ən çox səs gətirən filmlərindən biri də Grand Budapest Hotel oldu. Bənzərsiz üslubu ilə Wes Anderson-un şah əsəri kimi qiymətləndirə biləcəyimiz film ssenarisi, dekorasiyası, maraqlı personajları, axıcı süjet və əlbəttə ki, ulduzlarla dolu aktyor heyəti ilə 100 dəqiqəlik sənət əsəridir. Anderson nəhayət bu filmi ilə öz üslubunu bütünüylə sərgilədi və dünya miqyasında məşhurluq qazandı.
9 nominasiyada Oskara namizəd olan Grand Budapest Hotel kostyum, makiyaj, musiqi və dekorasiya nominasiyalarında mükafatı qazanır (Wes-in Oskar qazanan ilk filmi olur). Ssenarisi və operator işi ilə də mükəmməl olan film hər iki mükafatı daha mükəmməl Birdman filminə uduzur. Anderson-un ən böyük büdcəli filmi olan Grand Budapest Hotel 175 milyon dollar gəliri ilə həm də ən çox gəlir gətirən olur. 361 min səs əsasında 8,1 IMDb xalı olan film 48 tənqidçidən 88 Metascore xalı toplayır.
Filmlərində kiçik detallara verdiyi əhəmiyyət, simmetriya xəstəliyi, rənglərinin ahəngi ilə tanınan Wes Anderson bu filmdə də ənənəni pozmur. Rejissor filmə daha rahat uyğunlaşmaq üçün aktyorlar və çəkiliş heyətinin sona qədər həmin oteldə qalmağını istəyir. Hətta otelin öz işçiləri də filmin həmin müddətdə filmin geyimlərini geyinirdi, onların bəzilərini filmdə də görürük. Qeyd edək ki, filmdəki otel Almaniyadakı Görlitz oteli idi. Ümumiyyətlə çəkilişlər 3 ölkədə tamamlanmışdı: Almaniya, Polşa və Çexiya.
Anderson 8-ci uzun-metrajlı filmində 7-ci dəfə Hollivudun Oskarsız dahilərindən Bill Murray ilə işləyir. Wes-in olduqca kaprizli və eqolu xarakteri ilə tanınan Murray-ın sevimli rejissoru olması bilinir. Aktyorun baş rolda olduğu ən yaxşı komediya filmlərindən olan The Life Aquatic with Steve Zissou (2004) filmindən daha 4 aktyoru bu filmdə də görürük: Owen Wilson, Willem Dafoe, Jeff Goldblum və Waris Ahluwalia.
Çəkilişlərə qısa müddət qalana qədər əsas personajlardan Gustave-ı Johnny Depp-in oynamağı dəqiqləşmişdi. Lakin sonradan Anderson ilə olan anlaşılmazlıqlar rolu yaxşı ki, Ralph Fiennes-ə gətirir.
Filmdə ilk baxışdan tanınması çətin olan Oskarlı Tilda Swinton-u Madame D. obrazında görürük. Bəlkə də bu obrazdakı usta makiyaj işi müvafiq Oskarı filmə qazandırmışdı. Filmdə qısa müddət gördüyümüz Tilda saatlarla makiyaj olunurdu. Anderson bu barədə filmdən sonra maraqlı açıqlama edir: "Filmlərimin büdcəsi adətən aşağı olur və buna görə bəzi xırda detallara pul ayıra bilmirik. Bu Grand Budapest Hotel-də də belə idi. Mən ancaq Tilda-nın makiyajının ən bahalı olmasına icazə vermişdim." Qeyd edək ki, aktrisadan əvvəl 90 yaşlı Angela Lansbury rol üçün düşünülürdü. Lakin onun teatr səhnəsindəki çıxışları filmdən imtina etməsinə səbəb olur.
Hekayəsini bizə danışan F.Murray Abraham-ın oynadığı Mr. Moustafa personajı rejissorun böyük fanatı olduğu yazıçı-professor Harold Jaffe-yə bənzədilmişdi.
Anderson-un bəzi xırda momentlərdə başqa filmlərə göndərdiyi mesajlar da diqqət çəkir. Həbsxanadakı Harvey Keitel-in tatuları 1934 istehsalı L'Atalante filmindəki baş qəhrəman Jules-in tatuları ilə demək olar eyni idi. Digər bir səhnədə Willem Dafoe-in vəkilin barmaqlarını kəsdiyini görürük. 9 Oskarlı English Patient (1996) filmində Dafoe-nin obrazı David-in baş barmağı kəsilmişdi.
Bunlarla yanaşı Agatha Christie əsərlərinə heyran olduğu bilinən Anderson bəzi nüanslarda yazıçıya işarə edir. Bunlardan ən barizi Saoirse Ronan-ın personajının Agatha olması idi. Həmçinin yazıçının 4:50 from Paddington əsərindən motivləri filmdə görə bilərik. Agatha-nın sifətindəki doğum ləkəsinin Meksikanın xəritədə görünümü formasında olması da maraqlı məqamlardandır.
Grand Budapest Hotel-də qəzet gördüyümüz bütün səhnələrdə öyrənilmişin əksinə oradakı bütün informasiyalar tam təfsilatı ilə verilirdi və həqiqətən olmuş hadisələr idi. Filmdə adı keçən Zubrowka Respublikası əslində Polşa istehsalı məşhur vodkanın adı idi.
Grand Budapest Hotel 1998-ci il filmi Shakespeare in Love-dan bəri ən yaxşı musiqi Oskarını qazanan ilk komediya filmi idi.
Filmin aktyor heyətində 4 Oskar mükafatçısı (Adrien Brody, Tilda Swinton, Fisher Stevens, F.Murray Abraham) və 11 Oskar namizədi (Bill Murray, Jude Law, Jeff Goldblum, Edward Norton, Owen Wilson, Harvey Keitel, Bob Balaban, Tom Wilkinson, Willem Dafoe, Saoirse Ronan, Ralph Fiennes) var.
Son olaraq qeyd edək ki, filmdə uğrunda mübarizə gedən "Almalı oğlan" tablosu məşhur avstriyalı rəssam Egon Schiele-in əsəri idi.
0 comments:
Yorum Gönder