Olduqca maraqla qarşılanan ilk Clash of Clans məqaləmizdən sonra bu səfər daxili komponentlərdən istifadə ilə bağlı 2-ci məqaləmizi yazmağa qərar verdik. Həmçinin sonda keyfiyyətli hesab etdiyimiz 30-dan çox dizaynı sizlərə təqdim edəcəyik.
Ayrı-ayrılıqda hər bir bölməni araşdıracağımız maraqlı və vacib məqaləmizlə tanış olun.
BƏLƏDİYYƏ BİNASI
Bələdiyyə binası kəndin əsas mərkəzidir. Növbəti əlavələri almaq və kəndin böyüməsi üçün bələdiyyə binasının yüksəldilməsi mütləqdir.
Hal-hazırda komponentin maksimumu 10-cu səviyyədir. Etdiyiniz hücumlarda düşmənin B.B-nı dağıtmaq minimum 1 ulduzu təmin edir.
Əgər xəzinənizi qorumaq istəyirsizsə B.B-nı divarlardan kənarda qoymaq daha məqsədəuyğundur.
MÜDAFİYƏ QURĞULARI
Top
Yerdən gələn düşmən üçün müdafiə qurğusudur.
İstənilən dizaynda mərkəzə çox yaxın olmamaqla divarların daxilində kənara yaxın olmağı məqsədəuyğundur.
Oxçu Qülləsi
Həm yerdən həm havadan hücumlarda müdafiə edir.
Yerləşmə qaydası toplarda olduğu kimidir.
B.B kənara qoyulduqda arxasında oxçu qülləsi olması daha yaxşı olar.
Mortar
Yerdən hücumlarda ən effektli müdafiə silahı.
Mərkəzə ən yaxın yerləşdirilməlidir.
Yanında hava müdafiəsi olmağı məqsədəuyğundur.
Sehirbaz Qülləsi
Həm yerdən həm havadan hücumlarda müdafiə edir.
Əsas üstünlüyü bir cəhddə çoxlu əsgərə zərər verməsidir.
Çox kənarlarda olması məqsədəuyğun deyil.
Hava Müdafiəsi
Hava hücumundan müdafiədə ən effektiv silahdır.
Mərkəzə yaxın, mortarların yanında yerləşməyi məqsədəuyğundur.
Gizli Tesla
Radiusuna düşmən əsgəri düşəndə peyda olur.
Yuxarı səviyyələrdə çox daha effektivdir.
B.B kənarda olduqda arxasında yerləşdirmək məqsədəuyğundur.
X Topu
Ən intensiv atəş açan müdafiə silahıdır.
9-cu səviyyə B.B olanda kilidi açılır.
Həm hava həm yer müdafiəsində 11 kv. sadəcə yer müdafiəsində 14 kv. radiusda qoruyur.
Cəhənnəm Qülləsi
Ən bahalı və effektli müdafiə silahıdır.
10-cu səviyyə B.B olduqda kilidi açılır.
Bir dəfəyə tək və çoxlu hədəfləri tuşlaya bilir.
Mərkəzə yaxın olması vacibdir.
Divarlar
Düşmən hücumlarını ləngitmək üçündür.
Divarlardan istifadə ilə labirint formasında dizaynlar daha məqsədəuyğundur.
11-ci səviyyədə elektrik də əlavə etmək olur.
Klan
Kəndi qorumaq, həmçinin hücumlara əlavə qüvvə aparmaq üçün əsgərlərin yığıldığı yerdir.
Klan döyüşlərində qazanılmış qəniməti də toplaya bilir.
Radiusu mortardakı qədərdir, mərkəzə yaxın olması vacibdir.
Gizli Tələlər
Normalda görünməyən, düşmən yaxınlaşanda aktiv vəziyyətə keçən qurğulardır.
ƏSGƏRLƏR
Barbar
İlk açılan əsgər növüdür. Ən ucuzdur.
Ən yaxın mövqeyə hücum edir.
Oxçu
2-ci səviyyədə açılır. Divarları aşmadan ox ata bilirlər.
Ən yaxın mövqeyə hücum edir.
Div
3-cü səviyyədə açılır. 5 əsgər həcmindədir.
Yalnız müdafiə qurğularına hücum edir.
Qoblin
4-cü səviyyədə açılır. Canı ən az olan əsgərdir.
Yalnız xəzinəyə və mədənlərə hücum edir.
Divar Partladıcı
5-ci səviyyədə açılır. 2 əsgər həcmindədir.
Divarların yanında özlərini partladıb əsgərlərə yol açırlar.
Hava Balonu
Havadan hücum əsgərləridir. Divar partladanlar bombalarını havadan atır.
5 əsgər həcmindədir.
