David Lynch-in Elephant Man (Fil Adam) Filmi

 

1980-ci ildə Mulholland Drive (2001), Blue Velvet (1986),
Inland Empire (2006) kimi filmlərin rejissoru David Lynch-in şah əsəri sayılan Elephant Man filmi işıq üzü görür. Real hadisələrin mərkəzindəki həkim Frederick Treves-in xatirələri əsasında David Lynch, Christopher De VoreEric Bergren tərəfindən ekranizasiya edilən film nadir dəri və sümük xəstəliyindən əziyyət çəkən Joseph Merrick-in dramını səhnələşdirir.



  8 nominasiyada (ən yaxşı film, baş rol aktyor, rejissor, uyğunlaşdırılmış ssenari, dekorasiya, kostyum, montaj və musiqi) Oskara namizəd olan film Scorsese-in Raging Bull filmi ilə bərabər namizəd olduğu ilin filmi Oskarını Robert Redford-un Ordinary People-na uduzur. 5 milyon dollar büdcə ilə çəkilən Elephant Man çəkildiyi ilə təkcə ABŞ-da 26 milyon dollar gəlir gətirir.



  Elephant Man-a qədər cəmi bir uzun-metrajlı film çəkən Lynch filmin icraçı prodüseri Mel Brooks-un diqqətini cəlb edir. Prodüser Terrence Malick-dən imtina cavabı aldıqdan sonra həmin vaxtlar ev təmiri ilə məşğul olan Lynch-ə təklif göndərir. Brooks-un rejissorun debüt filmi Eraserhead-in fanatı olduğu məlumdur. Qeyd edək ki, satirik üslubu ilə məşhurlaşan prodüser Brooks tamaşaçıların film haqqında fikirlərinə təsir etməmək üçün başlanğıc yazılarda adının yazılmasına icazə vermir.



  Lynch həmçinin filmin musiqi və səs nizamlamalarını da etmişdi. John Hurt-un məşhur makiyajını da özü etmək istəyən rejissor cəhd etsə də bacarmır. Əlavə olaraq qeyd edək ki, film çəkildiyi dövrdə Academy-nin makiyaj kateqoriyası yox idi.



  43 yaşlı Anthony Hopkins filmdə uğurlu ifası ilə seçilənlərdən idi. Açılış səhnəsində Merrick-i ilk görüşündə kövrələn Hopkins bunu özündən etmişdi. Həmin səhnədə üzü görünməyən Merrick-i isə əslində John Hurt oynamırdı. Filmdən 11 il sonra çəkilən Silence of the Lambs filmi üçün Jonathan Demme-nin Doktor Hannibal Lecter roluna Anthony Hopkins-i seçməsinin əsas səbəbi də Frederick Treves obrazı idi. Hopkins özü də Lecter obrazını formalaşdırarkən Treves-dən ilham aldığını söyləmişdi.



  Əsas personajımız Merrick-i isə mükəmməl ifası ilə John Hurt canlandırırdı. 2 il əvvəlki Midnight Express-dən sonra 2-ci Oskar namizədliyini qazanan aktyor çəkilişlərə heyətdən 5 saat əvvəl gəlirdi və 7-8 saata qədər makiyaj edilir, 2 saata isə makiyaj silinirdi. Səbr və dözüm tələb edən bu prosesdə olduqca çətin anlar keçirən aktyor bir dəfə: "Bundan sonra aktyorluq etməyəcəm!" demişdi. Siqaretə olan hərisliyi ilə tanınan Hurt ağır makiyaj səbəbilə uzun müddət siqaret çəkə bilməmişdi və çəkilişlər zamanı olduqca aqressiv görünürdü.





  Filmin ilk 13 dəqiqəsində üzü görünməyən Hurt-un səsini filmin 40-cı dəqiqəsində eşidirik. Personajının əsl adı Joseph Merrick olmasına baxmayaraq filmdə onu John Merrick kimi tanıyırıq. Bu Treves-in kitabında belə yazdığına görə dəyişdirilmişdi. Onun adı niyə dəyişdirməsi isə bugünə qədər bilinmir.

  Filmdə real hadisələrdən kənara çıxma halları bolluca görünür. Merrick-in xəstəliyinin səbəbi anasının filin hücumuna məruz qalması deyildi. Bu həmin vaxt diaqnozu qoyula bilməyən sümük xəstəliyi idi. Merrick 27 yaşında ölənədək xəstəliyin səbəbi müəyyən edilə bilməmişdi. Merrick filmdəki kimi xəstəxanadan qaçırılmamışdı. Ümumiyyətlə o qısa ömrünü olduqca sakit və münaqişəsiz yaşamışdı.



  Merrick-in ölümündən sonra onun skeleti və daxili orqanları qorunub saxlanır. 2-ci dünya müharibə dövründə orqanları xəsarət alsa da məhz real Merrick-in skeletinə uyğun formada filmdəki personajın siması formalaşdırılmışdı.




  

Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder