çəkdiyi There Will Be Blood filmi dram janrının ən yaxşılarındandır. Anderson-un Upton Sinclair-in "Oil!" adlı novellasından səhnəyə uyğunlaşdırdığı film bir mədənçinin neft milyoneri olmaq yolunda amansız mübarizəsindən bəhs edir. Dahi aktyor Daniel Day-Lewis və ondan geri qalmayan ifası ilə istedadlı gənc aktyor Paul Dano ifaları ilə göz doldururlar. Ümumilikdə 8 nominasiyada Oskara namizəd göstərilən film 3 dəfə ən yaxşı aktyor nominasiyasında Oskar qazanmış Day-Lewis-ə bu kateqoriyada 2-ci Oskarını qazandırmaqla yanaşı, ən yaxşı operator nominasiyasında da mükafata layiq görülmüşdür. Rejissorun ən uğurlu əsəri olan There Will Be Blood ümumilikdə 76 milyon dollar gəlir gətirmiş, 8,1 IMDb xalı ilə Top 250 siyasında 175-ci yerdə qərarlaşmışdır. Filmin Metascore xalı isə 92-dir.
Adətən eyni aktyorlarla işləyən rejissor filmində ilk dəfə olaraq bu qaydadan kənara çıxmışdır. Belə ki, təkcə Paul F. Tompkins rejissorun keçmiş filmi olan Magnolia (1999)-da kiçik bir rolda çıxış etmişdi. Qalan aktyor heyəti ilə Paul-un ilk əməkdaşlığı idi. Bu film həm də rejissorun Philip Seymour Hoffman ilə işləmədiyi ilk filmidir. Çox az sayda film təkliflərini qəbul etməsi ilə tanınan aktyor Daniel Day-Lewis Daniel Plainview rolunu rejissorun bundan əvvəlki Punch-Drunk Love (2002) filminin azarkeşi olduğu üçün qəbul edib. Prodüser JoAnne Sellar-ın sözlərinə görə, əgər Day-Lewis rolu qəbul etməsəydi, hətta film çəkilməyə bilərdi.
Aktyor Paul Dano isə əvvəlcə yalnız kiçik personaj Paul Sunday üçün düşünülmüşdü. Paul Sunday-in qardaşı Eli Sunday rolu üçün isə Kel O'Neill qəbul olunmuşdu. Çəkilişlərin başlamasına cəmi 4 gün qalmış Paul Thomas Anderson aktyorların personajlarını dəyişdirərək Paul Danoya daha böyük rolu həvalə edir. Daha sonra isə ümumiyyətlə qardaşların əkiz olmasına qərar verir və hər iki rolu Paul Danoya tapşırır. Beləliklə, Daniel Day-Lewis 1 il boyunca Daniel Plainview roluna hazırlaşır, lakin Paul Danonun isə roluna hazırlaşmaq üçün cəmi 4 günü olur.
Daniel Plainview personajının oğlu HW Plainview-ı canlandıran Dillon Freasier əslində aktyor deyildi. O filmin qərbi Texas-dakı çəkiliş yerinə yaxın bir məktəbdə ibtidai sinif şagirdi idi. Anderson Dillon-un filmdə iştirak etməsi üçün onun anasını razı salmağa çalışırdı. Qadın Daniel-i tanımaq məqsədilə Martin Scorsese-nin Gangs of New York (2002) filmini izləyir. Bu filmdə Day-Lewis "qəssab" ləqəbli cani bir dəstə liderini oynamışdı. Filmdə gördüyü adamla oğlunun birlikdə vaxt keçirməsindən narahat olan qadına rejissor The Age of Innocence (1993) filmini izləməyi məsləhət görür. Bu filmdə Day-Lewis mədəni və nəzakətli bir adamı canlandırırdı. Bu filmi izlədikdən sonra rejissorla razılığa gəlirlər. Filmin sonlarında gənc H.W.-nu canlandıran aktyor Russell Harvard həqiqətdə personajı kimi özü də kar idi.
Filmin çəkilişləri zamanı baş vermiş maraqlı hadisələrdən biri Marfa, Texasda çəkilişlər davam edən müddətdə qonşu ərazidə də Coen-lərin No Country for Old Men (2007) filminin çəkilişləri gedirdi. Bir gün Anderson və onun komandası neft buruğunda yanğının nəticələrini sınaqdan keçirmək istəyərkən, tüstü böyük əraziyə yayılır və digər filmin çəkilişlərinə maneçilik törədir. Coen-lər tüstünün dağılması üçün növbəti günə qədər çəkilişləri saxlamalı olurlar. Qeyd edək ki, bu iki film növbəti Akademiya mükafatları mərasimində ilin filmi Oskarı üçün ən güclü iki namizəd idilər və No Country for Old Men filmi bu mükafata layiq görülmüşdü.
Rejissor bildirmişdi ki, çəkiliş heyəti səhnələrin harada çəkilməsi barədə kifayət qədər azad idi. Bəzən eyni səhnələr müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəfələrlə çəkilir və sonda ən bəyənilən filmə daxil edilirdi. Montaj zamanı hər çərşənbə gecəsi Paul Thomas Anderson və komandası Daniel Plainview zehniyyətini saxlamaq üçün şam yeməyində yalnız bifteks yeyir və vodka içirdilər. Rejissor eyni zamanda bildirmişdi ki, filmin çəkilişlərinə başlamazdan əvvəl hər gecə The Treasure of the Sierra Madre (1948) filmini izləyirdi.
Stanley Kubrick-in böyük pərəstişkarı olan, onun haqqında: "Biz rejissorlar Kubrick-in övladlarıyıq. Onun etməyib də sənin edə biləcəyin nə ola bilər ki?" deyən Anderson bu filmində də dahi rejissora rəğbətini özünəməxsus şəkildə göstərir. Filmin son səhnəsindəki bowling salonu tamamilə Kubrick tərzində dizayn olunmuşdu. Burada istifadə olunan qəribə simmetriya, işıqlandırma, ağ rəngli arxa fon və təhdidkar təsvirlər demək olar ki, A Clockwork Orange (1971) ilə eynidir. Qeyd edək ki, bowling salonunun yerləşdiyi malikanə həyatı bir çox cəhətdənDaniel Plainview ilə oxşarlıq təşkil edən neft milyonçusu Edward L. Doheny-nin oğlu üçün tikdirdiyi malikanə idi.
Filmdə Daniel-in Boston vətəndaşlarına məktəb tikintisi, şəhərə çörək gətirtmək barədə vədlər verdiyi nitqi improvizə idi və rejissor bunu çox bəyənmişdi. Aktyor 2 kiçik səhnə istisna olmaqla filmin hər səhnəsində görünür. O yalnız Eli Sunday üstü palçıqlı vəziyyətdə atası ilə mübahisə edərkən və bir də HW və Mary Sunday-ın toy səhnələrində iştirak etmir. Paul Dano bir müsahibəsində bildirmişdi ki, Elinin Plainview-ı şillələdiyi məşhur kilsə səhnəsi Plainview-ın Eli-ı yerin altına basdırmaqla təhdid edərək döydüyü səhnədən 1 gün sonra çəkilmişdi.
Rejissor Paul Thomas Anderson Entertainment jurnalına müsahibəsində bildirmişdi ki, film çəkilişləri boyu istifadə olunan saxta neft McDonalds restoranlarında şokoladlı südlü kokteyllərə qoyduqları maddələr idi.
Sonda qeyd edək ki, film 2006-cı ildə vəfat etmiş rejissor Robert Altman-ın xatirəsinə həsr olunmuşdur.
0 comments:
Yorum Gönder