Alejandro Gonzalez Inarritu Ətraflı Analizi


  Son illərin ən yaxşı rejissorlarından hesab edilən İnarritu 1963-cü il avqustun 15-də Meksikada anadan olmuşdur. Meksika mühitində böyüməsinə baxmayaraq düşüncə tərzi həmişə fərqli yöndə inkişaf edən İnarritu gənc yaşlarında DJ olaraq işləməyə başlayır.



  Qısa müddət ərzinə DJ kimi məşhurlaşan gənc İnarritu-nun diqqəti dövrün filmlərindən yan keçmir. Daim filmlərdə fərqli baxış bucaqları tapmaqla reallıq və təbiilik axtaran İnarritu, nəhayət, rejissor fəaliyyətinə başlayır.


  Rejissorluğa reklam filmləri çəkməklə başlayan İnarritu 1995-ci ildə 32 yaşında 34 dəqiqəlik ilk qısa-metrajlı filmi Detras del Dinero (Pul Arxasında)-u çəkir.


  Növbəti il 44 dəqiqəlik El Timbre (Zəng) qısa-metrajlı filmini çəkir. Kast seçimində daha çox ispan və meksikalı aktyorlara üstünlük verən rejissor 4 il sonra ilk uzun metrajlı filmini çəkəcəkdi. 

                             

  2000-ci ildə, nəhayət, İnarritu özünü rejissor kimi sübut edəcəyi və ona məşhurluq gətirən Amores Perros (Parçalanmış Eşqlər və İtlər) filmini ərsəyə gətirir. Ssenarist dostu Guillermo Arriaga ilə ilk işi olan film növbəti 2 filmlə birlikdə Hollivuda yeni bir ssenari tərzi gətirəcəkdi.


  Ölüm triologiyası da adlandırılan 3 filmin ilki olan Amores Perros-da ssenari 3 müxtəlif - bir-biri ilə əlaqəsiz kimi görünən həyat hekayəsini kəsişdirir. Bu zaman xronologiyanı da qarmaqarışıq vəziyyətə gətirən rejissor filmin diqqətlə izlənməsini tamaşaçıya zəruri edir.

                          

  Amores Perros-da bu 3 fərqli hekayə belədir: 
  Qardaşının həyat yoldaşına aşiq olan və pul yığmaq üçün it döyüşdürən bir gənc ;
  Illər öncə qatil kimi həbs edildikdən sonra ailəsi ilə yenidən birləşməyə can atan bir killer;
  Sevdiyi və sonradan şikəst olacaq qadın üçün ailəsini atan bir reklamçının hekayəsi.


  İlk uzun-metrajlı filmi ilə IMDb Top 250 reytinqində özünə yer tapan rejissor həmçinin bu mükafata namizəd olan ilk meksikalı olmuşdu. Film ilin ən yaxşı xarici dilli filmi nominasiyasında namizəd idi.


  2001-ci ildə ən məşhur qısa-metrajlı filmi Powder Keg-i çəkən İnarritu özünü yenidən təsdiq etməyi bacarır. 7 dəqiqəlik filmdə artıq Hollivud ulduzlarına yer verən rejissor bu filmdə Inside Man filmindən tanıdığımız Cliwe OwenGirl with Dragon Tatoo filmindən tanıdığımız Stellan Skarsgard kimi məşhurlarla işləyir.

            

  2003-cü ildə İnarritu-nun növbəti möhtəşəm filmi 21 Grams (21 Qram) işıq üzü görür. Övladını itirdikdən sonra filmin çəkilişlərinə başlayan rejissor filmi həyat yoldaşına ithaf edir. Yenə ssenarisini Guillermo Arriaga-nın yazdığı film ölüm triologiyasının 2-ci əsəri oldu.


  Artıq Hollivudun öndəgedənləri ilə işləyən İnarritu baş rollarda Sean Penn, Naomi Watts, Benicio Del Toro-nun olduğu filmdə yenidən 3 fərqli hekayəni bizlərə göstərir və onların müəmmalı kəsişmə xətlərini sərgiləyir. Əvvəlki filmlərinə görə xronoloji ardıcıllığın daha mürəkkəb olduğu filmdəki həyat hekayələri belədir:

  Keçmişdə xuliqan olub daha sonra Allahın varlığına inanaraq ailəsi ilə olan bir rahib;
  Ölümünə 1 ay qalan bir professor;
  Qəfil qəza ilə ailəsini itirən bir qadının hekayəsi.


  Bu filmi ilə kamera bucaqlarından necə məharətlə istifadə etdiyini göstərən İnarritu həmçinin cəmiyyətin və insanın özü-özünə edə biləcəyi əziyyəti tam bir dram formasında tamaşaçıya çatdırır.

