ilə izah edə bilməzsən. Ssenarisi möhtəşəm olar, çəkiliş üslubu, personajları, rejissor işi, dialoqları qüsursuz olar. No Country for Old Men bu filmlərdəndir. 2 dahinin - Ethan və Joel Coen qardaşlarının filmidir. Qardaşlar filmin həmçinin ssenaristi, prodüseri və montajçısı idi. 4 nominasiyada da Oskara namizəd olan qardaşlar montaj istisna olmaqla 3 Oskar birdən qazanır.
91 Metascore xallı film ən yaxşı cinayət filmlərindəndir. Filmin ümumi keyfiyyəti bir yana ən incə detalların belə nəzərə alınması yalnız çox diqqətlə baxılarsa hiss oluna bilər. Cormac McCarthy-nin romanından səhnəyə uyğunlaşdırılan film qardaşların filmlərində əvvəlcə görmədiyimiz kastı ilə diqqət çəkir. Kino tarixinin ən qəddar personajlarından Anton Chigurh-ı canlandıran, Oskar qazanan Javier Bardem, Josh Brolin, Tommy Lee Jones və Woody Harrelson əsas rolları ifa edir.
Qara yumorun ustadları qazandıqları ən yaxşı rejissor Oskarı ilə 10 Oskarlı West Side Story (1961) filminin rejissorları Jerome Robbins və Robert Wise-dan sonra 2 nəfərə mükafatı qazanan ilk rejissorlar olurlar. Filmə ssenaristlik və prodüserliklə yanaşı (Scott Rudin ilə birlikdə) Roderick Jaynes ləqəbi ilə montajçılıq da edən Coen-lər James Cameron-un Titanic-indən sonra ilin ən yaxşısı seçilən 2-ci film olan No Country for Old Men-in müəllifi olurlar.
Filmdə Anton-un istifadə etdiyi qəribə qaz silahı Coen-lərin öz kəşfi idi. Bir neçə əsr əvvəl qədim Texas-da həmin silahın fərqli versiyasından xəstə inəklərin kütləvi qırğınında istifadə olunurdu. Qardaşlar o silahdan ilhamlanmışdı. Coen-lər aktyor heyətindən başqa ilklər də edir filmdə. Onlar ilk dəfə başqa materiala demək olar eynilə əməl etməklə film çəkdilər. Brolin-in personajı Moss filmdə Meksika sərhədindən keçdiyi anda No Country for Old Men ABŞ xaricində çəkilən ilk Coens filmi olur. Tommy Lee Jones-un sonda danışdığı uzun nitq romanın son səhifəsi ilə tam eyni idi.
Qardaşların filmdə Kubrick-ə də mesajı var. Bir səhnədə otaq nömrəsinin 114 olduğu aydın görünür. Bilindiyi kimi CRM 114 Kubrick-in vizitkası sayılırdı. Joel Coen-in qatı Kubrick fanı olduğu bilinir.
Javier Bardem psix killer Anton üçün qardaşların Ritchie filmləri ilə tanıdığımız Mark Strong-dan sonrakı seçimi Javier Bardem idi. Bardem ilk olaraq təklifdən imtina edir və cavabı belə olur: "Mən maşın sürə bilmirəm, ingilis dilində çox pis danışıram və şiddətə nifrət edirəm." Qardaşlar təkid etmir və bir neçə gün sonra Bardem özü fikrini dəyişir. O bunun əsas səbəbini bir Coens filmində oynamağı çox istəməsi ilə açıqlamışdı. Bardem ifası ilə Oskar qazanan ilk ispan aktyor olacaqdı.
Bardem-in saç düzümünü Coen-lər xüsusi həssaslıqla hazırlamışdı və kifayət qədər ürküdücü olmadığından narahat idi. Saç düzümü hazırlandıqdan sonra bunu görən Bardem-in ilk sözləri: "Aman Tanrım! Mən 2 ay yata bilməyəcəm" olur. Personajın effekti gözlənildiyindən daha güclü olur. Anton personajı ilə bağlı bir çox müəmma da filmdə var və həmin müəmmalar romanda da açıqlanmır. Filmdə bir-iki nəfər xaricində Anton-un görən və onunla danışan hamı ölür. Moss-un xanımı Carla-nı onun öldürüb-öldürüb ölmədiyi naməlum kimi qalsa da bunun cavabı əslində filmdə var. Bundan başqa Moss-u kimin öldürdüyünü də görmürük.
Filmin baş rolu Moss üçün Josh Brolin-lə razılaşmadan sonra aktyor motosikli ilə qəzaya uğrayır və çiyni bərk zədələnir. Yeni aktyor axtarışında olan Coen-lər Heath Ledger-ə təklif yollayır amma Dark Knight filmindəki Joker obrazına hazırlaşan Ledger imtina edir. Nəhayət Brolin böyük fədakarlıq hesabına çəkilişlərə başlaya bilir. Filmin yarısından aktyorun sarğı ilə olmasının əsas səbəbi də onun zədəsi idi. Həmin ərəfələrdə Quentin Tarantino və Robert Rodriguez ortaq işi Grindhouse layihəsində də çəkilişləri davam edən aktyor qardaşları razı salmaq üçün Marley Shelton ilə qısa filmə çəkilir və bu filmi Tarantino özü çəkir. Yalnız qısa filmi izlədikdən sonra Coen-lər Brolin-ə rolu vermişdi.
Uğurlu ifaları ilə Oskar və Qızıl Qlobusda namizədlik ala bilməsələr də Tommy Lee Jones və Kelly Macdonald BAFTA mükafatına namizəd olmuşdu. Ən qəribə aktyor seçimlərdən biri də Woody Harrelson idi. Belə ki, filmin mövzusu keçən 1970-ci illərdə aktyorun atası Anton kimi muzdlu qatil olan Charles Harrelson şerif John Howland Wood-u öldürmüşdü. Aktyorun filmdəki xırda rolunu mənalı mesaj kimi qiymətləndirmək olar.
Filmin çəkildiyi ərazidə eyni vaxt Paul Thomas Anderson There Will Be Blood filmini çəkirdi. Məlum partlayış səhnələrinin çəkilişləri zamanı ərazini qatı duman bürüyür və bu səbəbdən Coen-lər bəzən çəkilişləri təxirə salmalı olurdu.
Sona qədər 22 nəfərin öldüyünü gördüyümüz filmdə 3 əsas qəhrəman - şerif Ed, Anton və Moss-u bir yerdə heç bir səhnədə görmürük. Hətta bu 3 personajla danışan yeganə insan var idi - Carla Jean.
Empire jurnalının səsverməsində No Country for Old Men 2008-ci ilin ən yaxşı 2-ci filmi seçilmişdi. 1-ci Nolan-ın The Dark Knight filmi idi.
0 comments:
Yorum Gönder