əvvəlki paylaşımların birində analiz etmişdik. İndi isə rejissorun digər şedevr filmi - Se7en (Yeddi) filmi haqqında maraqlı analizimizlə tanış olun.
Alien3 filmi ilə rejissorluq karyerasına başlayan Fincher, uğurlu olmayan debütdən
sonra ikinci filmi Se7en-i çəkdi. Filmi kriminal-dedektiv temalı filmlər
arasında ən yaxşı hesab etmək olar. Əla montajı ilə seçilən filmdə mənimsənmiş
Fincher üslubuna uyğun orijinal ssenari 127 dəqiqə ərzində bizləri ekrana məhkum
edir. Hal-hazırda IMDb ən yaxşı filmlər siyahısında 22-ci yerdə olan ekran əsərinin
baş rollarında Morgan Freeman, Brad Pitt və Kevin Spacey var.
Qəribə
uyğunluqla baş verən zincirvari qətlləri araşdıran dedektiv Somerset
(Freeman)-lə yeni göndərilmiş köməkçisi Mills (Pitt) görülməmiş bir caniylə
qarşı qarşıya gəlirlər. Finalda isə hər şey ağır sonluqla tamamlanır. Təmkinli
rolu ilə personajını lazımınca canlandıran Freeman-dan əvvəl bu rol üçün AlPaçino düşünülmüşdü. Əslində ssenari də ilk olaraq aktyor və rejissor olan David Cronenberg-ə təklif edilmiş
amma o imtina etmişdi.
Xırdalıqları dəqiqliklə işləyən Fincher,
kinoda gördüyünüz bütün kitabları sıfırdan yazıçılara yazdırdı. Bu 2 ay əlavədən
vaxt apardı və 15.000 dollar xərc çəkildi.
Mills
obrazı üçün Denzel Washington-un çəkilməsinə əminliklə baxılırdı.
Son anda ssenarini incələyən Denzel, bu rolun çox qaranlıq və pis olduğunu
bildirib roldan imtina etdi. Daha sonra Kevin Costner və Nicolas Cage də bu rol üçün düşünülsə
də Brad nəhayi qərar oldu. Pitt 7 milyon dollar məvacib aldı. Filmdəki tərəf
müqabili Gwyneth Paltrow isə elə öz sevgilisi idi.
Full Metal Jacket filmindən tanıdığınız qəddar
komandir personajını canlandıran R. Lee Ermey əvvəlcə John Doe (Spacey) obrazı
üçün düşünülsə də bu rolu Kevin Spacey-in alması ilə o, polis kapitanı rolunu ifa
etdi.
Victor (MacKay) rolu üçün Fincher, 40 kq
cılız bir oğlan axtarırdı. Bu rol üçün kastinqə qoşulan Michael Reid MacKay həmin
vaxt 43 kq idi və rejissor onu çəkməyə razılaşdı. Çəkilişlər başlayanda isə
aktyor artıq 40 kq olmuşdu. Fincher, bu addımı yüksək qiymətləndirdi və təəccübünü
gizlətmədi.
Filmin ssenarisi Andrew Kevin Walker tərəfindən
nə az nə çox 2 ilə yazılmışdı. İlk səhnələrdə diqqətlə baxsaz bütün bina nömrələrinin
7 olduğunu görərsiz. Həmçinin final səhnəsindəki həlledici görüş də saat 7-də
olmuşdu.
Cani John Doe obrazı üçün razılaşılan Kevin
Spacey çəkilişlərdən sadəcə 2 gün əvvəl komandaya qoşulmuşdu. Spacey rejissora
başını keçəl edərmi deyə soruşur. Fincher isə bunu ikisi də etsə edəcəyini
deyir. John Doe obrazının keçəl olmasına səbəb bu mərc idi.
Filmdə Shawshank Redemption filmində də epizodik rolda iştirak
edən Morgan Freeman-ın oğlu Alfonso Freeman-ı barmaq izi mütəxəssisi rolunda
görə bilərik.
Filmdə Mills obrazının qəzaya düşməsi
ssenaridə nəzərdə tutulmamışdı. Yağışlı havada canini tutmaq üçün qaçan Pitt,
yıxılır və qolunu maşının şüşəsi kəsir. Yaranın sağalmağını gözləmək istəməyən
rejissor bu qəzanı sonradan ssenariyə əlavə edir.
Film haqqında maraqlı məqamlardan bəlkədə əsası
böyük ehtimalla ən cani qatil olan John Doe-nin film ərzində heç kimi öldürməyini
görməməyimizdir. Əgər qatilin üzünü rejissor bizə göstərmədən görmək istəyirsizsə
filmin 54 dəqiqə 35-ci saniyəsində şəkil
çəkən jurnalistin elə qatil özü olduğunu görə bilərsiniz.
0 comments:
Yorum Gönder