Sehirbaz
Yerdən hücumlarda ən effektiv silahlardan birinə malikdir.
4 əsgər həcmindədir. Yüksək səviyyələrdə hücum üçün idealdır.
Mələk
Əsgərlərə əlavə can vermək üçündür.
Düşmən silahları məhv edənə qədər işləyə bilir.
14 əsgər həcmindədir.
Əjdəha
Havadan hücumda ən effektiv qüvvədir.
20 əsgər həcmindədir. Alovla hücum edir.
PEKKA
Yerdən hücumda ən effektiv silahlardandır.
Əsas üstünlüyü yüksək canda olmasıdır.
25 əsgər həcmindədir. Yüksək səviyyələrdə istifadəsi daha məqsədəuyğundur.
Donuz
1-ci səviyyə izbe əsgəridir.
Yer müdafiəsindən qorunmaq üçün məqsədəuyğundur.
2 əsgər həcmindədir.
Donuz Minici
Ən populyar hücum qüvvəsidir.
Birbaşa müdafiə qurğularına hücum edir.
5 əsgər həcmindədir. Əsas üstünlüyü sürətidir.
Baltaçı
Baltayla hücum edir. Can alma gücü yüksəkdir.
Əsas zəifliyi hücum intensivliyinin az olmasıdır.
Çox istifadəsi məqsədəuyğun deyil.
Qolem
Yüksək can alma gücü ilə ən effektiv yerdən hücum qüvvəsidir.
Öləndə 2 yerə bölünür və hücuma davam edir.
Əsas mənfi cəhəti ləng hərəkət etməsidir.
Cadugər
Skeletləri hədəfə yollamaqla hücum edir.
Məhv olana qədər dayanmadan skelet göndərir.
Əsas mənfi cəhəti müdafiə qurğularından çətin qorunmasıdır.
Lavaçı
Son açılan (6-cı) izbe qüvvəsidir.
Ən bahalı qara iksir məaliyyətinə malikdir.
200+ ordularda istifadə edilə bilər.
Barbar Kral
Kəndi qorumaq və hücumlara getmək əsas vəzifəsidir.
40-ci səviyyəyə qədər (qara iksir ilə) artırıla bilir.
B.B kənarda olduqda yaxınlıqda olması daha yaxşıdır.
Oxçu Kraliça
Barbar kralla eyni funksiyalardadır.
Qiymət etibarilə daha bahadır və kilidi daha gec açılır.
Əsgər Yetişdirmə Məntəqələri
Adi və izbe növləri ilə iksirlə və qara iksirlə yetişən əsgərlər əmələ gətirir.
Adi 10, izbe növü 6 ssəviyyəyə qədər açılır.
Əsgər Düşərgəsi
Əsgərlərin toplaşmağı üçündür.
Hər səviyyə artırıldıqda tutumu +5 artır.
Laboratoriya
Əsgərlərin səviyyəsini artırmaq üçündür.
Bütün əsgərlərin səviyyəsi iksirlə artırılır.
XƏZİNƏ
Qızıl Mədəni
Qızıl Xəzinəsi
İksir Mədəni
İksir Xəzinəsi
Qara İksir Sondası
Qara İksir Xəzinəsi
Xəzinələr əsas qorunmalı obyektlərdir.
Mədənlər əsasən kənarda yerləşdirilməlidir.
Mədənlərin intensiv toplanmasi zəruridir.
Sehr Fabriki
Hücum zamanı əlavə üstünlük gətirən sehrlər ixrac edir.
İldırım, dondurma, qəzəbləndirmə, qoruma, divardan atlandırma funksiyaları var.
İksirlə işləyir.
İnşaatçı Otaqları
Kənddəki hər bir komponentin səviyyəsini qaldıran yeganə vasitədir.
Maksimum 5 dənə ola bilər.
DİGƏR
Kristal Mücrüsü
İnşaatları sürətləndirmək üçün olan kristal toplamaq üçündür.
Hər dəfəsində 25 kristal əldə etmək olar.
Əlavələr
Ara-sıra peyda olan bu tipli əlavələri təmizləməklə əlavə XP və kristal toplamaq olar.
Qalxan
1 günlük, 2 günlük, 1 həftəlik qalxan satın almaqla düşmən hücumlarında qoruna bilərsiz.
Bu müddətdə hücum etsəz qalxan itir.
Satınalmalar
İstədikdə kristallarınızı o anki xəzinənin həcminə uyğun formada kristallarla dəyişə bilərsiz.
Bütün komponentlərlə tanış olduqdan sonra 1-ci məqaləyə əlavə olaraq müxtəlif dizayn formalarını sizlərə təqdim edirik:
0 comments:
Yorum Gönder