oscar winner etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
oscar winner etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
(Bəzən sağlam düşüncədə qalmağın yeganə
 

Morgan Freeman 1937-ci il 1 iyunda ABŞ-ın Memphis
 

Elə filmlər var ki, mükəmməlliyini bir neçə cümlə
 

Birdman, Interstellar, Whiplash filmləriylə yanaşı ötən ilin
 

Sean Justin Penn 1960-cı il 17 avqustda ABŞ-ın Santa Monica


1995-ci ildə Bryan Singer-in şah əsəri - klassiklərdən olan Usual Suspects
 

1995-ci ildə Hollywoodun ən məşhur aktyorlarından Mel Gibson


 Triller janrı tarix boyu filmlər üçün çox da uğurlu olmayıb. İnandırıcılıqdan məhrum olan səhnələr
Bu yazımızla birlikdə dünya kinematoqrafiyasında
öz sözünü
demiş, böyük ehtimalla bir çoxumuzun izlədiyi məşhur filmlərin analizini edəcəyik. Analizlərimiz təkcə filmi diktə etməklə məhdudlanmır. İzləyənlərin bilmədiyi, izləməyənlərdə isə filmə simpatiya yaradacaq analizlərimiz, şübhəsiz digər yazılardan fərqlənəcək. 
  İlk filmimiz İnception (Başlanğıc) haqqındakı analizimiz ilə tanış olun.



İstedadlı rejissor Kristofer Nolanın ən çox rəğbət görən filmlərindən biri olan Inception (Başlanğıc) filmi son dövrlərdə bilim – qurğu janrının ən yaxşı nümunələrindəndir.Bu janrda ən yaxşılardan olan Nolanın filmi ssenarinin mükəmməlliyi, maraqlı dialoqlar, yüksək keyfiyyətli effektlər, qüsursuz rejissor işçiliyi və əlbəttə ki, möhtəşəm aktyor oyunu ilə kino tarixinin ən yaxşı filmlərindən sayılır. 

  Təsadüfi deyil ki, premyerasından az bir müddət sonra film IMDb`nin Top 250 siyahısında 3-cü yerə qədər qalxmışdır. Hal hazırda isə bu siyahıda 8,8 xal ilə 13-cü yerdə qərarlaşıb.



 Film, bütün bu mükəmməlliyi ilə yanaşı, o qədər mürəkkəbdir ki, nə qədər diqqətlə izləsəniz belə, ilk dəfədən sonra mütləq anlamadığınız məqamlar qalacaq. İnsanı bütünlüklə içinə alan ssenarisi sayəsində filmin axıcılığı insanda heç vaxt bitməsin hissini yaradır. Ssenarisini də özü yazan Nolan, Akademiya mükafatına ən yaxşı orijinal ssenari nominasiyasında namizəd olmuşdur. Hər bir obrazın ayrılıqda mükəmməl işlənib hazırlanması da filmin keyfiyyətini artıran cəhətlərdəndir.



      Filmin ssenarisinə qısaca nəzər yetirək. Dom Cobb qeyri-adi bir işə sahibdir – fikir oğrusu. İnsan beyninin ən həssas və müdafiəsiz olduğu yuxu vaxtında qurbanı ilə eyni yuxunu paylaşır və şüuraltında gizli bir yerdə saxlanan sirlərini oğurlayır. Bu sahədə işinin ən yaxşısı olan Cobbun bu istedadı ona baha başa gəlmişdir : sevimli arvadını itirmiş, daha sonra uşaqlarından və evindən uzun müddət ayrı qalmışdır çünki cinayətkar kimi bütün dünyada axtarılır.



 Tək istədiyi evinə qayıtmaq və uşaqlarının üzünü yenidən görə bilməkdir. Bunun heç cürə mümkün olmadığını düşündüyü bir vaxtda qarşısına bir fürsət çıxır.  Çox güclü insanlar üçün edəcəyi bu iş sayəsində haqqındakı bütün bu fikirlər silinəcək və Amerikaya – evinə qayıda biləcək. Qarşısına qoyulan tələb isə olduqca çətin bir tapşırıqdır. Həmişə etdiyi fikir oğruluğunun əksinə, bir insanın beyninə yeni fikir yerləşdirməlidir. Başqa çarəsi olmadığından işi qəbul edir və ən yaxşılardan ibərət komandasını qurmağa başlayır.



      Filmin bu qədər uğurlu alınmasında aktyorların rolunu gözardı etmək olmaz. Əsas rollarda Leonardo Di Kapriyo, Mariyon Kotillard, Ellen PeycMaykl Kayn, Jozef Qordon LevittTom Hardi kimi ulduzlar çıxış ediblər. Bütün kastı diqqətlə seçən rejissor, əvvəlcə Dom Cobb (Di Kapriyo) rolunu Bred Pitt və Uil Smittə



Ariadne rolunu isə Ellen Peycdən əvvəl Reyçel MekAdams, Emma Roberts, Teylor Svift və Keri Muligen kimi aktyorlara təklif etmişdi.



Bundan əlavə, Keyt Vinsletə də Mal (Kotillard) rolu təklif olunmuşdu amma aktrisa bu rolun onu ifadə etmədiyini səbəb göstərərək təklifi geri çevirmişdi.



 Eyni zamanda, Arthur (Levitt) rolu zamansız ölümündən əvvəl Hes Lecer üçün hazırlanmışdı, daha sonra Nolan, Ceyms Franko ilə bu rol üçün danışıqlar aparmışdı, lakin zamanla ikili arasında yaranan anlaşmazlıqlar səbəbilə aktyor rolu geri çevirdi.



 Bu film Kristofer Nolanın Maykl Kayn ilə işlədiyi 4cü film idi. Ekranda yalnız 3 dəqiqə görünməsinə baxmayaraq, aktyor bu rolla külli miqdarda gəlir əldə etmişdir. 



Həmçinin filmdə rejissor Nolanın kiçik oğlu Magnus Nolan da epizodik rolda çıxış edir.



      Bu filmlə rejissor insan fantaziyasının  hansı hüdudlara qədər gedib çıxa biləcəyini ən yaxşı şəkildə izləyiciyə çatdırır. Yuxular haqqındakı real elmi faktlar, yuxu içində yuxu, yuxu ilə real dünyanı ayırmaq üçün istifadə olunan totemlər, labirintlər, paradokslar, yuxuda zaman anlayışı və s. kimi anlayışlardan ustalıqla istifadə edən rejissor özünəməxsus stili ilə də izləyicini özünə heyran qoyur. Filmin ən iddialı və ən çox bəyənilən səhnələrindən olan qravitasiya səhnəsi fırlanan çarxa bağlı olan nəhəng bir mexanizm içində qurulan otaqda çəkilmişdir.



 Film haqqında digər maraqlı faktlardan biri isə Jozef Qordon Levittin aktyor seçmələrinə gələn zaman geyindiyi kostyumu Nolanın tam olaraq Arthur obrazına uyğun görməsi və aktyorun filmin çox hissəsində həmin kostyumu geyinməsidir. Digər bir maraqlı fakt  filmin əsas obrazlarının adlarının baş hərflərini birləşdirdikdə Dreams (yuxu) sözü əmələ gəlməsidir– Dom, Robert, Eames, Arthur, Mal və Saito. Film ümumilikdə 4 qitədə 6 ölkədə çəkilmişdir.




  İnception filmi 8 nominasiyada Akademiya mükafatına namizəd 
göstərilmiş və 4 nominasiyada Oskar Mükafatını ala bilmişdir. Yalnız texniki nominasiyalarda bu mükafata layiq görülən film, ən yaxşı film və ən yaxşı orijinal ssenari nominasiyalarında da namizəd göstərilmişdir. Bununla belə dahi rejissorun bu vaxta qədər heç vaxt ən yaxşı rejissor nominasiyasında Oscar mükafatına namizəd belə göstərilməməsi ona edilən haqsızlıq kimi qiymətləndirilir.
  Filmin ən maraqlı bir neçə səhnəsi:

QRAVİTASİYA SƏHNƏSİNİN ÇƏKİLİŞLƏRİ
       


QRAVİTASİYA SƏHNƏSİ
                   

SU SƏHNƏSİ