  Filmdə Naomi Watts baş rola görə, Benicio Del Toro isə köməkçi rola görə Oskara namizəd olur. Filmin IMDb xalı 7,7-dir.

                                

  2006-cı ildə triologiyanın son filmi Babel ərsəyə gəlir. İdeya müəllifi rejissor İnarritu və Arriaga olan filmin ssenarisini yenə Arriaga özü yazır.


  Baş rollarda 2 super ulduz Brad PittCate Blanchett olan film dram yükü sələflərindən geri qalmayan qurğusu ilə möhtəşəmliyini göstərir. Bu dəfəki 3 fərqli hekayə isə belədir:

  Həyat yoldaşı ilə səbəbi filmdə açıqlanmayan səyahətə çıxan gənc bir ata;
  Lal və kar olan yaponiyalı bir məktəbli qız;
  Ərəbistanın susuz düzlərində kimsəsiz yaşayan bir müsəlman ailəsinin hekayəsi.


  Əvvəlki filmlərdə olduğu kimi kastın möhtəşəm ifası filmə dəyər qatan əsas məqamlardan olur. İlk Oskar qazanan İnarritu filmi olan Babel-də mükafatı musiqiyə görə Gustavo Santaolalla qazanır. İlin ən yaxşı filmi, ən yaxşı orijinal ssenari, ən yaxşı rejissor, ən yaxşı montaj, ən yaxşı köməkçi aktrisa nominasiyalarında film Oskara namizəd olur. IMDb xalı 7,5-dir.


  2010-cu ildə İnarritu-nun 4-cü uzun-metrajlı filmi Biutiful işıq üzü görür. İnarritu filmin ssenarisini öz əsəri əsasında səhnəyə uyğunlaşdırır. Ağır dram filmi kimi seçilən əsərdə xronologiya ilə oynamayan İnarritu 148 dəqiqə ərzində ardıcıl hərəkətlər inkişafını bizə göstərir.


  Həyat yoldaşından boşanan, mistik qüvvələrə malik və illeqal yolla ölkəyə işçi qüvvəsi keçirməklə də məşğul olan Uxbal bir gün xərçəng olduğunu öyrənir. Daha sonra cərəyan edən müxtəlif psixoloji və dramatik hadisələr xüsusi kamera üslubu və Javier Bardem-in şedevr ifası ilə filmi mükəmməlləşdirir.

  İlin ən yaxşı xarici dilli filmi və ən yaxşı baş rol aktyoru nominasiyalarında Oskara namizəd olan filmin IMDb xalı 7,5-dir.

          

  Rejissor həmin il məşhur basketbolçu Kobe Bryant-ın da iştirak etdiyi Write the Future (Gələcəyi Yaz) televiziya proqramına rejissorluq edir.


  2011-ci ildə Biutiful filmi haqqında olan hələki ilk və yeganə sənədli filmi Behind Biutiful: Director's Flip Note-u çəkir.

  Növbəti il hələki son qısa-metrajlı filmi olan Naran Ja filmini çəkir.

              

  Nəhayət, 2015-ci ildə ilin ilk günü premyerası olan şah əsəri Birdman (Quş Adam) filmi işıq üzü görür. Ssenarisi, çəkiliş üslubu, oyunçu heyəti və digər hər bir komponenti ilə göz dolduran film tarixin ən yaxşıları sırasına da adını yazdırır.

  
  Film eyni zamanda rejissorun ilk komediya filmi olur. Michael Keaton, Edward Norton, Naomi Watts, Emma Stone, Zach Galifianakis kimi ulduzları bir araya toplayan möhtəşəm əsər əvvəlki məşhurluğunu itirmiş bir aktyorun son çırpınışları və psixoloji mübarizəsini yumoristik və dərin şüuraltı mistika ilə tamaşaçıya çatdırır. Filmin sonunun necə olması isə bizim öhdəmizə buraxılır.




  Birdman ilin ən yaxşı filmi Oskarını aldı. Həmçinin ən yaxşı orijinal ssenari, ən yaxşı operator, ən yaxşı rejissor Oskarlarını da aldı. Grand Budapest Hotel filmi ilə birlikdə ilin ən bol Oskarlı iki filmindən biri oldu. IMDb xalı hal-hazırda 8,1-dir. Amores Perros-dan sonra Top 250-yə düşən 2-ci İnarritu filmi oldu.


  Hal-hazırda son filmi Revenant-ın çəkilişləri davam edir. Filmin premyerası 2016-cı il 15 yanvarda olacaq. Baş rollarda Leonardo DiCaprioTom Hardy olan film macəra və dram janrında olacaq.



ƏLAVƏ

Nike-ın məşhur reklamının rejissoru da İnarritu idi

                             


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder