Blogger Dizayn Qurulması Vol. 1 (Videolu ve Sekilli)


  Bloqumuz üçün etməli olduğumuz bəlkə də ən vacib əməliyyatlar
dizayn qurmaq və bloq əlavələridir. Gözəl dizayn daha böyük kütlələrə xitab edə bilər və bloqunuzu səviyyəli göstərər. Dizayn üçün əsas əməliyyatlar HTML kodlarla bağlıdır. HTML sizi qorxutmasın, bu barədə mükəmməl biliklərə malik olmağınıza ehtiyac yoxdur. Sadə kopiyalama ilə istədiyinizə nail ola bilərsiz.
  İlk olaraq istədiyiniz hansısa əlavəni saytın istədiyiniz yerinə əlavə etməyi öyrənək. Sözü uzatmadan başlayaq!



  Bloq menunuzdan Yerleşim bölməsinə keçirsiz.


  Açılan bölmə saytınız arxa plandakı quruluşudur. Temanıza uyğun olaraq bu bölmələr fərqli ola bilər. Tema əlavə etmək növbəti paylaşımda göstəriləcək. 
  Burada saytın hansı hissəsinə istəyirsizsə oradakı Gadget Ekle sözünə klikləyirsiz.


  Açılan pəncərədə HTML/Java Script bölməsinə klikləyirsiz.


  Burada bizdən əlavə edəcəyimiz gadget üçün başlıq yazmağımızı və əlavənin HTML kodunu yazmağımızı istəyir.


  Əvvəlcədən yapışdırmaq istədiyiniz HTML kod sizdə olmalıdır. Burada misal üçün youtube videosu kodu yapışdırılıb. Bunu necə edəcəyinizi əvvəlki paylaşımların birində göstərmişdik. Burada diqqət etməli olduğunuz əlavənin ölçüsüdür. Bu ölçünü saytınızın müvafiq bölməsinə yaxşı oturmasını təmin etmək üçün height və width (uzun və en) kodlarını dəyişdirməlisiz. İstənilən HTML kodda bunu tapa bilərsiz. Göstərdiyimiz yerdə istədiyiniz rəqəmi yazmaqla əlavənizin ölçüsünü müəyyən edin və yaddaşda saxlayın.


  Gördüyümüz kimi videomuz istədiyimiz yerə istədiyimiz ölçüdə əlavə olundu. Uğurlar!






VİDEOLU İZAHIMIZ

            



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder