərilir. Bu zaman içəridə yeri silən işçinin çöldəki otları biçən dev kimi göründüyünü, içəridəki nərdivanın isə otelin üçbucaq başlığı ilə eyni mövqedə qalacağını görəcəyik.

  Filmin bir hissəsi ABŞ-da həqiqi oteldə, bir hissəsi isə Kubrick-in İngiltərədə tikdirdiyi həmin otelin kopiyasında çəkilmişdi. Burada film boyu bizə sezdirilməməyə çalışılan gizli məqam 2 otelin xarici görünüşlərinin eyni olmaması idi. Kubrik bunu qəsdən edirdi. İngiltərədə tikdirilən otel ABŞ-dakı otelin arxa və ön tərəflərinin kombinasiyası şəklində idi.



Kubrik bu tipli cəhdlərlə insanları devə bənzədir, oteli gah nəhəng, gah daha kiçik formada təsvirdə göstərir. Bütün bunlar mühakimə qabiliyyətimizi və şüurumuzun bu tipli qeyri-normallıqlara necə reaksiya verəcəyini öyrənir.

  Az öncəki səhnənin davamına baxaq.




  Əvvəlcə, qatlanmış çarpayını aparan işçi görürük. Onun arxasınca stol aparan digər işçi və stul aparan başqa bir işçi də görünəcək. İşçilər bu yüngül əşyalarla hara gedirlər? 

  Ullman və Bill Jack-lə danışmağa gələndə 2 qadınla rastlaşır. Qadınlar yollarına davam edərkən sadəcə 1 saniyəliyə onlardan birinin arxasında 13 yazısı olan paltar geyindiyini görürük.



  Müdür Jack-ə çatanda Jack sendviç yeyir və əlində bir jurnal var. Jurnalı kresloya atmazdan əvvəl qəsdən 1 saniyəlik jurnalın üz qabığı bizə göstərilir. Bu Playgirl jurnalı idi. Yeni qəbul olunduğunuz işdə ilk gününüzdür və müdürün qarşısında erotik tərkibli Playgirl jurnalını oxuyursuz.



  Üz qabığında yeni ilə hazırlaşan insanları görürük. Ən maraqlı məqam üz qabığındakı məqalə başlıqlarından biridir. İncest (ensenst) (qohumlar arasındakı cinsi əlaqə) başlığı bizi filmin əvvəli barədə düşünməyə vadar edir. Onda biz balaca Danny-nin atası tərəfindən fiziki şiddətə məruz qaldığını öyrənmişdik. Həmin vaxtlar içkidən də çox istifadə edən Jack-in bu istismarının əslində cinsi yöndən olduğuna bir işarə görürük. Sadəcə adi bir səhnədə belə bu qədər iç-içə və əlaqəli mesajlar...



  Bu səhnədən sonra Ullman-la Torrence-lar birlikdə Kolorado lobisinə girəndə köhnə səhnədəki çamadan yığını ilə yeni səhnədəki turistlərin tam eyni formada dayandığını görürük. Bu olduqca mənalı bir şəkildə yəhudi soyqırımına işarə idi. Dövrə aid filmlərdə sürgün edilən yəhudilərin şəxsi çamadanlarının necə qalaqlar şəklində yığıldığını görmüşük. Çamadanlara qarışan insanlar toplusu... Bu qətiyyən təsadüf deyildi, Kubrik bu tipli çarpaz uyğunluqları film boyu bizə göstərir.

  Pəncərə... Ullman-ın ofisindəki pəncərə. Kubrik filmlərində həmişə real olmayanı adi kimi göstərir. Buna görə də adi tamaşaçı baxışı ilə incə məqamları sezmək olmur. Bəlkə də, görürük, amma qəribəliyi hiss etmirik.

  Məsələn, filmin sonlarındakı mavi dəhlizdə olan insan skeletləri. Film boyu bu tipdə bir səhnə görəcəyimizi düşündürəcək heç nə olmamışdı. Bu yenə Kubrick-in bir kinayəsi idi.



  Filmi izləyən hamı ,yəqin ki, bu sualı özünə vermişdi. Niyə bu tipik qorxu filmi mənzərəsini görürük? Bu Kubrick-dən cavab idi. Ondan adi qorxu filmi gözləyənlərə verdiyi kinayəli cavab. Digər səhnədə birdən birə əsrarəngiz qırmızı koridora gedirik.



  Əvvəlki səhnənin adiliyi bu səhnənin qəribəliyinə diqqət çəkmək üçün idi sanki...

  Qayıdaq pəncərə səhnəsinə. Jack müdürlə görüşmək üçün ofisə gedir. Kubrik bu səhnədə geniş baxış bucağı ilə otelin digər hissələrini də həmçinin göstərir bizə. Dizaynı başa düşməyimizi istəyir. 



  Jack-in ofisə girməzdən əvvəl nə qədər yeridiyini bilmirik. Amma təxmini başa düşürük ki, bu ofis otelin ortalarında bir yerdədir. Bu fraqmentdə ofisdən sonra daha bir koridor olduğunu da görürük. Jack balaca otaqdan keçib müdürün xudmani ofisinə daxil olur.



  Bu otaqda bir pəncərə var. Olduqca güclü bir pəncərə. İçərini işıqlandıran əzəmətli bir varlıq kimi. Çöldən görünən ağaclar onu daha real və hakim mövqedə göstərir. Amma nə isə düzgün deyil. Bu pəncərə orada ola bilməz. Fiziki cəhətdən mümkün deyil bu.

  Son səhnələrdə Vendy oteldə koridorlarda qaçarkən, Dick-in meyidini gördüyü yer bu ofisin arxasındakı koridor idi.



  Fiziki olaraq bayıra çıxışı olan bir pəncərə o otaqda ola bilməzdi. Daha sonra otelin dizaynını tam başa düşdükdə görürük ki, bu otaq məhz elə otelin mərkəzi hissəsində idi.



  Sırayla ofis, pəncərə, 1-ci zal, 2-ci zal, pilləkanlar işarə olunub. Qeyri-mümkün pəncərə... Təzadlar Kubrick-in fikirlərini açır və gizlədir.

  Jack-in makinada yazdığı, Vendy-nin onu narahat etdiyi səhnəyə gedək.



  Jack-in arxasındakı stul və jurnalnini görürük. Kubrik əhatə dərinliyindən həmişə istifadə edirdi. Arxa planı geniş saxlayıb bizə göstərmək istədiyi obyektləri boşluqlara yerləşdirirdi.




  Daha sonra Vendy hava haqqında nə isə deyir və kamera yenidən Jack-ə qayıdanda arxada heç nə görmürük. Bu sadəcə yumordur. Bir dahinin yumoru. Kubrik qorxu filmlərinə lağ edirdi. Shining-in qorxu filmi olmadığını anlayanlara açıq-aşkar göstərirdi. Bu qədər mürəkkəb subnimalizm bir filmdə...

  Oxşar mesajı daha mənalı digər bir səhnədə görürük. Danny hamamda dişlərini fırçalayarkən, qan fışqıran kabusu görməmişdən əvvəl kamera yavaş-yavaş ona yaxınlaşır. Bu zaman uşaq otaqları üçün normal olan cizgi film qəhrəmanlarıyla dolu qapını görürük.



   Ən sonuncu, rahatlıqla görünən. 7 cücələrdən olan personaj. Daha diqqətli olsaq, bunun yatağan olduğunu görərik. Daha sonra özündən gedən Danny-nin yanına həkim çağrılır. Həkimlə Vendy-nin qapıdan çıxdığı ana fikir verək.


  Yatağan harasa gedib. Kubrik bu dəfə daha dərin işarə göstərir. Bu Danny-nin artıq agah olduğunun mesajı idi. O oyanmışdı. Yatağan ona görə getmişdi. Danny olacaqları hiss edə bilirdi.






Ardı Növbəti Hissədə...




Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder