, məşhur rejissorların bu janra simpatiyasının olmaması triller janrının hökmünü azaldırdı. Lakin 1991-ci ildə Jonathan Demme-nin çəkdiyi Silence of the Lambs (Quzuların Səssizliyi) filmi nəinki öz janrı üçün şedevr oldu həmçinin tarixin ən yaxşı filmləri siyahısına adını yazdırdı.
Big
Five (Böyük Beşlik) adlanan mükafatı alan 3 filmdən biridir. Böyük Beşlik, ilin
ən yaxşı filmi, ən yaxşı kişi baş rol, ən yaxşı qadın baş rol, ən yaxşı
rejissor və ən yaxşı ssenari nominasiyalarının hamısında mükafata layiq görülən
filmlərə verilir. Digər 2 film isə It Happened One Night (1934) və One Flew Over the Cuckoo's Nest (1975)
filmləridir.
Filmin baş rollarında 2 məşhur sima – Anthony Hopkins və Jodie Foster var. Filmin çəkiliş müddəti olduqca reqyular prinsipdə
keçmişdi. Buna görə də əsas analizlərimiz çəkilişə qədərki dövr ilə əlaqəli
olacaq.
Ssenari ilk dəfə Hopkins-ə göndərildiyində
aktyor hələ oxumamış bunun bir uşaq filmi olduğunu zənn etmişdi. Foster isə
ssenarini oxuyanda dərhal müəlliflik hüquqlarını satın almaq üçün yazıçı Thomas Harris ilə əlaqə saxlayır. Lakin 2 Oskarlı məşhur aktyor Gene Hackman bunu artıq etmişdi.
Əslində Hackman özü Hannibal Lecter (Hopkins) rolunu oynamaq istəyirdi amma bu
filmdən əvvəl çəkildiyi Mississippi Burning qorxu filmində özünü izlədikdən
sonra ardıcıl iki belə filmin onu psixoloji cəhətdən sarsıdacağından çəkinib
bundan imtina etdi.
Hannibal rolu üçün saysız məşhur aktyor - John Hurt, Christopher Lloyd, Dustin Hoffman, Patrick Stewart, Louis Gossett Jr,
Robert Duvall, Jack Nicholson ve Robert De Niro düşünülmüşdü. Həmçinin rejissor
bir müsahibədə demişdi ki, Clarice Starling (Foster) rolü üçün 300-dən çox
aktrisa ona müraciət etmişdi. Nicole Kidman, Andie MacDowell ve Halle Berry
kastinq çəkilişlərində bəyənilmədi. Meg Ryan, Michelle Pfeiffer və Melanie Griffith kimi aktrisalar isə filmi ağır-psixoloji qiymətləndirib roldan imtina
etdi.
Film, ardıcıl 5 həftə US Box Office
siyahısında ilk sırada qalan və premyera həftəsi gəliri xərcini ötən nadir
filmlərdəndir. 2013-cü ildə Argo filmi ən yaxşı film nominasiyasında Oskar alana
kimi triller janrında son 22 ildə bu mükafatı qazanan yeganə film idi.
Ağır təbiəti və ciddi görkmi ilə Hollivudda
xüsusi çəkiyə malik olan Hopkins, çəkilişə qədərki dövrdə rolunu daha yaxşı mənimsəmək
üçün həbsxanaları ziyarət etdi, məhkəmə proseslərində iştirak etdi və onlarla
caninin şəxsi portfelini incələdi. Hopkins, filmdəki qəribə səsi üçün: “Bu,
Truman Capote və Katharine Hepburn`un birləşməsidir” demişdi.
Öz obrazını isə məşhur 2001: A Spacey Odyssey filmindəki yüksək texnologiya məhsulu kompüter HAL-a bənzədirdi. “Hər şeyin onun ətrafında cərəyan etdiyini bilən, olduqca qarmaşıq, son dərəcə ağıllı, son dərəcə məntiqli bir ölüm maşını.” 2001: A Spacey Odyssey filmini izləyənlər bu sözləri daha yaxşı anlayacaq.
Öz obrazını isə məşhur 2001: A Spacey Odyssey filmindəki yüksək texnologiya məhsulu kompüter HAL-a bənzədirdi. “Hər şeyin onun ətrafında cərəyan etdiyini bilən, olduqca qarmaşıq, son dərəcə ağıllı, son dərəcə məntiqli bir ölüm maşını.” 2001: A Spacey Odyssey filmini izləyənlər bu sözləri daha yaxşı anlayacaq.
Filmin afişasına diqqətlə baxsanız böcəyin baş
hissəsində Salvador Dali-nin "In Voluptas Mors" rəsm əsərini görə bilərsiz.
Rəsimdə 7 çılpaq qadın insanın baş skeleteni əmələ gətirən formada dayanırlar.
Filmin ssenarisi Washington Universiteti
kriminoloji professoru Robert Keppel və qatil Ted Bundy arasındakı real münasibətlər
əsas götürülərək yazılmışdı. Hollivudun ən utancaq simalarından biri kimi
tanınan ssenarist Thomas Harris-in bütün Oskar mükafatçılarına sampan şərabı
göndərməsi isə hamını təəccübləndirmişdi.
Filmdə həm də rejissor olan 6 aktyor və
aktrisa iştirak edir: Jodie Foster, Anthony Hopkins, Kasi Lemmons, Roger Corman, Dan Butler, və George A. Romero.
Ekranda cəmi 24 dəqiqə 52 saniyə gördüyümüz
Hopkins isə ən az müddət görünüb Oskar alan 2-ci baş rol ifaçısıdır.
0 comments:
Yorum Gönder