Atası Anthony Kidman biokimyaçı və psixoloq, anası Janelle Kidman isə tibb bacısı olan Nicole atasının işinə görə gəldiyi ABŞ-dan 3 yaşında vətəni Avstraliyaya köçür. 10 yaşından dram və balet dərsləri alan Kidman növbəti bir neçə ildə akademik təhsilini teatr səhnəsindəki fəaliyyəti ilə paralel davam etdirir.
17 yaşı olanda anasına xərçəng diaqnozu qoyulan Nicole üçün həmin illər çətin keçir. Buna baxmayaraq artıq seriallarda və orta səviyyəli filmlərdə kiçik rollar ifa edən aktrisa bacarığını inkişaf etdirir. 1989-cu ildə Sam Neill ilə çəkildiyi Dead Calm triller filmi ilə adını tanıtan Kidman növbəti il aksiyon filmlərinin ustadı Tony Scott-un Days of Thunder filmində Tom Cruise ilə tanış olur. Cütlük həmin ilin 24 dekabrında "dünyanın ən bahalı toyları" siyahısında olan mərasimlə evlənir.
1991-ci ildəki Billy Bathgate filmi ilə o vaxta qədərki ən uğurlu ifasını göstərən Kidman Qızıl Qlobusa namizəd olur. 1995-ci ildəki To Die For filmi isə Nicole-un aktrisa kimi əsas partlayışı olur. Emosyanal qadın obrazını uğurla ifa edən aktrisa Qızıl Qlobus qazanır və BAFTA mükafatına namizəd olur. 1999-cu ildə Stanley Kubrick-in son filmi Eyes Wide Shut-da Tom Cruise ilə birlikdə oynayan aktrisa Kubrick-lə olan razılaşmaya görə filmin premyerasına qədər heç bir filmə çəkilə bilmir. Montaj müddəti çox uzun çəkən film 2 ilə yaxın Kidman-ı filmlərdən uzaq qoyur.
2001-ci ildə Tom Cruise-dan ayrılan aktrisanın əsas uğurları sanki məhz bundan sonra başlayır. Elə həmin il Alejandro Amenabar-ın The Others filmindəki və qısa müddət sonra işıq üzü görən Moulin Rogue! filmindəki möhtəşəm ifaları aktrisaya Oskar, Qızıl Qlobus və BAFTA namizədlikləri qazandırır (Moulin Rogue! ilə Qızıl Qlobusu qazanmışdı). 2002-ci ildə The Hours filmindəki ifası isə Kidman-ın möhtəşəmliyini göstərdi. Oskar, Qızıl Qlobus və BAFTA qazanan Nicole Oskar qazanan ilk avstraliyalı aktrisadır.
2003-cü ildə Cold Mountain, 2004-cü ildə isə gənc və istedadlı rejissor Jonathan Glazer-in Birth filmi ilə Qızıl Qlobusa namizəd olan Kidman 2010-cu ildəki Rabbit Hole filmi ilə hələlik son Oskar namizədliyini yaşayır. Aktrisa son olaraq Matthew McConaughey ilə çəkildiyi Paperboy (2012) filmi ilə diqqət mərkəzində idi.
Soyuqqanlı qadın personajları məharətlə canlandırması ilə tanınan Nicole Hollivudun ən xeyriyyəçi ulduzlarındandır. Dəfələrlə xeyriyyə qurumlarına və vəqflərə böyük məbləğlərdə vəsait verən aktrisa 1994-cü ildən UNİCEF-in Avstraliyada xoşməramlı səfiridir. Kidman-a həmçinin 2004-cü ildə BMT tərəfindən dünya vətəndaşlığı verilib.
Aktrisa 2006-cı ildə müğənni Keith Urban ilə evləndi və bu evlilikdən 2 övladı var.
Sevimli filmləri Gone with the Wind (1939) və Rear Window (1954) olan bənzərsiz gözəl Nicole Kidman-ın ən yaxşı 13 filmini təqdim edirik.
13. Batman Forever
12. The Interpreter
11. Birth
10. Days of Thunder
9. Rabbit Hole
8. Cold Mountain
7. To Die For
6. Eyes Wide Shut
5. Moulin Rouge!
4. Dogville
3. The Others
2. Paddington
0 comments:
Yorum Gönder