şəhərində anadan olub. Atası Leo Penn rus yəhudisi rejissor-aktyor, anası Eileen Ryan isə italyan aktrisa olan Sean uşaqlığını məşhur aktyor Martin Sheen-in (Apocalypse Now, Departed) oğulları Charlie Sheen (Platoon) və Emilio Estevez (Breakfast Club) ilə eyni məhəllədə keçirir. Həmişə rejissor olmaq istədiyini söyləyən Penn aldığı "Super 8" model əl kamerası ilə gənclik illərində bir çox qısa film çəkir.
Hüquqşünas olmaq fikrini dəyişdirən Sean Los Angeles-də Repertory teatrında aktyorluq dərsləri almağa başlayır. Artıq 19 yaşından qısa filmlərə və epizodik rollara çəkilməyə başlayan aktyor 1982-ci ildəki 2-ci uzun-metrajlı filmi Fast Times at Ridgemont High-dakı baş rolu ilə diqqətləri cəlb edir.
Orta büdcəli filmlərə çəkilməyə davam edən Penn 1985-ci ildə məşhur müğənni Madonna ilə evlənir. Bu evlilik aktyorun filmlərinin önünə keçir və Penn daha çox Madonna-ya görə tanınır. 1 il sonra cütlüyün çəkildiyi, Beatles-dan George Harrison-un prodüseri olduğu Shanghai Surprise filmi tam olaraq fiyasko ilə nəticələnir. 1989-cu ildə boşanan cütlüyün əsas boşanma səbəbi kimi də bu film göstərilir.
1991-ci ildə rejissorluq karyerasına başlayan Penn ssenarisini özü yazdığı Indian Runner filmini çəkir. Patricia Arquette, David Morse, Viggo Mortensen kimi məşhurların çəkildiyi film çox səs gətirməsə də təndiqçilərdən müsbət rəy alır. Filmin premyerasından sonra artıq filmlərə çəkilməyəcəyini, yalnız rejissor kimi işləyəcəyini açıqlayan Penn-in məhz bu qərarından sonra ən uğurlu ifaları gəlir.
1993-cü ildə Brian De Palma-nın Carlito's Way filmində Al Pacino ilə birlikdə oynayan aktyor ifası ilə Qızıl Qlobusa namizəd olur. 2 il sonra məşhur aktyor Tim Robbins-in rejissoru olduğu 2-ci film Dead Man Walking-də edam məhkumunu canlandıran Penn möhtəşəm ifası ilə ilk Oskar namizədliyini qazanır. 1999-cu ildə Woody Allen-in komediya-musiqi filmi Sweet and Lowdown-dakı ifası ilə növbəti Oskar və Qızıl Qlobus namizədliyini qazanan Sean artıq ən yaxşı baş rol ifaçıları arasında göstərilir.
2000-ci illərin əvvəllərində George Bush hakimiyyətinə qarşı müxalif çıxışları aktyor üçün çətin günlərin başlanğıcı oldu. Həmin dövrdə bəyənilməyən I Am Sam (2001) filmi ilə 3-cü Oskar namizədliyini qazanan Penn-in ifası əksər tənqidçilər üçün filmdəki yeganə uğurlu məqam idi.
Siyasi fikirlərini hər fürsətdə açıqlamaqdan çəkinməyən Penn-in ABŞ-dan deportasiya olunması şayiələri yayıldığı bir dövrdə radikal müxalifətçilərdən dahi aktyor-rejissor Clint Eastwood Penn-ə Mystic River (2003) filmində baş rolu təklif edir. Tim Robbins və Kevin Bacon ilə birlikdə oynayan Penn möhtəşəmliyini bu film ilə tam sübut edir. Kino tarixinin ən yaxşıları arasında göstərilən ifası ilə Oskar və Qızıl Qlobus qazanan Sean eyni il çəkildiyi Inarritu-nun şedevr filmi 21 Grams filmindəki ikonik ifası ilə də yaddaşlarda qalır. Penn hər iki filmə görə BAFTA-ya namizəd olmuşdu.
Sean Penn Mystic River-dəki ifasının aşılmaz olmadığını Gus Van Sant-ın bioqrafik filmi Milk (2008)-dəki Harvey Milk personajı ilə sübut edir. Cinsi azlıqların hüquqlarını mühafizə edən Milk ifası Aronofsky-nin Wrestler filmində Mickey Rourke-un Randy ifasını qabaqlayır və Penn 2-ci Oskarını qazanır.
Özündənrazı və soyuq davranışları ilə tanınan, təbiət vurğunu olan, ən çox siqaret çəkən Hollywood ulduzlarından Penn 1996-cı ildə Forrest Gump filmindən tanıdığımız Qızıl Qlobuslu aktrisa Robin Wright ilə evlənmişdi. 2010-cu ildə boşanan cütlüyün 2 övladı var. Penn hal-hazırda cazibədar aktrisa Charlize Theron ilə birlikdədir. Cütlük ayrılıq xəbərləri ilə daim gündəmdədir.
2002-ci ildə 56.000 dollar xərcləyərək Washington Post qəzetində dövrün ABŞ prezidenti George Bush-un ünvanına açıq məktub dərc etdirən Penn ondan şiddəti dayandırmasını istəyirdi. Hal-hazırda cəmiyyətdən kənarda təbiət qoynunda bir vaqonda yaşadığı deyilən Penn son Oskar mükafatlandırma mərasimində Inarritu-ya yarı-zarafat dediyi söyüş ilə də uzun müddət diqqət mərkəzində olmuşdu.
Jack Nicholson-a baş rol verdiyi Crossing Guard (1995) və Pledge (2001) filmləri ilə rejissor kimi əks-səda doğurmayan Penn hələlik son işi Into the Wild (2007) həm tamaşaçıların, həm də tənqidçilərin müsbət fikirlərini qazanır. Ssenarisi Jon Krakauer-in kitabından uyğunlaşdıran Penn-in təbiət məhəbbətini bu film ilə aşkar görmək olar. Penn hal-hazırda baş rollarında Charlize Theron və Javier Bardem olan The Last Face filmi üzərində çalışır.
Dahi aktyorun ən yaxşı 14 filmini təqdim edirik:
14. Fast Times at Ridgemont High
13. I Am Sam
12. The Interpreter
11. Carlito's Way
10. Casualties of War
9. Sweet and Lowdown
8. The Game
7. The Tree of Life
6. Before Night Falls
5. 21 Grams
4. Dead Man Walking
3. Milk
2. The Thin Red Line
1. Mystic River
0 comments:
Yorum Gönder